Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlarda intihar halları
Uşaqlarda intihar halları
Göndərən: Pure Love
Şərhlər: 7
Baxılıb: 320
Səs ver:
Azərbaycanda uşaqlar arasında da özünə qəsd halları çoxalıb. Bu fikrin müəllifi uşaq psixoloqlarının sözlərinə görə, nədənsə bu faktlar polis orqanları tərəfindən gizlədilir. Psixoloqların fikrincə, bu faktların gizlədilməsində ailələrin də müdaxiləsi olur. Psixoloqlar uşaqların özünə qəsd etməsinə əsas səbəb kimi sosial vəziyyətin ağırlığını, ailədə baş verən münaqişələri göstərir. Psixoloqların dediklərindən məlum oldu ki, bu hallara daha çox şimal və cənub bölgəsində rast gəlinir ki, bu da həmin ərazilərdə natamam ailələrin üstünlük təşkil etməsi ilə izah edilir. İşsizlik səbəbindən ailənin ananın ümidinə qalması uşaqların psixologiyasına mənfi təsir göstərir.
Psixoloqlar onu da vurğuladı ki, uşaqları psixoloji problem yaşayan valideynlər həkimlərlə birlikdə işləməkdən “boyun qaçırırlar”. Onunların sözlərinə görə, uşaqlarda psixoloji problem olduğunu müşahidə edən valideyn onu həkimə gətirir və həkimdən möcüzə gözləyir: “Bu cür vəziyyətlərdə həkimlər valideynlərlə əlbir işləməyi əsas prinsip kimi qəbul edirlər. Valideyn isə hər şeyi həkimdən gözləyir ki, həkimlər bunu daha çox valideynin tənbəlliyi və digər maraqlarını üstün tutmaları ilə izah edirlər”. Psixoloq xüsusilə çətin tərbiyə olunan uşaqların valideynləri ilə birgə fəaliyyətin daha vacib olduğunu vurğulayır.
Onunların sözlərinə görə, uşaqlar arasında qalıcı psixoloji problemlər sonradan onların əsəblərinin korlanmasına səbəb olur: “Qalıcı problemlərə yol açan amillər arasında uşağın mütəmadi fiziki zorakılığa məruz qalması amili mühüm rol oynayır. Psixoloqların sözlərinə görə, bundan başqa, uşaqların psixi cəhətdən zorakılığa məruz qalması da onlarda sonradan mənfi fəsadlar verir. Belə ki, balacalara qarşı daim “sən pissən”, “heç nə bacarmırsan”, “sən danışma” kimi ifadələrin işlədilməsi uşaqların şəxsiyyət probleminin ortaya çıxmasına səbəb olur. Təkrar edilən sözlər uşaqlarda şüuraltı mərkəzə keçir. Eləcə də fiziki və psixoloji zorakılığa məruz qalan uşaqlarda sonradan intihar hallarının baş verməsi də mümkündür.
Psixoloq bu qənaətdədir ki, uşaqlar arasında autizim - özünüqiymətləndirmə məşqlərinin keçirilməsi vacibdir. Psixoloqların fikrincə, məktəb psixoloqunun savadsızlığı, müəllimin dərsini zəif oxuyan uşağı lağ, tənqid hədəfinə çevirməsi (”Sən bu dərsi onsuz da bacarmazsan”) uşaqlarda özünüqiymətləndirmə qabiliyyətini azaldır.
Özünü həddən artıq yüksək dəyərləndirən uşaqlarda xudbinlik bəlası mövcuddursa, özünü aşağı qiymətləndirən uşaqlarda da psixoloji problemlər var. Yəni uşaqlar özlərinə orta qiymət verməyi bacarmalıdır. Belə ki, heç vaxt ailədə, məktəbdə sözü dinlənilməyən, istənilən səviyyədə dəyərləndirilməyən uşaqlar düşdükləri sosial qrupda özlərini aşağı səviyyədə hiss edirlər.


Şərhlər: 7
Baxılıb: 320
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Onun_Mələyi
uşaqların özünə qəst etmək istəmələri ən.çox ailəsi üzündən olur.ailede imkansızlıq, Dava dalaş, psixoloji durumu uacşı olmuyan uşağa pis davranmaq, her şey üstə danlamaq, Bacarmadığı şeyləri onun üzünə vutmaq (sən bacarmazsan, Kes sesini, Sənə nə, səndən fikir soran olmadı) Kimi ifadələr uşağı alçalıdır və.özünə qest etmek isdəyə bu zamandan başlar. ..allah heçkese göstərməsin...
29 avqust 2016 13:50
# 7
Bir duam var,səndən amin gözləyirdua09123
Cindrella
Gerek usaqlarla da adi bir sexsiyyet kimi davranmaq lazimdir.Her seye gore usagi gunahlandirmaq onu qinamaq olmaz.
29 avqust 2016 13:21
# 6
Totu
Məndə özümü inthar etmək isdeyirdim ama biri uçun yana yana yaşayıram
29 avqust 2016 12:15
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Barbaris
Sitat: vipbetul
Allah uzaq elesin ne tessufki indi buhallar yayilib usaqlar arasinda bir soz deyen kimi o deq intihara el atirlar
29 avqust 2016 11:40
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
Allah uzaq elesin ne tessufki indi buhallar yayilib usaqlar arasinda bir soz deyen kimi o deq intihara el atirlar
29 avqust 2016 10:11
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Sebine N-lee
Sitat: Ariel♡
Uwaqlarin ozlerine qesd elemesi, ailesinden qisaca olaraq ehatesinden asilidi. Eslinde valdiyenin uwaqla maraqlanmamasi qesde cixarda biler. Eger Uwaqiniz da ele problem varsa psixoloqa muraciet etmek lazimdi hekime yox. Ele hekimler varki pulun derdindennn sehv dermanlar yazirlar buda uwaga menfi tesir gosterir

raziyam sizinle duz deyirsiz
29 avqust 2016 08:34
# 2
DOGRUNU DESENDE PİS OLURSAN YALAN DESENDE...AMA DOGRUNU DEYİB PİS OLMAQ YAXSİDİ CUNKİ QARSİNDAKİ İNSANİN YADİNDA DURUST İNSAN KİMİ QALARSAN!!!
Ariel♡
Uwaqlarin ozlerine qesd elemesi, ailesinden qisaca olaraq ehatesinden asilidi. Eslinde valdiyenin uwaqla maraqlanmamasi qesde cixarda biler. Eger Uwaqiniz da ele problem varsa psixoloqa muraciet etmek lazimdi hekime yox. Ele hekimler varki pulun derdindennn sehv dermanlar yazirlar buda uwaga menfi tesir gosterir
29 avqust 2016 08:27
# 1
Huwt
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz