Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmtahandan öncə nə etməli?
İmtahandan öncə nə etməli?
Göndərən: Totu
Şərhlər: 10
Baxılıb: 359
Səs ver:
Məktəbə imtahan verdiyi gün şagirdlər üçün ən yaddaqalan, ən maraqlı, ən həyəcanlı, bəziləri üçünsə ən qorxulu və narahatverici günlərdən biri olur. Bu imtahan doğrudan da insan həyatı üçün önəmli bir mərhələdir. Buna görə də imtahana mümkün qədər yaxşı hazırlaşmaq, həm savad, həm psixoloji, həm də fiziki cəhətdən imtahan günü hazır olmaq lazımdır. Qeyd edilənlərdə abituriyentlərə kömək olacağını düşünərək, onlara bir neçə praktiki məsləhətlər vermək istəyirik:

1. Boş yerə həyəcanlanmayın
İmtahan verəcəyiniz tarixi yadınızdan çıxarmayın, ancaq hər dəqiqə də yadınıza salıb özünüzü həyacanlandırmayın.
İmtahana bir gün qalmış isə heç elmi məlumat oxumayın.

2. İdmanla daha aktiv məşğul olun
İnsan sağlam həyat tərzi üçün daima idmanla məşğul olmalıdır. Amma əgər abituriyntlərdən hansısa tənbəllik edirsə, imtahanda uğurlu nəticə əldə etmək üçün imtahan gününə az qalmış mütləq idmanla məşğul olmalıdır. Çünki idman zehni fəaliyyətin yaratığı yorğunluğu aradan qaldırmaq üçün çox effektivdir.

3. Təbiət sizə kömək edəcək
İmtahana 2-3 gün qalmış özünüzü təbiətin qoynuna atsanız, çox yaxşı olar. Elə bir şərait yoxdursa, ən azı təmiz havada gəzmək beynin fəaliyyətinin yüngülləşməsinə kömək edər. Çünki açıq havada qəbul edilən oksigen beynin sürətlə işləməsinə səbəb olur. Bundan başqa, bol meyvə və maye qəbul edin. Həmin gün axşamı kompüter və televizordan uzaq durun.

4. Pozitiv ruhiyyədə olun
Heç bir insan "hərşeyşunas" deyil, hər bir şeyi bilmir. Abituriynlər də, həmçinin 5 fənnin bütün incəliklərini bilə bilməzlər. Əgər siz kifayət qədər imtahana hazırlaşmısınızsa, onda pozitiv ruhiyyədə olun. Bəli, bilmədiyiniz sual da düşə bilər. Amma əksəriyyəti bildiyiniz suallar olacaq. İkincisi, çətin sual təkcə sizin rastınıza çıxmayacaq. Əgər çətin sual varsa, sizin rəqibləriniz də o suallarla qarşılaşacaq. Ona görə də özünüzü qorxutmayın, pozitiv olun.

5. "Onlar səndən daha bilikli deyil"
Adətən abituriyntlər elə bilir ki, imtahan verən dostları daha güclüdür və onun bildikləri rəqiblərinin bildikləri ilə müqayisədə azdır. Ancaq bu, belə deyil. Rəqibləriniz də sizin haqqınızda elə fikirləşir. Onlar da sizin dahi olduğunuzu düşünür. Ona görə narahatlığa əsas yoxdur. Siz özünzə inanın və imtahanda bilginizdən maksimum istifadə edin.

6. Ziyarətgahları və ya körpələr evini ziyarət edin
Biz müsəlman olduğumuzdan Allaha inamımız, güvənimiz sonsuzdur. Ona görə də Allahın sevimli bəndələrini ziyarət etdikdə, həmçinin körpələr evi və ya kimsəsizlər evini ziyarət etdikdə qəlbimizdə mənəvi rahatlıq yaranır, uğurlu gələcəyə inam yaranır. İmtahanöncəsi stresi və həyəcanı azaltmaq üçün belə ziyarətlər çox xeyirli ola bilər.

7. İmtahan üçün lazım olan sənədləri diqqətdə saxlayın
İmtahandan bir gün öncə, yatmazdan əvvəl imtahana aparmalı olduğunuz sənədlərə bir daha göz gəzdirin. Onları ləkələnməkdən, suya düşməkdən və s. problemlə üzləşməkdən qoruyun.

8. İmtahan səhəri yuxudan erkən oyanın
İmtahan günü yuxudan geç oyanmaq beynin sürətini aşağı salır. Axşamdan tez yatın ki, səhərdən oyanmaq sizi yuxusuz qoymasın. İmtahan günü də televizora və kompüterə baxmayın. Çalışın əhval-ruhiyyənizi şux saxlayasınız. Körpə uşaqla oynamaq ona nəvaziş göstərmək də imtahanda uğur qazanmağınıza vəsilə ola bilər.


Şərhlər: 10
Baxılıb: 359
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
imtahan vaxti heyacan cox olur
22 avqust 2016 15:59
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
son bahar
imtahana hazirlawanlar oxusun
22 avqust 2016 14:25
# 9
...
Dj_Vampir
-Bu heyecan deyilen sheyi mende yashasam ALllahiim 09
Ne qeder sinaglara getmishem,9-un qebulunda da heyecanlanmadim..
Dahada deyib gulub..Zarafatlashirdim
Amma inaniram ki,Qebulda seherecen yata bilmiyecem..
Hele imtahannan 5 gun sonrada gozume yuxu getmiyecek..
Heyecan olmur,olmur..Olanda da Allah qorusun..Pis olur mende)
22 avqust 2016 13:31
# 8
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
kiraz mevsimci kiz
bu il sinaqlara getmisdim ilk defe gedende heyecanli idim sonra yox amma 9-cu sinif buraxilis imtahaninda ise dehset heyecanliydim her gece ALLAHA dua edirdim ve sonda SUKRLER olsun cox yaxsi verdim
22 avqust 2016 13:28
# 7
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
narmiwka_15
imtahandan qabaq men ziyarete getdim coxlu dua eledim,pozitiv fikirlewdim cox aam cox rahatladim cox gozel ehvalla getdim imtahana ve yaxwi yazdim dogurdanda bu yazilanalar duzdu
22 avqust 2016 13:23
# 6
Be Happy))
MODABAZ
Men ımtahandan evvel sehere cıxdım zıyaretgaha getdım coxlu gezdım yaxwı seyler fıkırlewdım dedım yazmalıyam men buna qadıram ımtahana bawlayanandaa bu sozlerı dedım ımtahan gedende ıse urek dermanı atdımm Bısmıllah deyıb yazdım veee unıye qebul oldum hec heyacanım yoxdu bırce ılk bawlarda oldu bu qeder twk
22 avqust 2016 12:12
# 5
Heyata daim gulmek lazimdii
lale.veliyeva19
İmtahana başlamamış həyəcanım olur ama artıq yazanda heç nə qalmır bütün fikrim yazdığımda olur
22 avqust 2016 10:50
# 4
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

♥ KaMa ♥
kefimin yaxsi olmasina calismisam. amma men hemise imtahna qebula da sinaqlara da seher durub nese oxuyurdum hetta 122 bezen seher oxudugum cixirdi sualda qarsima cavab yazirdim yeni yaddan cixmir mence ziyani yoxdur onun
22 avqust 2016 09:25
# 3
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
BARBI
Imtahanlarda o qederde heyecanlanmirdim. Esasi odur ki ozunuzu strese salmayin , sakit olun
22 avqust 2016 05:48
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Narın Yağış
İmtahanlarımda hər zaman 1 əskiklik olub nə qədər olmamasına diqqət etsəmdə o barədə şansım yoxdur həqiqətən. 100də 1-də olan birşey həmişə gəlib məni tapacaq.Buraxılış imtahanı günü yaşadıqlarım isə heç vaxt yaddan çıxmaz.Sözün düzü o qədər sınaqlara getmişəm ki, məndə elədə həyəcan olmur .Həyəcan olsa belə sadəcə mexaniki səhv etməkdən qorxduğum üçün olur.Gələn il yaşayacam qəbul həyəcanını) İmtahana 1 gün qalmış artıq heçnə oxumamağı düşünürəm o vaxta kimi nə oxudum oxudum 1 gün qalmış heçnə oxuyan deyiləm necə deyərlər yeməklə doymayan yalamaqla doymaz 23 1 günə guya nə öyrənəcəmki?) Özümü imtahana artıq elmdən başqa psixoloji hazırlamalıyam.Təşəkkür məsləhət üçün.
22 avqust 2016 03:24
# 1
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz