Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yanımızda yadlaşan insanlar
Yanımızda yadlaşan insanlar
Göndərən: Asya
Şərhlər: 9
Baxılıb: 344
Səs ver:
Statistik araşdırmalar göstərir ki, son illərdə cütlüklər arasında konfiliktlərin, boşanmaların sayı kəskin şəkildə artıb. Bəs bunun səbəbi nədir? Bir-birimizi anlamaqdakı çətinliyimizmi, yoxsa hər gün işlətdiyimiz "hər şey zəmanədəndir” düşüncəsimi? Əvvəllər ailə bağları əasasında çox sağlam dəyərlər yatırdı. Mübahisələr, anlaşılmazlıqlar yaşansa belə çox az qisminin sonu boşanma ilə nəticələnirdi. O dövrdə insanlarmı çox dözümlüydü, yoxsa problemləri, qayğılarımı daha az idi? Hal-hazırda nəinki sevgi münasibətlərində, hətta gündəlik adi insani davranışlarda belə aqressiyanın şahidi oluruq. Metroda, avtobusda, bankda, marketdə növbə gözlədiyimizdə belə insanların üzündəki əsəbi, təlaşı, həyəcanı bir psixoloq kimi görməməyim mümkün deyil. Bu vəziyyətlər məni çox düşündürdü. Mövzuya bir neçə aspekdən yanaşaraq araşdırma apardıqda çox konfiliktlərin səbəbini internetin, sosial şəbəkə istifadəçilərin sayının kəskin artmasında, insanların həddən artıq alüdəçisi olmasında gördüm. Əlbətdəki texnolji inkişafın əleyhinə deyiləm ancaq belə bir deyimdə var ki, internet uzaqdakı insanları yaxınlaşdırdığı kimi yaxındakı insanları uzaqlaşdıra bilir. Bəlkədə hər birimiz belə bir vəziyyətin şahidi olmuşuq. Kafeyə, restorana dostları ilə gələn bir qrup gənclər, habelə cütlüklər bəzən sifarişi belə verməmiş "Wifi kodunu olarmı ?” deyə soruşur. Günlük qayğılardan problemlərdən uzaqlaşaraq əylənmək, xoş saat keçirmək üçün gəldiyimiz kafelərdə belə virtual aləmə səyahət etməyi daha üstün tuturq. Yorğun iş günlərimdən birində nahar üçün getdiyim kafedə şahid olduğum hadisələrdən biri də bir qrup gəncin masa arxasında əyləşərək yalnız telefonlara başlarını qatması idi. Gəncliyin ən gözəl çağlarını bu cür dəyərsizləşdirmələri məni çox məyus edir. Ünsiyyətdən uzaq, sadəcə virtual aləmə bağlılıq insanlarda əsəb, aqressiya yaradan halların bəlkədə başında dayanır. Bu onların ünsiyyət qurmaq bacarıqlarınıda zamanla azaldır.
Sanki bir robot kimi çox qısa cavablar verirlər. Yeri gəldikdə bu onların nitqlərində müəyyən qüsurlara da səbəb olur. Sosial şəbəkələr o qədər həyatımıza daxil olub ki, dünyada ən gözəl duyğulardan biri olan sevgi belə virtual aləmdə axtarılır. Təssüflər olsun ki, insanlar sanki bir "əşya” axtarırlarmış kimi sevgini bu cürə ucuzlaşdırırlar. Sonra isə indiki dövrdə sevgimi qalıb deyirlər? Evli cütlüklər söhbət etmək, təmiz havada gəzmək yerinə texnoloji avadanlıqlarla başlarını qatırlar. Və heç özləridə fərqində olmadan getdikcə yadlaşırlar…Artıq bir-birilərini anlamaz, səbr göstərməz həddə çatırlar. Sosial şəbəkə vasitəsilə ailə quranların əksəriyyətinin sonu boşanma ilə nəticələnir. Təbii ki, istisnalar mümkündür. Fəqət bir çox halda insanla canlı ünsiyyətdə olmadan ona virtual bağlanaraq görüşəndə şüuraltı olaraq artıq o insanı real aləmdə də xəyali olaraq beynimizdə canlandırdığımız obraz kimi görüb tanımağa cəhd etmirik. Məhz buna görə də bir çox evliliklərdə bu cümlələrin şahidi oluruq sən çox dəyişmisən əvvəl belə deyildin. Belə hallarla üzləşmək istəmirsinizsə nə qədər ki, gec deyil real həyatın gözəlliklərini duymağa bir insanla canlı ünsiyyətin yerini heç bir texnologiyanın verə bilməyəcəyinə inanın.
Gülər Məmmədova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi.


Şərhlər: 9
Baxılıb: 344
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
MODABAZ
Adı metroda avtobusda oturandada day cavanlar qocalara hormet etmır
10 avqust 2016 11:01
# 9
Heyata daim gulmek lazimdii
♥ KaMa ♥
Sitat: Mrs.Kemale
wifi cixacax axrimiza 122
10 avqust 2016 09:02
# 8
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
vipbetul
indi insanar bir pulu isdiyirler birde ozlerini ona gorede bir-birine yadlasirlr bir-birine hormet etmirler
10 avqust 2016 00:12
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Kemale
wifi cixacax axrimiza 122
9 avqust 2016 22:08
# 6
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
YalniZ-ArZu
Ehhhhhhhhhh.............
9 avqust 2016 21:41
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
baby baku
hormetleri olsun sevgileri nemmmmm olmasada olar bezi zehlem getmislerin
9 avqust 2016 21:07
# 4
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
Nezka
İnsanlar hissizləşiblər
9 avqust 2016 21:07
# 3
İçimi görsən mənə aptek alarsan.
BARBI
Indiki insanlar hamisi robotlasib. Insanlarda ne sevgi ne deki qaygi qalmayib.
9 avqust 2016 19:49
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
İndi elə zamanədirki heçkim heçkimə sevgi, hörmət qoymur yaxşı insanlar azdı indiki dövürdə))
9 avqust 2016 19:33
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz