Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayrılıq sonrası psixologiya
Ayrılıq sonrası psixologiya
Göndərən: Onun_Mələyi
Şərhlər: 15
Baxılıb: 821
Səs ver:
Ayrılıq qərarının ardından qarışıq ruh hallarıyla üzləşirik. Ayrılıqdan sonra yaşadığımız duyğularla necə bacaraq?
Ayrılıq çətindir! Qırıq bir ürəyin edə bilməyəcəyi şey yoxdur... Qırıq bir ürək; ayrılıq qərarına qarşı şok olar, hirslənər, öz içinə qapanar, depressiyaya girər, qəbul etməkdən başqa çarəsi olmadığını anlar... Ayrılıq artıq olubsa bu hisslərə qarşı dayanmaq qeyri-mümkündür. Amma ən az yarayla xilas olmaq da əlimizdədir.
Elə isə bu ayrılıq sonrası hallarımızı araşdıraq: Bu halların öhdəsindən gəlmək üçün etməmiz və etməməmiz lazım olanları oxuyaq.

Şoka girmə
Şok, bədənin ağrıya qarşı verdiyi təbii bir qoruma reaksiyasıdır. Əlaqənizin bitdiyini anladığınız o ilk anda yalnız qorxu, təklik, baş qarışıqlığı hiss edərsiniz xeyli. Ayrılıq istəyi qarşı tərəfdən gəlmişsə, o ilk dəqiqələrdə, hətta ilk həftələrdə, bəlkə aylarla sürən bir inana bilməmə müddətinə girərsiniz. Hisslərinizdə bir bulanıqlıq söz mövzusudur. Tam olaraq nə hiss etdiyinizi, nə düşünməniz lazım olduğunu bilə bilməzsiniz. Nəfəsiniz azalmış kimidir. Yatmaq və oyandığınızda hər şeyin köhnəsi kimi olduğunu görmək istəyərsiniz.

Təklifimiz:
*Etməniz lazım olan, uzun bir gedişlə ya da meditasyonla özünüzü sakitləşdirmək olmalı.
*Etməməniz lazım olan isə uçuq xəyallara qapılmaq, davamlı geriyə dönüb "niyə" deyə soruşmaq.

İnkar etmə
İnkar etmə, həqiqəti rədd etmə mənasını verər. Həm bu ayrılığı həm də ürəyinizin qırıldığını qəbul etmək istəməzsiniz; çünki qəbul etmə, qovuşma ümidindən də uzaqlaşma mənasını verər. Hər şey normalmış kimi davranmağa davam edərsiniz. Hər zamanki kimi telefon açmaq, e-mail göndərmək kimi əlaqənizin "normal" gedişatını davam etdirmək istəyərsiniz. Ürək qırıqlığını gözləmədə tutmaq üçün əlinizdən gələn səyi göstərər, bu gerçəklə üzləşmək istəməzsiniz.

Təklifimiz:
*Etməniz lazım olan, güvəndiyiniz yoldaşlarınıza ya da gündəliyinizə hisslərinizi açmaq, qorxularınızı sərbəst buraxıb, onlarla üzləşmək.
*Etməməyiniz lazım olan, vəziyyətinizi əhəmiyyətsizmiş kimi düşünmək, ürəyiniz qırılmamış kimi davranmaq. Ağrını, onun üstünə getmək, dibinə qədər yaşamaq ancaq yüngülləşdirər.

Özünü təcrid etmə
Ya da bir başqa deyişlə, "Yalnız özümlə baş-başa qalmaq istəyirəm" müddəti. Bir dəfə tam da o anda ayrılıqla yeni tanış olma, bərabərində əlaqənin dağılması, "harada səhv etdik" sorğulaması, əlaqəni zehində dəfələrlə başdan həyata ssenariləri başlar. Düşüncələriniz dağınıq bir halda beyninizdə uçuşar. Bu acı çəkmə mərhələsində köhnə fotoşəkillərə baxar, səsli mesajları dəfələrlə dinlərsiniz. Pərdələri açıb işığı içəri almaq, evdən çölə addım atmaq istəməzsiniz. Səssizcə qaranlıqda oturub, bəlkə də özünüzə uzun zaman əvvəl qadağan etdiyiniz şeyi edib, bir böyük kasa dondurmanı qaşıqlar, özünüzə və bütün dünyaya elan edərsiniz: "Bəli, hər şey bitdi!"

Təklifimiz:
*Etməniz lazım olan, iş ya da ictimai fəaliyyət kimi o günə aid edilməsi lazım olanları təxirə salmadan həyata qarışmaq.
*Etməməyiniz lazım olan, ağılınızdan keçən, "Kimsə məni bir daha əsla sevməyəcək" kimi məntiq xarici fikirlərə dözüm göstərmək.

Hirslilik
Həm də qısa müddət əvvəlinə qədər sevgi sözləri pıçıldadığınız adama, "Ürəyimi qırdığın üçün sənə nifrət edirəm" deyə biləcək qədər böyük bir hirslilik. Bu, hisslərinizin, hüzndən dəlicə bir hirsə çevrilməsi üçün bir keçiş mərhələsidir. Artıq "köhnə" halına gələn sevgilinizə yönəltdiyiniz hirs, özünüzü incidər. Əgər qızğınsınızsa, özünüzü, özünüzlə danışarkən də tuta bilərsiniz. Peşmanlıq dolu düşüncələrdən və əsəbi sözlərdən ibarət olan dialoqlar... Bütün bunlar yerini günahlandırmalara buraxar zamanla.

Təklifimiz:
*Etməniz lazım olan, sizi hirsləndirən şey haqqında yazmaq ya da danışmaq.
*Etməməyiniz lazım olan, hirsinizi hərəkətə çevirmək.

Bazarlıq
"Onu nə geri gətirə bilər?" düşüncəsinin, insanın beynini gəmirdiyi bir ruh halıdır. Təkrar geri gəlməsi üçün dua etməkdən yapışmaqdan, əgər siz bu ayrılığa səbəb olan bir şey etdinizsə, özünüzü bağışlatmaq üçün çalışma anlarınıza qədər hər şeyi əhatə edər. Özünüzlə ya da sevgilinizlə razılıq etmək, başqa biri halına gəlmək üçün əlavə bir məşğul içinə girmənizə də səbəb olar. Daha az qısqanc, daha zəif, daha idarəli, daha az hirsli... kimi. Bu, mövcud ağrınızı sizdən uzaqlaşdırmaq üçün müraciət etdiyiniz bir üsuldur.

Təklifimiz:
*Etməniz lazım olan, sevdiyiniz, sizi xoşbəxt edən, gələcəkdə etmək istədiklərinizi ehtiva edən bir siyahı hazırlamaq özünüzədir.
*Etməməyiniz lazım olan, bu istəklər siyahısına köhnə sevgilinizin adını qoymaqdır.

Depressiya
"Heç bir zaman bu vəziyyəti sovuşdura bilməyəcəyəm" hissinin gətirdiyi bir nəticə depressiyadır. Dərin bir kədər halı, yataqdan heç cür çıxa bilməmə, fiziki ağrılar hiss etmə, davamlı ağrılar, ümidsizlik, çarəsizlik və hüzn depressiyası yaradar.

Təklifimiz:
*Etməniz lazım olan, ətrafınızda müsbət insanların olmasına icazə vermək və günəş işığından faydalanmaq.
*Etməməyiniz lazım olan, özünüzü həddindən artıq yemək ya da içmək kimi sağlamlıqsız davranışlara qurban etmək.


Şərhlər: 15
Baxılıb: 821
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Balacam
Sitat: son bahar
Ariliq cox cetin olsada deymiyen insanlarin heyatimizdan yox olmasina uzulmeyek...mende ayriliq yasamis xanimam ama bezen o insan meni sevseydi menimle olardi deyib ozume guc toplayiram belkede bele daha yaxsidir deye....dusunurek ...Her bir ayriligin bawinda yeni bawlangic durur unutmayaq.

Yazdiglariniza qatiliram

Qizlar cox agir cetin biweydi o hissi yawamag.cox cetin olur ama ne vaxtsa kecir.mende uzun cekdi ama kecdi.indi vecime bele deyil hetta wukur bele ediremki ne yaxsi alinmiyib.Vardir Allahin bir bildiyi.haqqimizda xeyirlisi nedise o olsun
21 avqust 2016 22:55
# 15
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
YalniZ-ArZu
ALLAH BUTUN SEVENLERI QORUSUN.
21 avqust 2016 18:05
# 14
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
♥ KaMa ♥
tskrler xebercun
21 avqust 2016 17:54
# 13
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Nur Melikzade
Coxunun yaşadiqi bir haldir.öldürmeyibde süründüren
21 avqust 2016 17:49
# 12
İmza
Barbaris
Allah uzaq etsin
21 avqust 2016 17:42
# 11
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
son bahar
Ariliq cox cetin olsada deymiyen insanlarin heyatimizdan yox olmasina uzulmeyek...mende ayriliq yasamis xanimam ama bezen o insan meni sevseydi menimle olardi deyib ozume guc toplayiram belkede bele daha yaxsidir deye....dusunurek ...Her bir ayriligin bawinda yeni bawlangic durur unutmayaq.
21 avqust 2016 16:30
# 10
...
Totu
Çox pisşeydi ayrılmaq insan o an dəli olur
21 avqust 2016 16:14
# 9
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
Allah hec kese ayriliq qismet etmesun Amin insallah
21 avqust 2016 15:43
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
TuralSebnem
Allah heckime yawatmasin ayligi her kesi Xosbet etsin Xowbext olun qizlar oz sevdinizle))men cox xowbextem cox wukuur
21 avqust 2016 15:27
# 7
ş
Dj_Vampir
-Heddinden artig psixologiyam pozulub..Normal deyilem..Amma guclu qizam bacaracam bilirem
Her kese qarshi pis olmusham..insAllah qisa vaxt erzinde duzelecem
21 avqust 2016 15:05
# 6
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
MODABAZ
Ayrılıq bılırem needı Allah hec kıme yawatmasın barıwdıq vee ayrılıdıq coox menasızz ozumu pıs hıss etdım ılk gunler sonra bow verdım getdıı heyat devam edır onsuzdaa
21 avqust 2016 15:04
# 5
Heyata daim gulmek lazimdii
Onun_Mələyi
Sitat: Cindrella
Cox pis haldir.Insanin psixologiyasi tamam pozulur.Mende bir anliq bu hissi yasamisam.Amma ki sukurler olsun bitmeyib.Tesekkurler sevimmli bacim::))))

dəyməsəz şirin))
21 avqust 2016 15:03
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
BARBI
Ayriligi yasamisam. Yazilan her bir hali kecirmisem. Ayriliq cox agirdir. Allah hec kese yasatmasin. Esas odurki ozumuzu depresiyadan qoruyaq
21 avqust 2016 14:59
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
narmiwka_15
cox pis weydir ayriliq hec kese qismet olmasin.ozum yawadigima gore bilirem((
21 avqust 2016 14:59
# 2
Be Happy))
Cindrella
Cox pis haldir.Insanin psixologiyasi tamam pozulur.Mende bir anliq bu hissi yasamisam.Amma ki sukurler olsun bitmeyib.Tesekkurler sevimmli bacim::))))
21 avqust 2016 14:32
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz