Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakirəlik Sindromu - Psixoloq Sabina Bayramova
Bakirəlik Sindromu - Psixoloq Sabina Bayramova
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 2982
Səs ver:
Mifalogiyada bəkarət bildiyimiz kimi, saflığı, insanın özünü cilovlamasını təmsil edir. 
 Hər bir etnosun da özünəməxsus dəyərləri olduğu kimi bizim cəmiyyətimizin də dəyərləri var, belə ki, əsrlərdir davam edən və qadın cinsi üzərində böyük bir təzyiq yaradan "bəkarət" anlayışı, bu günkü gündə də cəmiyyətimizin önəm verdiyi mövzulardan biridir. Bu mövzuda narahatlıq doğuran, böyük bir problem kimi gözə çarpan məsələ isə "bakirəliyə insan canından daha çox önəm verilməsi"dir. Məsələn, bəzən gənclər nigaha girərkən cinsi münasibətlə əlaqədar doğru bilgilər əldə etmədən davranırlar və bəkarətin ondan öncə kimsə tərəfindən pozulduğunu düşünərək, qadına təzyiq göstərməyə və boynuna qoymağa çalışırlar. İlkin kişiliyini sübut etmək üçün qadının bakirə olmasını istəyirlər və bununla da öz eqolarını üstün tutaraq, namusunu təmizləməyin çıxış yolunu qadını öldürməkdə görürlər. Əlbəttə ki, öldürmək çıxış yolu deyil, əgər həqiqətən nigaha girdiyi qadın bakirə deyildisə, öldürməkdənsə, boşanmaq daha məqsədəuyğun hesab olunur. Və ya nigaha girmədən öncə bəkarətə önəm verən kişilər mütləq bu mövzuya toxunaraq, narazılığını öncədən mütləq bildirməlidir. 

Bəli, cəmiyyətimizdə və bənzər cəmiyyətlərdə bəkarət anlayışı çox böyük bir önəm daşıyır. Buna baxmayaraq, kişilər yeniyetməlik dövründən etibarən cinsi həyata addım atması üçün təşviq edildiyi halda, qadınlar evlənənə qədər bəkarətin qorunması gərəkdiyi barədə psixoloji təzyiqə məruz qalırlar. Cəmiyyətimizdə nigahdan öncə cinsi münasibət yaşayan gıza xoş baxılmadığı üçün hər hansı səbəbdən, istəyərək və ya istəməyərək bəkarətini itirən qızlar, cəmiyyətin qınaq obyektinə çevrilməmək qorxusu ilə bu mövzunu valideynlərindən və sosial çevrəsindəki insanlardan gizlətməyi seçirlər. Bu qorxudan dolayı, qadına xas olan hər hansı bir xəstəlik yaranarsa, bunu ailəsi ilə paylaşa bilmir və irəlidə daha da ciddi problemlərin yaşanmasına gətirib çıxarırlar. Xüsusilə də istəməyərək hər hansı səbəbdən (təcavüz, əməliyyat, zədələnmə) bəkarətini itirən qızlar cəmiyyət tərəfindən damğalanmamaq üçün bu mövzunu gizlətməyi seçirlər və sevdiyi evlənəcəyi şəxsə, birdən onu itirər - qorxusu ilə bunu öncədən bildirməyə çəkinirlər. Sonradan aralarında yaranan problemlər isə gələcək psixoloji travmalara yol açır. 

 Bəzən də ailəsində problemlər olan, şiddət görən, atadan ayrı yaşayan, atasına güvəni olmayan qızlar, güvənmək üçün birinə ehtiyac duyurlar, sevdiyi şəxsdə bu güvəni tapa bilir və əgər sevdiyi şəxs əgər ondan sui-istifadə edirsə, tezliklə aldanırlar. Aldadılan qızlar "evlənəcəyik" deyib onda güvən oyadan şəxsə qarşı çox həssas və zəif olurlar, buna görə də bütün varlığıyla ona inanaraq, bəkarətini sevdiyi güvən yaradan şəxslə pozurlar. Əlbəttə ki o evlilik ola da bilər, olmaya da bilər, situasiyadan asılı olaraq dəyişir.

Bununla belə, bəkarətini itirən gənc qızları günahkarlıq, özünü günahlandırma, şok, qorxu, narahatlıq, əsəb gərginliyi, çarəsizlik, yalnızlıq, yorğunluq, istəksizlik, ümidsizlik, özünü azad hiss etməmə, peşmanlıq duyğuları bürüyür. Mədədə boşluq, ürəkdə və boğazda sıxılma, ağızda quruluq, nəfəsdə darlıq, özünü hiss etməmə, zəiflik və s. kimi simptomlarla müşahidə olunur. Bunlar saflıq və məsumiyyətini itirməsi nəticəsində yaranan kədər hissinə verdiyi reaksiyadır. Bu dövrə bəkarət itkisinin ardınca yaranan qısa müddətli davam edən "yas tutma" dövrü deyilir. Qeyd edim ki, bu yas tutma dövrü, tarazılığın yenidən qurulması üçün normal müddət hesab olunur və bu dövr hər qadında fərdi olaraq, müxtəlif formalarda müşahidə oluna bilər. Yas tutma müddəti normal və təbii olsa da, çox çətin keçən, hazırki vəziyyəti qəbullanmaq üçün məqsədəuyğun bir dövrdür, eyni zamanda cəsarətə və dəstəyə çox ehtiyacı olan bir dövrdür. Bəkarət itkisi yaşayan qadınlar diqqət dağınıqlığı, unutqanlıq, davranışlarında diqqətsiz olması, yuxu və iştah pozulması, narahat edən yuxular görməyə başlaması, alkoqol və ya başqa maddədən istifadəyə başlaması, öz sosial çevrəsindən və ona bəkarəti xatırladan insanlardan qaçma kimi davranışları ilə seçilirlər. 
Bu mövzu ilə əlaqədar olaraq, valideynlərin qız övladlarını öncədən ruh və bədən sağlamlığı baxımından cinsi münasibət mövzusunda məlumatlandırması daha çox önəm daşıyır.
 
Ümumiyyətlə, gördüyümüz kimi bəkarətin həddən ziyadə müqəddəsləşdirilməsi böyük psixoloji problemlərə səbəb olur, buna görə də sonradan bu kimi problemlərin, psixoloji gərginliklərin yaşanmaması üçün, bu mövzularda ilk addımı atarkən iki dəfə düşünmək lazımdır.

Psixoloq Sabina Bayramova


Şərhlər: 6
Baxılıb: 2982
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sizin 1205
Allah hec kimi nefsine qul etmesin.nefsi dozmur subay vaxti olur veeee.......
12 aprel 2016 16:15
# 6
L
Antikvar
Soz zamanlarda bu kimi hadislər ucbatından neçə qadınlar məhv edilib yada iki ailələr arasında böyük münaqişə baş verir,oğlan evlənir qızla əlaqədə olduğunda görür bakirəliyi pozulur qızıda o ki,var döyür sonrada göndərir atasının yurduna ,yada həmən gecə qız oğlanın əlində qalır öldürülür yəni...Amma bir oturub fikirləşmir ki,bəlkə qızın bir günahı yoxdu (elə qızlar var çox retkidə olsa anadangəlmə bakirəliyi pozulmuş doğullar)yada təcavüzə uğramış qızlar olur bəs günahları nədi?belə zamanlardada qızlar günahkar olur nədənsə cəmiyyətimizdə nə pis bir hadisə qızın başına gəlsə ilk söylənilən söz"Günahkar qadındır"niyə kişilər özlərində günah görmürlər?niyə həmən oğlanların anası bir fikirləşmirlər bu qızda olan problem mənim qızım varsa onunda başına gələ bilər?Əlbəttdə heç bir kişi ,valdeyn istəməz bakirəliyi pozulmuş qadın ,gəlin gətirsin evə amma səbəblərini bilmədən o qızı el içində biyabr etmək alçatmağ,qınamaq,xor görmək o qızı ölümdən betər edirlər.Di gəl ki,öz oğlanları müxtəlif pozğunxanalarda müxtəlif pozğunlarla oyunlar çıxardıb ,bəlkədə axmaq pis vərdişləri amma heç bir söz deyib öz balalarını el içində biyabr etməzlər ,bizim millətin bir çoxlarına xas xarakterdi bir birini alçadıb özünü digərindən yüksək tutmaq,bərabərlik bir birinə hörmət etmək anlayışı çox az insanlarda var.
Onuda qeyd edim öz bakirəliyini istəyərəkdəndə pozan qızlar var bir neçəsini misal gətirib yazsam qəribə olarsız.Bu səbədən qeyd edim nə qədər özünüzü tək hiss etsəzdə çarəsiz olsazda ,çarənizi yad oğlanlarda deyil ailənizdə bacınız varsa bacınızla dərdləşin bölüşün,bəzi oğlanlar var ki,qızların çarəsizliyindən sui istifadə edib oyunlar çıxardırlar onlar üçün nə var?Adi üstündə cəmiyyətdə qınalınan o oğlan olmaz sırf qızlar olunacaq ilk kəlməsidə "Qızın ağlı olardı aldanmayardı"deyə fikirlər söyləyəcəklər.Arzum budur Allah hər bir qıza evindən öz təmiz adıyla çıxıb xoşbəxt olmağı qismət eləsin,bu xoşbəxtliyə bir tək özümüz yox valdeynlərimiz belə baxıb fəxr edirlər.
12 aprel 2016 12:47
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Yalnizca onu bilirem bekaretini evlendiyin insana vermelisen. Hec bir oglana etibar edib ozunu teslim etmek olmaz. 5 deqiqlik hezz ucun omur boyu qinaq obyekti olmaga her zaman basi asagi durmaga deymez.
12 aprel 2016 08:26
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
14MsM
Hec bir qadina bu kimi weylerle bawi awaga olasinistemerem. Qadinin hemiwe deyrem ziyneti onun namusudu deyrler bezi oglanara QIZIN AGLI VAR ALLAH AGIL VERIB DEMEYIB DA. 5DEQ HISLERIVIN QURBANI OL SONRADA OGLAN ELE OGLAN BELE DE....HEYATDA MECBUR HECNE YOXDUUU
12 aprel 2016 08:16
# 3
vipbetul
qadincin namusu cox onemlidir
12 aprel 2016 01:17
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Vuska I-va
isdemiyerek.bekaretini.itiren.qizi.qinamag.hecde.duzgun.deil.unutmamag.lazimdi.h
etda.bezi.hallarda.qizlar.dunyaya.o.cur.gelir.wukurler.olsunki.hal.hazirda.tibb.
cox.inkiwaf.etdiyi.ucun.her.weyi.onceden.bilmey.olur.o.ki.qaldi.o.bezi.oglnlar.h
ansiki.sui.isdifade.eliyir.en.azinda,duwunmelidilerki.ne.vaxtsa.olarinda.aile.qu
rdugu.qiz.bekareti.onun.kimi.hansisa,"kiwiciyin"terefinden.sui.istifad
e.neticesinde.pozulmuw.ola.biler.amma.yende.ne.olursa.olsun.ele.bir.haldiki.beka
retin.toydan.once.pozulmasi.mence.gizletmey.lazim.deyil
12 aprel 2016 00:57
# 1
Bəzən Ana'ya, bəzən Ata'ya, bəzən də 1 parça çörəyə
həsrət qalar insan...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz