Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İmtahan stressini necə azaltmaq olar - Psixoloqun tövsiyələri
İmtahan stressini necə azaltmaq olar - Psixoloqun tövsiyələri
Göndərən: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 286
Səs ver:
İmtahan yalnız qazanılmış biliklərin deyil, eyni zamanda insanın psixoloji davamlılığının sınaqdan keçirilməsidir.
Psixoloji tədqiqatlar sübuta yetirir ki, imtahandan uğurla keçmək üçün, özünüqiymətləndirmənin səviyyəsini yüksəltmək, özgüvəni artırmaq vacibdir.

İmtahan stressi necə meydana çıxır?
Stresi intensiv əqli fəaliyyət, eyni vəziyyətdə uzunmüddətli olmaqdan əzələ və orqanların yorulması prosesi, yuxu və istirahət rejiminin pozulması yaradır. Lakin imtahan stressinin inkişafını sürətləndirən ən başlıca faktor-neqativ təəssüratlar və ya iztirablardır.
Məzunların anketləşdirilməsi nəticələri göstərir ki, imtahan verən şəxslərdə çox hallarda baş ağrısı, ürəkbulanma və ishal meydana çıxır, onlarda bir çox dəri xəstəlikləri müşahidə olunur, ümumi həyəcan, məyusluq, panika və qorxu hissləri təzahür edir. Bu zaman imtahan verən şəxslərdə ifrat dərəcədə özünütənqid vəziyyəti müşahidə olunur, onları vahimə dolu yuxular və özünün yaxud başqa birinin əvvəlki imtahanlarda yaşamış olduqları uğursuzluqlar barədə xoşagəlməyən xatirələr narahat edir.
Stress insan psixikasına neqativ təsir göstərir. Bu, hafizənin pozulmasına, nitqin çətinliklə ifadə olunmasına, məşğələlərə qarşı yoğunluq və dözümsüzlük kimi təzahür edir. Stressin nəticəsi olaraq beyin yarımkürələrinin harmonik işi pozulur.
Sakit insan üçün narahatlıq daşımayan situasiyada beyin yarımküləri biri digəri ilə razılıq şəraitində işləyir. Sol yarımkürə məntiq və analizə cavabdehlik daşıyır, sağ yarımkurə isə emosiya və obrazlarla məşğul olur. Sağ yarımkürənin dominantlıq etdiyi şəxslərdə stress zamanı məntiq «itir», məsələləri həll etmək qabiliyyəti «dağılır». Sol yarımkürələrin dominantlıq etdiyi şəxslərdə isə obrazlar, məntiqli nitqlə bağlı hər şey "məhv olur”. Təsadüfi deyildir ki, uğursuz imtahan və ya uğursuz sınaqdan sonra imtahan verən şəxslərdən bu sözləri eşitmək olar: «elə bil yaddaşını pozulmuşdu» və ya «söz tapa bilmirdim». Bu sözlər beyində gedən prosesləri dəqiqliklə təsvir edir.
 
İmtahan stressinin əlamətləri hansılardır?
İmtahan bütün sinir-əsəb sistemi üçün ciddi sınaqdır. Stress zamanı bir qayda olaraq, aşağıdakı əlamətlər meydana çıxır:
- güclü narahatlıq hiss olunur;
- imtahan verən şəxs situasiyaya nəzarət edə bilmədiyini və problemlə bacarmadığını hiss edir.
 
Stress vəziyyətinin daha dəqiq əlamətləri aşağıdakılardır:
- güclü ürəkdöyünmə;
- tərləmənin artması;
- qıcıqlanma;
- güclü yorğunluq hissi;
- iştahanın itirilməsi;
- baş ağrıları.
Eyni zamanda yuxusuzluq, miqren, həzm prosesinin pozulması, özünühissetmənin pisləşməsi və emosional boşalma, relaks qabiliyyətsizliyi meydana çıxa bilər.
Stress eyni zamanda depressiya yarada bilər. Bu zaman insanda əhval dəyişikliyi, iştahanın pisləşməsi, yuxunun pozulması, özünüqiymətləndirmənin aşağı enməsi müşahidə oluna bilər.
Bir faktı da qeyd edək ki, imtahan önü stresin müsbət tərəfləri də var. Az dozada o vacib şərtdir, belə ki, təhlükəyə qarşı adekvat davranış yaradır, orqanizmə əlavə adrenalin verir, bizi lazımi formada saxlayır.
 
İmtahanönü stress vəziyyəti ilə necə mübarizə aparmaq olar?
İlk növbədə, stress vəziyyətinin fizioloji təzahürlərinə diqqət yetirilməlidir. Bir qayda olaraq, bu, tənəffüsün çətinləşməsi, yüngül titrəmə, bədənin ayrı-ayrı əzələlərində gərginlik (qarın, üz və s.) kimi meydana çıxır. Nəfəsalma ritmini normallaşdırmaq üçün sadə tapşırıqlar kifayətdir: bir neçə dəqiqə ərzində asta və dərindən nəfəs almaq vacibdir. Ən isti havada belə bəzən titrəməni aradan qaldırmaq üçün imtahan prosesində məktəblilərə isti üst geyimi vacib olur.
Bəzi məktəblilərə «kollektiv» qorxu paralizedici təsir bağışlayır, buna görə də onları təkliyə çəkmək lazımdır: bir kənara çəkilmək, dəhlizdə gəzinmək, pəncərədən baxmaq və s. İmtahan günü həkim məsləhəti olmadan dərman qəbul etmək arzuolunan deyil.
İmtahanönü həyəcanı ən çox gülüş azaldır. Əgər imtahan əvvəl azacıq da olsa gülmək imkanı varsa, bu, həyəcanın azalmasına xidmət edir.


Şərhlər: 9
Baxılıb: 286
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
imtahana hazirlasanlar oxusun
14 avqust 2016 23:03
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lale.veliyeva19
Həyəcanımı yenə bilirəm ama insan ne qeder olmasa stress keçirir
13 avqust 2016 12:26
# 8
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

MODABAZ
Mende ımtahanalarda cooox heyecanlanırdım ama yaxsı oldu telebe adını qazandım bu ıl wukur
13 avqust 2016 12:00
# 7
Heyata daim gulmek lazimdii
narmiwka_15
o imtahanin stresini yasamayan bilmez cox pis hissdi.wukur 9-un imtahnin yaxwi verdim inwAllah sorakilarida yaxwi vererem
13 avqust 2016 11:56
# 6
Be Happy))
MODABAZ
Men bu ıl o qeder heyecanlıydımkııı ancaq aglayırdım esırdım ama ımtahana gedendee heyecan yox olurduu cox pıs olurdum ama qebula gedende heyecan olmadı sukur qebul olundu artıq telebeyem mendee hamıya qısmet
13 avqust 2016 10:33
# 5
Heyata daim gulmek lazimdii
aLoNe AnGeL
heyecanlanmaq ne demek olurem)
elimin ici terleyir ureyim doyunur bir teher oluram
ama cox Sukur 9-cu sinif imtahanini heyecanlansamda ela verdim insAllah davamida yaxsi olar
13 avqust 2016 09:51
# 4
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Totu
Gerek həyacanlanmayasan, O zaman bildiyində unudursan....
13 avqust 2016 09:28
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Cindrella
Men cox heyecanlanmisdim.Nece ildi oxumusam sirf bunun ucun.Evvel evvel dusunurdum ki hec bitmeyecek.Lakin suallari oxumaga baslayanda cox rahatlasdim.
13 avqust 2016 08:45
# 2
Canavar sevgisi
Bos bos seylerdi oxuyan usaqda stress zad olmur. Ay heyecanlandim kesildim ay surusdurdum bunlar hamisi behanedir sadece. Ne qeder oxuyan usaq taniyiram hec birinde.heyecan olmayib.hamisi da girib uniye. Ozumde de heyecan zad olmayib
13 avqust 2016 08:39
# 1
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz