Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öz-özünə danışmaq
Öz-özünə danışmaq
Göndərən: Pure Love
Şərhlər: 13
Baxılıb: 544
Səs ver:
Alimlərin fikrincə, insanın özü ilə danışması beyni daha effektiv işləməyə sövq edir.
“Quarterly Journal of Experimental Psychology”jurnalında dərc olunan bir yazıda insanın öz-özü ilə danışmasının faydalı olduğu qeyd edilib. Araşdırmanın müəllifləri Daniel Svigli və Qari Lyupyan 20 müxtəlif insana supermarketdə hər hansı məhsulu tapmaq kimi bir tapşırıq veriblər, məsələn, süd və ya alma. Təcrübənin birinci mərhələsində iştirakçılar səssiz halda həmin məhsulu axtarmalı idi. İkinci mərhələdə isə axtardıqları məhsulun adını möhkəmdən səsləndirməli idilər. Gözlənildiyi kimi, ikinci mərhələdə onlar axtarılanı daha tez tapıblar...
“Live Science” elmi jurnalı bu halı onunla izah edir ki, ucadan, yüksək səslə danışmaq, hətta öz-özünlə də, beynin yaddaşa məsul olan hissələrinin daha aktiv çalışmasına səbəb olur və bu da nəzərəçarpan effekt verir.
Lyupyanın fikrincə isə əgər obyektin necə göründüyünü bilirsinizsə, o zaman özünüzlə söhbət onu tapmaqda sizə yardımçı olacaq. Məsələn, siz bananın sarı və uzunsov formalı olduğunu bilirsiniz. Belə ki, ucadan “banan” dedikdə beyin öz vizual xüsusiyyətlərini aktivləşdirir ki, sizə onu tapmaqda kömək olsun. Və bu da “işə yarayır”.

Öz-özü ilə danışan uşaqlar daha tez inkişaf edirlər
Bəzi elmi məlumatlar göstərir ki, uşaqlıq dövründə öz-özü ilə danışan uşaqlar daha tez inkişaf edirlər. Onlar digərlərindən əvvəl öz ayaqqabılarının bağlarını bağlayır, məktəbdə çox yaxşı oxuyur, daha çox söz bilir və hecaların köməyi olmadan sərbəst oxumağı daha tez öyrənirlər.
Nəzərə alsaq ki, uşaqlar böyükləri dinləyərək və onları təqlid edərək danışmağı öyrənirlər, onda onların özü ilə danışmaq vərdişini valideynlərindən götürdüyünü söyləmək olar. Bu səbəbdən də ailədə və uşaqlarınızın yanında özünüzlə danışmağa utanmaya bilərsiniz.

Öz-özünlə söhbət fikri cəmləməyə kömək olur

Əgər fikirlər dağınıqdırsa və onların cəmlənməsinə ehtiyac varsa, buna nail olmaq üçün ən sadə üsul düşündüklərinin yüksək səslə, ucadan deyilməsidir.
Buna əlavə olaraq psixoloqlar bilirlər ki, ucadan dilə gətirilən suallar əsəbləri sakitləşdirir. Buna görə də əgər sizi nəsə narahat edirsə, bunu ucadan dilə gətirin. Bu rahatlamanızı təmin edəcək.

Psixoloq Linda Sepedin iddia edir ki, problemlərin ucadan dilə gətirilməsi həmçinin ciddi və çətin qərarın qəbul olunmasında da yardımçı ola bilər.
Öz-özünlə danışmaq sizə qarşınıza qoyduğunuz məqsədlərə çatmaqda da kömək edə bilər.
Həyata keçirəcəyiniz işlərin siyahısını tutmaq və birbaşa onların reallaşdırılmasına çalışmaq çox yorucudur. Ancaq siz onları ucadan səsləndirsəniz, bu həmin işlərin reallaşdırılmasına öz təsirini göstərəcək. Beləliklə də hər addım daha asan və qısamüddətli görünəcək.
Sepedin bunu belə izah edir ki, siz öz məqsədləriniz haqqında ucadan danışdıqda diqqətinizin cəmlənməsi daha asan olur. Üstəlik, siz öz niyyətinizi sözlərlə daha da möhkəmləndirir və emosiyalarınızı idarə edirsiniz. Beləliklə də beynin bu məqsədlərdən yayınması çətin olur.
Beləliklə, özünüzlə danışmaqdan çəkinməyin, daxili səsinizi dinləyin... Təklikdə qaldıqda özü ilə danışmağı xoşlayanlar çoxlarına qeyri-normal görünsə də, əslində əksəriyyətdən ağıllı və effektiv insanlar olurlar. Onlar öz daxili səslərinə qulaq asmaq üçün sərf etdikləri zamana təəssüflənmir və adətən müsbət nəticə də əldə edirlər.


Şərhlər: 13
Baxılıb: 544
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
SENSİZ
Mende ozum ozumle cox daniwiram. Evvel bu iwi gorum daliyca onu ederem qurtarib bunu ederem.qizim soruwur Ana kimnen daniwirsanhihihdeyirdim deli olmuwam122
23 avqust 2016 12:42
# 13
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Sebine N-lee
mende ozumle danisiram demek olarki hemise arada ozume gelende deyirem men deliyem oz ozume danisiram kenarda mene baxan deyer delidi bu sen deme oz ozune danismaq xeyirliymis...onda gedim ozumnen sohbet elemeye sagolun
23 avqust 2016 12:22
# 12
DOGRUNU DESENDE PİS OLURSAN YALAN DESENDE...AMA DOGRUNU DEYİB PİS OLMAQ YAXSİDİ CUNKİ QARSİNDAKİ İNSANİN YADİNDA DURUST İNSAN KİMİ QALARSAN!!!
Canavar sevgisi
Oz ozume de danisiram. Dostlarimnan da evdekilernen de danismaqda pesekaram)
20 avqust 2016 18:52
# 11
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Cindrella
Men cox danisiram oz ozume.Basqalariyla danismaqdan ozume danismaq yaxsidir.Insani yene ozu anlayar.
20 avqust 2016 16:56
# 10
Barbaris
mende dee olur aradatek olanda evdee 23
20 avqust 2016 15:28
# 9
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
lale.veliyeva19
Çox olur məndə bu hal özümlə məshələtləşirəm sora qərar verirəm
20 avqust 2016 15:01
# 8
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Narın Yağış
Mənim özümdə də olur belə hallar) Adicə məktəb vaxtı belə, öz özümə səhər gözümü açan kimi başlıyırdım danışmağa aha durdum 3cü dərs gedəcəm məktəbə ordan çıxacam filan testləri alacam, 10 dəq caxtım qalacaq evə gəlib yeməy yeyib hazırlığa gedəcəm, qayıdanda gərək tez-tez gəlimki ən az 1 saat yatım sonra bunu edəcəm onu edəcəm))) indisə tam fərqlidi, son 2 aydıki ürəyimdə başqa sözlər deyib dilimə başqa sözlər gətirirəm 23 yox inanmıram məncə normal haldır yəni)
20 avqust 2016 14:50
# 7
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
son bahar
Men yalniz esebi vaxtimda oz ozumle daniwiram ...mence pisxoloji haldi stres zamani baw verir
20 avqust 2016 14:35
# 6
...
MODABAZ
Ele bu seher oz ozume o qeder danıwdım kııı coox danıwıram bacım menım elımden bezdııı
20 avqust 2016 11:39
# 5
Heyata daim gulmek lazimdii
Onun_Mələyi
bizde en cox uc nefer oz ozune danwir:
1.men haranisa yiqiwdirmiyanda ya da.ki bir iwi unudub qormiyende mama.
2.onsuzda qocadi da daniwir ozozune neneihi
3.men .stresli ve ya telesik hir ewyani axtaranda oz ozume danwiram bu da meni sakitlewdirir,))
mence normal haldir.))
20 avqust 2016 11:37
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
oz-ozune yalniz ichden danishaq her kesde var menge neyise helle etmek hesablamaq lazimdir
20 avqust 2016 10:36
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
20 avqust 2016 09:37
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Totu
Məndə öz özümə danışıram arada bu normal haldır
20 avqust 2016 08:59
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz