Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dərdin ən böyük dərmanı,təsəlli
Dərdin ən böyük dərmanı,təsəlli
Göndərən: Tomris Müslümova
Şərhlər: 5
Baxılıb: 423
Səs ver:
Bədbəxt hadisələrdən heç kim sığortalanmayıb

Hamımız kədərlənir, bitməz dərdlə üzləşir, həyatın məhv olduğunu nə vaxtsa hiss edirik. Sadəcə, bəzilərimiz bunu asan qəbul edir və tez özümüzə gəlirik, bəzilərimiz isə gec və hətta heç vaxt.

Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, dərd - insanın hansısa bir itkidən sonra göstərdiyi reaksiyadır. Dərd çəkməyin dörd mərhələsi var: "Dərdin hiss olunduğu ilk mərhələ şok mərhələsidir. Şok ağır ruhi sarsıntı və ya bədənin ağır zədələnməsi nəticəsində orqanizmin funksiyalarının ümumi pozuluşudur. Şok mərhələsi bir neçə saniyədən bir neçə həftəyə qədər uzana bilər. Bu mərhələdə insan baş verənlərə inana bilmir. O bu dövrdə hissiyyatsız, az hərəkətli olur. Lakin bəzi anlarda hiperaktivlik müşahidə olunur. İlkin mərhələdə həm də insanın iştahı itir, yuxusu pozulur".

İkinci mərhələdə isə insan dərd çəkməyə başlayır. Bu, 6 həftədən 7 həftəyə qədər davam edir. İnsan dərdini anlayır və dərd çəkməyə başlayır. Bu zaman insanda diqqətin zəifləməsi, yaddaşın və yuxunun pozulması müşahidə olunur. İnsan daim narahat olur, tənhalığa meyl edir, özünü əzgin hiss edir. Bu mərhələdə mədədə ağrılar da başlaya bilər. Əgər bu mərhələ yaxın insanın itirilməsi ilə əlaqədardırsa, bu mərhələdə o, ölən insanı ideallaşdıra, yaxud da əksinə, ona qarşı qəzəb hiss edə bilər. İnsan ölənə qarşı günahkarlıq hissi də keçirir. Hansısa sözləri deyə bilmədiyi üçün üzülür, vaxtın keçdiyini və heç nəyi geri qaytara bilməyəcəyini dərk edərək ümidlərini itirir.

Dərdi qəbul etmə mərhələsi isə baş verən hadisədən bir il sonra baş verir. Bu zaman yuxu rejimi qaydasına düşür, yaddaş və diqqət zəifliyi də keçir. Düzdür, insan bundan sonra da dərd çəkməyə davam edir. Lakin tutma halları getdikcə nadir hallarda baş verir: "Bərpa olma mərhələsi isə il yarım və iki ildən sonra baş verir. Bu mərhələdə dərd kədərlə əvəz olunur. İnsan baş verən bədbəxtliyə artıq sakit yanaşır. Hisslər o qədər də onu incitmir. Bəzi hallarda xatirələrə qapılsa da, dərdin üstündən keçdiyini və bədbəxtliyin geridə qaldığını duyur. İtki çox ağır idisə, o bu acıyla ömür boyu yaşayır. Amma artıq ilkin mərhələlərdə olduğu kimi güclü dərd çəkmir".

A.Qurbanova bildirib ki, dərd çəkən insanı mütləq sakitləşdirmək lazımdır. Əgər insanı sakitləşdirməsən, onda bir çox xəstəliklər yarana bilər: "Bildiyiniz kimi, bütün xəstəliklərin kökündə stress dayanır. Bu səbəbdən də sakitləşmək vacibdir. Sakitləşmədikdə, davamlı olaraq stress keçirmək, əsəbiləşmək ürək xəstəlikləri, alkoqolizmə və narkotik vasitələrdən asılılığa gətirib çıxara bilər. Dərd çəkən insan asanlıqla depressiyaya düşə, hətta intihar edə bilər".

Psixoloqun dediyinə görə, dərd çəkən insanla söhbət etmək vacibdir: "Bəzən sizə elə gələ bilər ki, o, sizə qulaq asmır. Amma buna fikir vermədən onunla danışmağa, onu sakitləşdirməyə davam edin. O, sizə qarşı aqressiv yanaşsa belə, bir müddətdən sonra sakitləşəndə sizə minnətdar olacaq. Ona görə ki, bədbəxtliklə üzləşən insan üçün təsəlli böyük rol oynayır. Xüsusilə də şok və dərdi anladığımız dövrdə təsəlliyə çox ehtiyac duyuruq. Belə ki, dərdlə üzləşdiyimiz zaman ilk iki mərhələ daha çətin hesab olunur".

Şok mərhələsində olan insanı tək qoymaq məsləhət deyil. Mütəxəssis qeyd edib ki, bu mərhələdə sakitləşdirmək üçün insana ehmalca toxunmaq da olar: "Misal üçün, əlini tuta və ya əlinizi onun çiyninə qoya bilərsiz. Əgər insan sizə çox yaxındırsa, başına sığal çəkə və ya onu qucaqlaya bilərsiz. Bunu edərkən dərd çəkənin reaksiyasına fikir verin. O, sizi itələyir və sizdən uzaqlaşmaq istəsə belə, getməyin. Ona görə ki, əslində sizə çox ehtiyacı var".

Bununla yanaşı, nəzarət edin ki, şok mərhələsini keçirən insan daha çox istirahət etsin və yeməyi vaxtında yesin. Yaxşı olar ki, onu hanısa bir məşğuliyyətə cəlb edəsiniz. Psixoloq deyir ki, dərdli insana diqqətlə qulaq asmaq lazımdır: "Ola bilsin ki, o, çox qəribə şeylər danışmağa başlasın. Onu dinləyin və ona başa düşdüyünüzü deyin. Əgər insan bu mərhələdə susur və danışmaq istəmirsə, ona danışdıqca yüngülləşəcəyini deyin. Ona ürəyini boşaltmağa kömək edin. O, hiss etdikləri ilə bölüşdükcə yüngülləşəcək. Eləcə də insanı sakitləşdirmək üçün, bədbəxt hadisə haqqında keçmiş zamanda baş verən hadisə kimi danışın. Əgər siz ölən insanı tanıyırsınızsa, onun haqqında yaxşı sözlər deyin".

İnsanlar başqasını sakitləşdirməyin yollarını bilmədikləri üçün çox vaxt yanlış ifadələrdən istifadə edir və insanın dərdinin üstünə dərd gətirirlər: "Bu səbəbdən də başqasını sakitləşdirərkən ehtiyatlı olmalı və danışdığımız sözlərə fikir verməliyik. Məsələn, "Bundan sonra çətin düzələsən", "Sən güclüsən, buna dözə biləcəksən", "Sən baş verənləri heç vaxt unuda bilməyəcəksən", "Gör başımıza nələr gəldi", "Sən günahkarsan", "Sən belə etməsəydin, heç nə olmazdı", "O, sənə görə öldü", "Bu heç vaxt keçməyəcək" kimi sözlər demək olmaz. Bu sözlər insanın kədərini daha da çoxaldır və dözülməz həddə çatdırır. Bunun əvəzinə "Hər şey yaxşı olacaq" deməyi öyrənmək lazımdır. Dindar insanlar üçün kədəri qəbul etmək nisbətən asan olur. Ona görə də onlara "Allah bilən məsləhətdir" kimi ifadələr demək olar. Dərd çəkən insan günahkar olsa belə, ona bunun əksini inandırın".


Şərhlər: 5
Baxılıb: 423
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Maraqli melumatdi
15 iyul 2016 08:57
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
derd ceken binsana hokmen tesseeli vermek urek-direk vermek lazimdir
27 iyun 2016 23:05
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
27 iyun 2016 12:45
# 3
Barbaris
maraqli oldu oxumaq.twk
27 iyun 2016 12:39
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Derdi ve yasadigimiz acilari qebul etmeyimiz uzun zaman alir. Ne qeder uzun aman da alsa buna oyresmeliyik . Derdsiz insan heyatta yoxdur. Onlara alisaraq yasamagi oyrenmeliyik
27 iyun 2016 08:19
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz