Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar Niyə Evli Kişilərə Meyllidir? - Psixoloq Sabina Bayramova
Qadınlar Niyə Evli Kişilərə Meyllidir? - Psixoloq Sabina Bayramova
Göndərən: NoName
Şərhlər: 17
Baxılıb: 2285
Səs ver:

Son zamanlar ən çox müzakirə olunan Qadınlar Niyə Evli Kişilərə Meyllidir mövzusu ətrafında maraq səngimək bilmir. Biz də qadın saytı olaraq bu mövzu ilə bağlı öz sahəsi üzrə kifayət qədər bacarıqlı olan psixoloq Səbinə Bayramovadan qısa bir məqalə istədik. Məqaləni olduğu kimi sizə təqdim edirik. Bu haqda fikirlərinizi oxuduqdan sonra mütləq yazın, psixoloqumuz da bu müzakirələrə qoşulub sizlərlə fikir ayrılığı edəcəkdir:


İnsan psixologiyası çox mürəkkəbdir. Cinsi mənsubluğuna görə isə Qadın və Kişi psixologiyası bir – birindən tamamilə fərqlənir. Cəmiyyətimizdə qapalı saxlanılan bir sıra mövzular vardır ki, onların açılıb – ağardılması, müzakirə obyektinə çevrilməsi, təhlil edilməsi cəmiyətimiz tərəfindən çox zaman mentalitetimizə zidd olaraq qəbul edilir. Çox müzakirə olunan mövzulardan biri də Qadın – Kişi münasibətləri üzərində qurulan müzakirələrdir. Qadın – Evli Kişi başlığı altında olan mövzuya isə psixoloji tərəfdən toxunsaq, bir neçə nüansa diqqət yetirmək və təkamül prosesinə nəzər salmaq lazımdır. Məsələn, eramızdan əvvəl qədim dövrlərdə kişilər arasında "ovçuluğu” bacaran, "ovlayıb gətirən” kişi, güclü kişi hesab olunurdu və həmin kişilərin ailəsini ac saxlamayacağına inanılırdı. Atası və ya yoldaşı ovlmağı bacarmayanlar isə ac qalırdı. Bu təkamül prosesi şüuraltı olaraq, bu günkü günümüzə də öz təsirini göstərir, yəni müasir dövrümüzə görə mənəvi dəyərlərdən əlavə olaraq, qadınlara görə, dünyaya gələcək övladı üçün ideal ata, övladının maddi ehtiyaclarını ödəyə bilən, işləyən qazanıb gətirən kişidir. Həyat yoldaşı ilə ayrılan qadının övladına seçəcəyi ata tipi də məhz maddi və mənəvi qayğıların üstəsindən gələ bilən atadır ki, bu bacarığı, bu gücü də yalnız evli kişilərdə tapa bilirlər. Çünki qadınlara görə, o kişi həyatda nələrsə edib bu statusu qazanıb və evlənib. Bu zaman qadınlar seçdiyi o evli kişinin "məşuqəsi” olacağını düşünmədən addım atır və ona elə gəlir ki, o (qadın) da onun olacaq.

Digər bir nüans olaraq, qadınların daha erkən yaşına nəzər salmaq lazımdır. Məsələn, 13 yaşlı bir qız uşağının atasından ayrılması və ya atası tərəfindən aldığı travma ilə böyüməsi onu daim ata qayğısına ehtiyac içində qoyur və o, gələcəkdə həmin qayğını həyatına yoldaş seçəcəyi şəxsdə axtarmağa başlayır. Təbii ki, evli kişilərdə bu qayğını göstərə bilmə qabiliyyəti subay kişilərə nisbətən yüksək olur və bu da travmalı qızın həmin evli şəxsə düşünmədən sevgisini artırır.

Bəzən də ailələrdə məktəbli qıza təhsilində irəli getməsi barədə deyil də, "toyunu görək” və s. kimi ifadələr işlədirlər. Bu da inkişafda olan məktəbli qızın psixologiyasına, düşüncəsinə mənfi təsirini göstərə bilir.

Daha sonra başqa bir nüansa diqqət yetirək, məsələn, gənc bir qız həyatında ilk sevib – sevildiyi şəxsdən gözləmədiyi dəhşətli bir xəyanətin qurbanı olur və bunu həzm edə bilmədiyi üçün travmalı vəziyyətdə "mən xəyanətin qurbanı oldum, qoy başqası da qurban olsun” fikri ilə öz yaşadıqlarını başqa qadınlara proeksiya edir yəni onların üzərinə köçürür, başqa qadınların da onun yaşadığını yaşamasını istəyir. Və təbii ki, bu artıq psixoloji travma almış qadında özündən asılı olmadan yaranan köçürmə istəyidir. Bu isə həmin qadını gələcəkdə daha böyük problemlərlə üzbəüz qoya bilər.

Nadir hallarda rast gəlinir ki, bu cür xəyanətin qurbanı olan gənc xanımlar özlərində subay kişilərə qarşı, sevgiyə qarşı qadağa qoyurlar.

Əlbəttə ki, hər kəsdə eyni deyil, bunlar ümumi yanaşmalardır, qadın psixologiyasına kompleks yanaşmaq və hər bir qadına isə fərdi yanaşmaq lazımdır.

Bu kimi problemlərin yaranmasına zəmin yaratmamaq üçün valideynlərin, xüsusilə də qız ata-analarının üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda təhsil müəssisələrində də bu mövzularda maarifləndirmə saatları ayrılmalıdır. Lakin artıq bu problemin içində olan qadınların mütləq psixoloq dəstəyinə ehtiyacı vardır. Çünki bizim kimi konservativ qapalı cəmiyyətdə bu kimi problemlərin içində olan qadın daim qınaq obyektinə çevrilir və aldığı travmadan əlavə üstəgəl bu da onun psixologiyasına mənfi təsir edir və yeni travmalara yol açır. Bu səbəbdən dolayı sonradan yaranmış fəsadları aradan qaldırmaq üçün psixoloq köməyinə müraciət etməsi məsləhətlidir.


Xüsusi olaraq Qadınlar.Biz saytı üçün,

Hörmətlə, 

Psixoloq Sabina Bayramova

 

DİQQƏT: Psixoloqumuz ilə şəxsi mesajlaşmaq istəyən xanımlarımız əvvəlcə daha rahat olan facebook profili vasitəsi ilə yaxud da  saytımızda şəxsi ismarıc yazaraq danışa bilərlər. 



 

Qadınlar Niyə Evli Kişilərə Meyllidir? - Psixoloq Sabina Bayramova


Şərhlər: 17
Baxılıb: 2285
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nermin))
Men bilen bu dini terfdende cox gunahdi.Eger bir qadin yada kisi evli kisiye ve ya evli qadina asiq bele olarsa,qarsi terefe oz sevgisini bildirmemelidir.Oz hislerini gizletmeldir.Bacardigi qeder.Cunku gunahdir.
7 aprel 2016 00:20
# 17
zezema
Sitat: YARIM QALMIS XEYALLAR
Men subayam ve bu movzuyla razi deyilem. Qetiyyen yuz ureyim ola birinide evli kisiye vermerem. Hec ele evli kisi gucludur falanda deye dusunmurem hele olqun agilli insanam. Ancaq evli kisiler dusur qizlarin dalinaki olurem derdinden ay ne bilim yuxularim qacib sevirem falanda filanda. Hecde ele qadinlari tek elle tutmayin xahis edirem. Def edirsen evinde arvadin utanmirsan sevgiden danisirsan?deyirsen deyir onun buna ne aidiyyati? Gel eseblesme qadin bunun gelmisini kecmisini gozunun onune yigma. Burda daha cox gunahkar kisidir. Kisi istemedikden sonra qadin yaoisacaq ona? Ys nese edecek? Bizim xemiyyetde ne olsa qadin gunahkardir ele.


Sizinlədə raziyam. gunah kishilərdə də çoxdur. bu gün bir neçə şeyə əsəbləşmişəm, biri də məktəbdə. getdim qızımı dərsdən götürməyə. dayanmışdıq valideynlərlə. mənim ele bil başımda da gözüm var)) bir anlıq hiss etdim ki, kimsə kənardan məni izləyir! gördüm o insanı baxmasam da! sonra yadıma düşdü ki, buuu bizim idman müəllimidir! qızım çıxınca, ayaqqabı dəyişmək filan, bir 10-15 dəqiqə çəkdi. bu insan gözünü məndən çəkmədi. coooooox narahat oldum. bu insan evlidir, sadəcə vid fasonuna güvənərək xoshuna gələn qadına padxod eləməkdə ozunu sərbəst sayir. baxmayaraq ki, yanimda iki ushagim var. gəlib qapiya catanda uca səslə dedim ki, harda xiyar var gəlib yigishib bu məktəbin qapisina! ozu də eshitdi, yanindaki da! bir də qələt eliyər! bir cox evli kishilər dayanmadan istər evli, istər subay, istərsədə qız olsun fərqi yox məshuqə axtarırlar! gozləri acdı
6 aprel 2016 15:37
# 16
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Psixoloq Sabina
Sitat: YARIM QALMIS XEYALLAR
Men subayam ve bu movzuyla razi deyilem. Qetiyyen yuz ureyim ola birinide evli kisiye vermerem. Hec ele evli kisi gucludur falanda deye dusunmurem hele olqun agilli insanam. Ancaq evli kisiler dusur qizlarin dalinaki olurem derdinden ay ne bilim yuxularim qacib sevirem falanda filanda. Hecde ele qadinlari tek elle tutmayin xahis edirem. Def edirsen evinde arvadin utanmirsan sevgiden danisirsan?deyirsen deyir onun buna ne aidiyyati? Gel eseblesme qadin bunun gelmisini kecmisini gozunun onune yigma. Burda daha cox gunahkar kisidir. Kisi istemedikden sonra qadin yaoisacaq ona? Ys nese edecek? Bizim xemiyyetde ne olsa qadin gunahkardir ele.
mövuzumuzda sırf subay qadınlar nezerde tutulmur ümumi yanaşmadır ve sebebleri araşdırmalar neticesinde melum olmuşdur, siz sağlam düşünceye malik olduğunuz üçün bu addımı atmazsınız amma travmatik situasialar yaşamış bezi qadınlarda bu bele deyil, nece ki, düşünmeden intihar edenler var onlar da etraflı düşüne bilmeden addım atırlar

Sitat: Mira199591
Qizlarin evli kisiye maragins cooox pis baxiram. Elbetdekii melumdu bu evli kisidi bu sennen ne parkda el ele gezecek ne seni ailesinnen tanis edecek nede xususi gunlerde seninle birlikde olacaq. Cunki o bunlari artiq edir oz xaniminla ailesiyle. Evli kisiye subay qiz bir meqsed ucun lazimdir buda hammiya melumdu. Bizim cemiyyet ele inkisaf edibki qizlar biraz gec ere geden kimi aftamatik evli kisilere maraq gostermeye baslayirlar. Buda neden ireli gelir... Cunki hamminij qiza dediyi bir soz olur bu yawdan sonra seni subay oglan almiyacaqki... Artiq qizin beyninde formalawirki evli kisiyle aile heyati qurmaliyam. Bu movzuda daniwsaq bitmez tukenmez amma en esasi onu bilmeliyikki aile dagidanin ailesi olmaz..
beli çox geniş danışmaq olar bu mövzuda bir çox nüanslara toxunmaq olar, sizler indiki ve gelecek valideynlerimiz terbiye zamanı çox diqqetli yanaşmalısınız övladlarınıza, onların suallarını cavabsız qoymamalı ve sizinle dost kimi olmasına şerait yaratmalı ve mümkün qeder maariflendirmelisiniz

Sitat: zezema
Ətrafımızda belə hallar az deyil. Hər gün artmaqdadır. Bəli evli kişilərə maraq çoxdur. evli kişi bəzi qızların və qadınların gözündə daha güclü, təminatlı görünür. "ailəsinə baxan mənə də baxar" kimi səhv fikirlər yaranır qızlarda. Və ya "məni sevirsə arvadını atacaq" kimi daha bir səhv fikir... Amma hər bir belə münasibətin sonu heç də "evli kişiyə aşiq olan qadının" arzularının yerinə yetməsi ilə nəticələnmir. Nəticə:ən yaxşı halda tərk edilmiş məşuqə olmaq, ən pis halda uşaqla tərk edilmiş və alçaldılmış olmaq.
Movzu çox genişdir.
Çoxları buna əxlaqsızlıq deyir, amma mən razı deyiləm. Əxlaqsızlıq mənim fikrimcə tam başqa bir haldır. Qız həqiqətən də o evli kişini sevə bilər. Evli kişilərdə belə bir xüusiyyət var: qızlarda ozlərinə qarşı (jalost) mərhəmət hissi yarada bilirlər. Məsələn: yoldaşim çox ağır xəstədir, mən onu atmıram, amma tənhayam, filanam... Və ya sevmədən evlənmişəm, bədbəxtəm, amma o qədər yaxşı insanam ki, arvadımı uşaqlarımı atmıram... Bu kimi sözlər qızlarda o kişiyə qarşı sevgidən əlavə mərhəmət hissi oyadır. Və kənardan baxanlar üçün "məşuqə", daxilində isə "sevən qadın"a çevrilir.
Bu gün ən aktualı isə "pula görədir". Bu dəqiqə bütün imkani olan, evli iş adamları öz işçisi olan qadınlarla gəzir. Ən yayılmış məsələ isə mağazalardadır. İyrənc hal alıb artıq. İşə gəlir qız ayda 150-200 manata. Müdirlə yatır ayda 500 manata. Bəli, burda artıq əxlaq pozuntusundan danışmaq olar. Sabah, müdir bezəndə, bu işdən o qız qovulur, gedir digər bir evli müdirlə eyni ssenarini təkrarlayır.
bunlar həmişə olacaq. Hər bir "evli kişi ilə olan" qadın da, bu və ya digər halda, öz hərəkətinə bir cür bəraət qazandırmağa çalışacaq.
Ərlərimizdən uzaq, xanımlar ))))

Beli, neticeni ve fesadları gözel vurğulamısınız, xüsusile fesadları haqqında önceden övladlarımızı maariflendirmeli, bu istiqametde bir çox meseleleri onların bizimle birlikde analiz etmesine yardım etmeliyik ve yardım ederek onların da doğrunu ve yanlışı özlerinin ayırd etmesine istiqamet vermiş olarıq.
6 aprel 2016 03:41
# 15
zezema
Ətrafımızda belə hallar az deyil. Hər gün artmaqdadır. Bəli evli kişilərə maraq çoxdur. evli kişi bəzi qızların və qadınların gözündə daha güclü, təminatlı görünür. "ailəsinə baxan mənə də baxar" kimi səhv fikirlər yaranır qızlarda. Və ya "məni sevirsə arvadını atacaq" kimi daha bir səhv fikir... Amma hər bir belə münasibətin sonu heç də "evli kişiyə aşiq olan qadının" arzularının yerinə yetməsi ilə nəticələnmir. Nəticə:ən yaxşı halda tərk edilmiş məşuqə olmaq, ən pis halda uşaqla tərk edilmiş və alçaldılmış olmaq.
Movzu çox genişdir.
Çoxları buna əxlaqsızlıq deyir, amma mən razı deyiləm. Əxlaqsızlıq mənim fikrimcə tam başqa bir haldır. Qız həqiqətən də o evli kişini sevə bilər. Evli kişilərdə belə bir xüusiyyət var: qızlarda ozlərinə qarşı (jalost) mərhəmət hissi yarada bilirlər. Məsələn: yoldaşim çox ağır xəstədir, mən onu atmıram, amma tənhayam, filanam... Və ya sevmədən evlənmişəm, bədbəxtəm, amma o qədər yaxşı insanam ki, arvadımı uşaqlarımı atmıram... Bu kimi sözlər qızlarda o kişiyə qarşı sevgidən əlavə mərhəmət hissi oyadır. Və kənardan baxanlar üçün "məşuqə", daxilində isə "sevən qadın"a çevrilir.
Bu gün ən aktualı isə "pula görədir". Bu dəqiqə bütün imkani olan, evli iş adamları öz işçisi olan qadınlarla gəzir. Ən yayılmış məsələ isə mağazalardadır. İyrənc hal alıb artıq. İşə gəlir qız ayda 150-200 manata. Müdirlə yatır ayda 500 manata. Bəli, burda artıq əxlaq pozuntusundan danışmaq olar. Sabah, müdir bezəndə, bu işdən o qız qovulur, gedir digər bir evli müdirlə eyni ssenarini təkrarlayır.
bunlar həmişə olacaq. Hər bir "evli kişi ilə olan" qadın da, bu və ya digər halda, öz hərəkətinə bir cür bəraət qazandırmağa çalışacaq.
Ərlərimizdən uzaq, xanımlar ))))
5 aprel 2016 16:16
# 14
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Gulka❀
Bir qadin olaraq evli kisilere hec vaxt maragim olmayib. Evli kisiler ozune mesuqe axtarir. Onu eylendirib,ehtiyaclarini temin etmek ucun. Bezi qadinlarda ozleri isteyerek bu yola gedirler. Onlarin hereketleri sirin gelir. Ona gorede evli kisilere meyl edirler.
5 aprel 2016 09:00
# 13
vipbetul
exlaqsizliqdan olur bunlar
5 aprel 2016 01:24
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YARIM QALMIS XEYALLAR
Men subayam ve bu movzuyla razi deyilem. Qetiyyen yuz ureyim ola birinide evli kisiye vermerem. Hec ele evli kisi gucludur falanda deye dusunmurem hele olqun agilli insanam. Ancaq evli kisiler dusur qizlarin dalinaki olurem derdinden ay ne bilim yuxularim qacib sevirem falanda filanda. Hecde ele qadinlari tek elle tutmayin xahis edirem. Def edirsen evinde arvadin utanmirsan sevgiden danisirsan?deyirsen deyir onun buna ne aidiyyati? Gel eseblesme qadin bunun gelmisini kecmisini gozunun onune yigma. Burda daha cox gunahkar kisidir. Kisi istemedikden sonra qadin yaoisacaq ona? Ys nese edecek? Bizim xemiyyetde ne olsa qadin gunahkardir ele.
5 aprel 2016 00:19
# 11
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
Mira199591
Qizlarin evli kisiye maragins cooox pis baxiram. Elbetdekii melumdu bu evli kisidi bu sennen ne parkda el ele gezecek ne seni ailesinnen tanis edecek nede xususi gunlerde seninle birlikde olacaq. Cunki o bunlari artiq edir oz xaniminla ailesiyle. Evli kisiye subay qiz bir meqsed ucun lazimdir buda hammiya melumdu. Bizim cemiyyet ele inkisaf edibki qizlar biraz gec ere geden kimi aftamatik evli kisilere maraq gostermeye baslayirlar. Buda neden ireli gelir... Cunki hamminij qiza dediyi bir soz olur bu yawdan sonra seni subay oglan almiyacaqki... Artiq qizin beyninde formalawirki evli kisiyle aile heyati qurmaliyam. Bu movzuda daniwsaq bitmez tukenmez amma en esasi onu bilmeliyikki aile dagidanin ailesi olmaz..
5 aprel 2016 00:11
# 10
Psixoloq Sabina
Ekser hallarda bu kimi problemler valideyn mesuliyyetsizliyinden qaynaqlanır
31 mart 2016 20:09
# 9
lale.veliyeva19
nifrət edirəm belələrinə qoy camaat həyatını yaşasın da niyə insanların həyatını dağıdısınız ki??!!!
31 mart 2016 19:28
# 8
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

sadece_men
indi coxalib ele aile dagidanlar
31 mart 2016 09:32
# 7
BARBI
Men cox pis baxdigim meqamdir. Qadin svli kisiyi nece seve biler. O namehremdir. Bu esl zinadir. Teesufki dovrumuzde o qeder xanimlar varki evli kisilerin pulunnan sui istifade edir, onlari ailesinnen soyudur , en axir meqamda yuvasini dagidir. Sonda istediyine nail olur.
31 mart 2016 08:45
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
evli kisiye maraqi olan xanima xanim demezdim
31 mart 2016 02:20
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur_Naz
Sabina Xanim cox duzgun vurguladi balaca qizlara toyunda gorek yox mence o gun olsun Uni.ye qebul ol deyilmelidir,mence indiki yasadigimiz cemiyyetde daha cox ehtiyyac var cunki 90larin usagiyam ancag bizim dovrumuzde ele idi her ad gunumde mene ilk arzu olunan Uni.ye daxil ol idi am a indiki qonaiglarda artiq daha basqa arzular deyilir..
31 mart 2016 01:27
# 4
Barbaris
tewekurlu maraqliyydi
31 mart 2016 01:26
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Psixoloq Sabina
Xoşdur, təşəkkürlər :)
31 mart 2016 01:15
# 2
Fi-Ra
Yaşı az qızlara "toyunu görək" ifadəsi ilə mən də razı deyiləm. Əlbətdə o da olmalıdır amma müəyyən bir vaxtda. Psixoloq düz vurğulayıb. Heç kəs belə qızlara demir ki, təhsilin uğurlu olsun. Maraqlı məqalə idi təşəkkürlər
31 mart 2016 00:59
# 1
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz