Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlam və patoloji qısqanclıq
Sağlam və patoloji qısqanclıq
Göndərən: Asya
Şərhlər: 9
Baxılıb: 373
Səs ver:
Yəqin ki, hər birimiz həyatımızda bir dəfə də olsa bu əzablı qısqanclıq hissini yaşamışıq.
Qısqanclıq müxtəlif olur və fərqli sahələrdə yaranır: sevgidə, dostluqda, övlad-valideyn münasibətlərində. Qısqanclığa ən çox ailə münasibətlərində rast gəlmək olar. Bu hiss yavaş-yavaş təsir edən zəhər kimi vaxt keçdikcə ailəni tamamilə dağıltmaq iqtidarındadı. Ailə münasibətləri psixologiyasına əsasən, qısqanclıq kişi və qadın arasında olan münasibətlərdə yer alan şübhə hissidir.

Qısqanclığı bir neçə tipə ayırmaq olar.

1.
Sevdiyi insana qarşı mənimsəmə hissi. Belə hallarda təbii ki, qarşı tərəf xeyli əziyyət çəkir. Bu tip daha inadkar, üstün olmağa meyil edirlər. Onlar insana nə hörmət qoymağı, nə bağışlamağı bacarırlar.

2. Özgüvən əksikliyi nəticəsində əmələ gələn qısqanclıq. Bu tip qısqanclıq özünə əmin olmayan, həyəcanlı olan insanlarda yaranır. Onlarda başqaları ilə müqayisədə ikinci dərəcəli olmaq qorxusu. Bu tip qısqanclıq qarşı tərəfdən çox, qısqanc olana əziyyət verir.

3. Qısqanc insanın özü xəyanət edəndə. Bu halda əks tərəf əziyyət çəkir. Qısqanclığın real yada ki, uydurulmuş əsası həmişə var. Real deyəndə, yəni həyat yoldaşının fərqli, şübhə doğuran davranışı. Uydurulmuş halda qısqanclığın qaynağı qorxudur, inamsızlıqdı. Qısqanclıq insanın cinsindən, xarakterindən, insanın şəxsi əqidəsindən asılı olaraq müxtəlif olur.
Qısqanclıq üzücü bir hissdir, lakin bu hissin müsbət tərəfi də var. Qısqanclıq qədərində olanda bu sağlam qısqanclıqdı, çünki sevgini daha da gücləndirir. Amma qısqanclıq qeyri-sağlam şəkildə olanda təbii ki, mənfi emosiyalara səbəb olur. İlk öncə sevdiyi insana qarşı yaranan inamsızlıq, güvənsizlik. Sonra qəzəb, əsəbililik – hansıların ki, nə üzə çıxaranda, nə daxildə boğanda müsbət nəticə vermir. Qorxular ortaya çıxır: atılma, tənha qalma qorxusu. "Hamı biləndə mənim haqqımda nə danışacaqlar” bu kimi fikirlər. Qısqanclıq psixosomatik xəstəliklərlə də bağlı tərəfləri var. Emosional stress qadınlarda birbaşa hormonal sistemə təsir edir. Kişilərdə isə xroniki yorğunluq sindromunun yaranmasına səbəb olur.

Qeyd etdiyim kimi qısqanclığın ailədaxili münasibətlərə mənfi təsiri çoxdu. Ən kədərlisi odur ki, bu qısqanclıq “səhnələri” övladların göz önündə baş verir. Hər bir uşaq üçün ilk gündən valideynləri yeganə sevimli modeldir. Kiçik yaşlarında hələ tam olanları kritik analiz edə bilmirlər, lakin bütün gördükləri şüuraltında yer alır. Və təbii ki illər keçdikcə müəyyən yaşa çatanda, münasibət quranda övladınıza öz mənfi təsirini göstərəcək.
Kişi və qadın qısqanclığı fərqli olur. Kişilər həyat yoldaşını özündən diqqətini yayındıran hər kəsə qısqanır, hətta övladlarına, nəvələrinə. Təbii ki, başqa kişilərə də. Kişilər öz rəqibi ilə özlərini müqayisə etmirlər. Onlar üçün əsas qısqanclığın fakt olaraq özüdür.
Qadınlar isə əksinə rəqibi ilə özlərini müqayisə edirlər. Əgər kişinin xəyanətində kişi həyat yoldaşın ittiham edirsə, qadında özünügünahlandırma hissi ilə də rast gəlirik. Hətta bəzi xanımlarımız rəqiblərinə oxşamağa can atırlar. Hesab edirlər ki, qadınlar kişilərdən daha qısqancdı, çünki bu mövzuda tez-tez dava salırlar. Amma reallıqda başqa cürdür. Kişilərdən fərqli olaraq qadınlarımız xəyanətlə rastlaşanda çox vaxt bağışlayırlar əsas da övladlarına görə.
“Bəs qısqanclığı necə aradan qaldıraq?” sualı ortaya çıxır. Hər bir insan özünə dəyər verməyi , özünüqiymətləndirməyi bacarmalıdı. Özünüzə vaxt ayırın. Fikrinizi daha əhəmiyyətli işlərə ayırın. Baş verənlərdən daha səmərəli nəticə çıxarın. Həyat tərzini dəyişməyə cəhd göstərin. Qısqanclığı anlamaq üçün onun səbəbini bilmək gərək. Səbəbi isə özünüqiymətlədirmənin aşağı olmasıdı. Həyatınızı qısqanclıq hissi ilə zəhərləməyin. Sadəcə özünüzə dəyər verin və həyatda birlikdə olduğunuz hər dəqiqənizdən zövq almağa çalışın!
Aygün Ağabalayeva
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu


Şərhlər: 9
Baxılıb: 373
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qisqanc insanlar xesde nsanlardir inami olmayan insanlardr
8 avqust 2016 22:07
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MODABAZ
Ele bılıdım qısqanc deyılem ama onu tanıdıqdan sonra gordumkı qızqancam oda aynen
6 avqust 2016 14:53
# 8
Heyata daim gulmek lazimdii
Mrs.Pianist
Men evvel qisqanc olmadiqimi dusunurdum qisaqnc olanlarada sadece gulub kecirdim. Amma sonraa..)) ozumu tanidiqdan sonra gordum coxx qisqancam menimdise menimdi baskasi goz ucu bele baxa bilmez! Keserem 122
5 avqust 2016 23:55
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
meni_gozle
Mən çox qısqancam
5 avqust 2016 22:37
# 6
Cindrella
Cox dehset qisqancam o derecede ki.Sevdiyim insan"bugun hava ne gozeldir" sozunu isletse onu doyerem.Men dura dura hava niye gozel olmalidiki?
5 avqust 2016 22:20
# 5
Barbaris
Qisqancam cooox
5 avqust 2016 21:39
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
YalniZ-ArZu
Ayy wekile baxdim gulmeyim geldi.Bizimkide eynen bele baxir mene,qizlarla yaziwib gulende:)))Deyir neye gulursen?:))Kimle yaziwdigimi oyrenmeyince elece qawqabaqli oturur:)
Wukur qisqancliqla bagli aramizda problem yoxdu,sevmediyi weyler var ki,onlari etmirem ki,mende sehf tutub daniwmasin.Mende cox qisqanc deyilem.
5 avqust 2016 21:27
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Kölge
Qisqaniram amma cox vaxt biruze vermirem
5 avqust 2016 20:31
# 2
Her şeye gore şukur
Totu
Mən çox qısqancam)))
5 avqust 2016 19:51
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz