Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanlar niyə öz-özlərinə danışır?
İnsanlar niyə öz-özlərinə danışır?
Göndərən: Asya
Şərhlər: 13
Baxılıb: 664
Səs ver:
Bunun əsasında həm psixoloji, həm də digər səbəblər dayana bilər.

Öz-özünə danışmaq bəzi psixoloji xəstəliklərin işarəsi və nəticəsi də ola bilər, psixoloji baxımdan hər hansı bir problemi olmayan, sağlam insanlarım adi vərdişi də. Ümumiyyətlə bu prosesin əsasında nələrin dayanması haqqında dəqiq bir söz demək olmur.

Xüsusilə erkən yaşlarda tez-tez müşahidə edilən bu davranışın uşaqlarda inkişaf prosesinin bir parçası olduğu, yeni anlayışları öyrənmələrini asanlaşdırdığı və davranışlarını idarə etmək imkanı verdiyi güman edilir. Məsələn, bir uşağın ayaqqabısının bağlarını bağlayaraq, öz-özünə danışması, növbəti addımı yada salmasını və gördüyü işə yönəltməsini asanlaşdıra bilər. Əslində uşaqlarda əsasən səsli şəkildə reallaşan bu proses, böyüdükcə də aradan qalxmır. Sadəcə artıq səssiz şəkildə öz-özümüzə danışmağa başlayırıq. Çünki böyük insanların davranışını mühakimə edənlər çox olur.

Az qala bütün insanlar vaxtaşırı öz-özləri ilə danışsalar da, başqalarında bunu müşahidə etmək onlara qəribə görünür.

Öz-özünə danışmağın yeniyetmələrdə problemlərin öhdəsindən gəlmək qabiliyyətini inkişaf etdirdiyi və inkişafları üzərində müsbət təsirləri olduğu iddia edilir. Məsələn yeni bir məlumat öyrənərkən öz-özünə təkrar etmək, məlumatın beyində fərqli proseslərlə qeyd edilməsini təmin edir. Həmçinin mürəkkəb və çətin başa düşülən bir cümlə oxuduqda, səsli bir şəkildə təkrar etməklə ifadənin başa düşülməsi asanlaşır.

Psixoloji xəstəliyin nəticəsi kimi müşahidə edilmirsə, insanın özü ilə söhbətləşməsi ona müsbət təsir edir. Bəzi problem və ya gündəlik məsələləri dərk etmək, özümüzü sakitləşdirmək, qərar qəbul etmək üçün müsbət təsirləri var. Franklin P. Consun da dediyi kimi, özümüzlə söhbətləşməyin ən yaxşı tərəfi odur ki, ən azından bizi dinləyəcək birinin olduğunu bilirik.


Şərhlər: 13
Baxılıb: 664
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
son bahar
men daha cox esebi vaxtimda oz ozumle daniwib deyinirem
15 avqust 2016 20:34
# 13
...
narmiwka_15
eslinde men ozumle daniwanda yaxwi tesir eliyir mene))
13 avqust 2016 12:49
# 12
Be Happy))
Fialka
İnsanın özüylə hərdən danışması o qədər problemli deyil onun psixoloji vəziyyəti üçün amma səsli formada olmasada danışıram)..
12 avqust 2016 12:22
# 11
Totu
Mən də öz özümə danışıram arada
12 avqust 2016 12:11
# 10
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Barbaris
Olur mende de arada
12 avqust 2016 11:36
# 9
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Turkan Abbasova
Özüylə danışmiyan insan yoxdu diyesen
12 avqust 2016 11:14
# 8
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
lale.veliyeva19
Ən yaxşı məsləhətçim öz içimdəki insandı)))özümə güvənirəm və qərarlarımı özümlə verirəm
12 avqust 2016 10:07
# 7
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

♥ KaMa ♥
mence delilik deyil mene sexsen mendenyaxsi dost yoxdu. meni cox vaxt ele ozum basa dusurem. ve ozume elediyimin duz sehv oldugun sual verirem sonda dogru qerarlar qebul ede bilirem 124
12 avqust 2016 08:47
# 6
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
vipbetul
insan ozu-ozune danisir beyninde meseleler hell edib fikirlesir bu delilik olsa onda milyardlar delidir
12 avqust 2016 00:29
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Çox sevdiyim bir xarakterim)) Psixoloju problemim yoxdu çox şükür)) Ən çox bu gün səhər açıldı hansı işlərimi görəcəm deyə öz özümə danışıram)) Məsəl üçün səhər durduq əl-üzümüzü yuduq güzcü önündə saçlarımı yığana qədər "indi gedirəm uşaqlarımı yedizdirirəm, sonra özüm yeyirəm, sonra qabları yuyuram , sonra o yeməyi bişirirəm, bu gün buranı silim ya yox yox yox silməyim bunu edərəm onun əvəzinə, yada bunu etsəm digərini etməyə vaxt qalmaz ən yaxşısı onu edim o biri qalsın")) gözəl söhbətləşməmiz olur)))və bir anda yoldaşım peydahlanar özündəsən? deyə sual verər, sənə aid deyil filan şeyi necə edim deyə fikirləşirdim deyə cavab verirəm)) Hətta bir söz öyrəndiyimdə özüm üçün səsli dediyin zamanlarda olub, sonda Consun dediyi ilədə razılaşıram)) Təşəkkürlər oxumaq maraqlı oldu.
11 avqust 2016 23:51
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Mende oz ozume danisiram. Bunun delilikle elaqesi yoxdur.
11 avqust 2016 23:46
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
___Jasmin___
Sitat: Kölge
Mende de olur arada
11 avqust 2016 23:36
# 2
I remained behind now the mother of 14 spring -Big

Kölge
Mende de olur arada
11 avqust 2016 23:31
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz