Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tənbəlliyin öhdəsindən gəlməyin yolları
Tənbəlliyin öhdəsindən gəlməyin yolları
Göndərən: my_angel
Şərhlər: 5
Baxılıb: 708
Səs ver:
Görüləcək işlərin siyahısını tutub və hər ayın əvvəlində artıq daha məhsuldar olmağa dair özünüzə söz verdiyiniz halda, hələ də tənbəlliyə davam edirsinizsə, daha yaxşısı tənbəllikdən can qurtarmağın yolları haqqında olan bu yazını oxuyun.

Həqiqətən tənbəlsiniz ya yorulmusunuz?
Psixolog Leon F. Seltzer tənbəl sözündən istifadə etməkdən əl çəkmək lazım olduğunu düşünür. Ən azından bu sözün bir şəxsin şəxsiyyətini təsvir edəcək formada istifadə edilməməsi lazım olduğunu deyir. Dr. Seltzer’ə görə insan şəxsi nizam-intizam və ya motivasiya problemi yaşaya bilər. Əgər biz bunu ümumilikdə tənbəllik olaraq şərh etsək, problemin həllini tapmağı daha da uzada bilərik.
Əgər tənbəllik sizin xarakterinizi tam əhatə etmirsə, digər alternativlər üstündə dayanmalısınız. Bir kağıza həftəlik nə etməli olduqlarınızı yaza bilərsiniz. Bu məlumatlar sizdə olduqdan sonra, onları aşağıdakı kimi kateqoriyalaşdıra bilərsiniz:
Şəxsi intizam: Əgər proqramınızda çox iş varsa, sizin şəxsi intizamla bağlı problemləriniz ola bilər. Həll olaraq da həyatınızda olan lazımsız elementləri çıxara bilərsiniz.
Reallıqdan uzaq tələblər: Əgər proqramınız doludursa və siz bu işləri gördüyünüz halda, hələ də özünüzdən razı qalmırsınızsa, deməli özünüzü həddindən artıq çox yükləyirsiniz.
Motivasiya: Əgər proqramınız qismən doludur, siz isə vaxtınızın çoxunu yataraq və ya digər fəaliyyətlərlə keçirirsinizsə, motivasiya problemi yaşaya bilərsiniz. Motivasiya problemi nə edəcəyinizi bilməməklə və ya depressiya ucbatından meydana gələ bilər.
Göründüyü kimi tənbəlliyə qalib gəlməyin yolu sizin üçün nəyin əhəmiyyətli olmağından keçir. Özünüzə bir az vaxt ayırmağınız və zəifliklərinizi bilməyiniz bu məsələnin həllinin ən önəmli mərhələsini təşkil edir.
İşinizi dəyərli etməyin yollarını axtarın
Müasir dövrün ən vacib problemlərindən biri də demək olar ki, hər kəsin məşğul olduğu işə nifrət etməsidir. Əslində isə hər nə qədər ruhunuza uyğun, mükəmməl işi tapa bilməsəniz də, gördüyünüz işdən zövq almaq da mümküdür. Bunun üçün sadəcə gördüyünüz işə dəyər verməyiniz lazımdır. Ən azından bunu öyrənməniz çox vacibdir.
İşinizə qarşı pis münasibət bəsləməyinizin sizə heç bir yararı olmayacaq. Bunun əvəzinə aşağıdakı sinifləşdirmə ilə işləyə bilərsiniz:
İşləyərkən əyləndiyiniz anların ləzzətini çıxarın: Hər işdə işləyən insanın əyləndiyi, yaxşı vaxt keçirdiyi zamanlar olur. Məhz bu zamanlara diqqət etmək  və başqalarına da bu haqda bəhs etmək çox yararlı ola bilər.
Zehninizdəki iş qavrayışını müəyyənləşdirin: İşləməyin dəyərli bir şey olduğu düşüncəsini zehninizə yerləşdirin. Bunu etdiyinizdə çox böyük fərq hiss edə biləcəksiniz.
Xobbilərinizi dəyişdirin
Əgər evə gəldiyinizdə etdiyiniz ilk iş divana uzanıb, televizoru açmaq və digər tərəfdən də Facebook’a girmək olursa, bu lazımsız axşam vərdişlərinizin olduğu mənasına gəlir. Hər zaman eyni formada həyatınıza davam edirsinizsə, bu da sizin depressiyaya düşməyinizə səbəb ola bilər və məhsuldarlığınızı çox aşağı salar. Bunların əvəzinə daha sosial xobbilər qazana və həyatınızı yaxşı istiqamətdə dəyişə bilərsiniz.
Yaradacağınız yeni xobbilərin sizin məhsuldarlığınıza fayda verəcək şeylər olmasına diqqət edin. Məsələn, tənbəlliyinizi üzərinizdən atacaq fəaliyyətlərlə və yaxud da idmanla məşğul ola bilərsiniz.
Dözümlü olun və nəticələri tezliklə görəcəksiniz. 
Əgər ciddi davranış dəyişikliyi etmək istəyirsinizsə, dözümlü olmalısınız. Görüləcək işləri, hədəflərinizi müəyyənləşdirin və onları bir yerə qeyd edin. Bunları etdikcə də, üzərlərindən xətt çəkin. İnkişafınızı daima nəzarət altında saxlayın. Bunun sayəsində uğur əldə edəcəksiniz.


Şərhlər: 5
Baxılıb: 708
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
qanadli melek
Artiq tenbelliyi atmiwam)
4 iyun 2016 11:07
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
coxda celd deyilem isim varsa mesuliyyetini dasiyaraq o isimi hell edirem
4 iyun 2016 10:51
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
tenbel deyilem vobwe
4 iyun 2016 10:04
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Tenbel insan deyilem. Eksine cox zireh ve celdem. Tenbellik xestelikdir. Ruhu paslandirir
4 iyun 2016 08:49
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Ekizlerin mamasi
Qetiyyen tenbel deyilem,tenbel insannarida hec sevmirem,qicig oluram olara qarsi.yazilan kimi gelib eve eline teli goturub uzandisa sutka erzinde yorulmusamdedise dava bele ederem hemin adamla.insan gerek isguzar temizkar seliqrli birde tenbel olmasin.islerini gor isini qutar sora uzan dincel .butun islercun vaxt ayirsan.rejimle qaydaya salsan bos vaxtinda qalir
4 iyun 2016 08:32
# 1
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz