Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İndiki nəslin tez ruhdan düşməsinin 13 səsəbi
İndiki nəslin tez ruhdan düşməsinin 13 səsəbi
Göndərən: my_angel
Şərhlər: 6
Baxılıb: 730
Səs ver:
"İtirilmiş nəsillər” sırasına bizi də aid edənlər var. Belə düşünənlər, bizim arada qaldığımızı, buna görə də uğur qazanmağımızın çətin və hətta mümkünsüz olduğunu deyirlər. Bütün bu bədbin fikirlərə tamamilə qatılmasaq da, həqiqət payının olduğunu da dana bilmərik. Amma bəzən həqiqəti öyrənə bilmək üçün arxa planda nələr olduğunu da görmək lazımdır. Bu fikirlərin söylənilməsində əsas səbəb, bizim nəslin hər şeydən tez bezməsi və asan yorulmasıdır.

Bəs bunun səbəbi olaraq nəyi görürlər? Gəlin birlikdə nəzərdən keçirək:

1. Aldadılmaq
Çak Palanikin "Fight Club” əsərində dediyi kimi: "Uşaqlıqdan hamımıza superqəhrəman ya da rok ulduzu olacağımız aşılandı. Amma heç birimiz müasir kölələrdən başqa bir şey ola bilmədik.”

2. Bizi yarış atı kimi böyütdülər
Təhsil həyatımız boyunca normal şagird olmadıq. Bir yarış atı kimi böyüdüldük. İndi də 09:00-18:00 arasında ofis dəhlizlərində qaçan yarış atları kimiyik. Məhz buna görə də, lazım olduğunda yarışmağı rədd edirik və start verilsə də, yerimizdən tərpənmirik.

3. Bərabərhüquqlu deyilik
Bizə doğulduğumuz gündən bəri bütün insanların bərabərhüquqlu olduğunu öyrədiblər. Lakin, gündə 10-12 saat işlədiyi halda, minimum ödəniş alanlarla, heç işləmədən o parti sənin, bu parti mənim deyib, əylənənlərlə bərabər olduğumuz yalanını söyləyənlər, bizi heç cür buna inandıra bilmədilər.

4. Qorxudulduq
"Ac qalarsan, bacarmazsan, küçələrdə yatarsan.” deyə qorxudulduq. Amma heç kim bədbəxt ola bilərsiniz demədi. Əsas məqsədimizin xoşbəxtlik olmalı olduğunu demədilər Buna görə də sevmədiyimiz işlərdə çalışaraq, aldığımız kiçik məbləğlərlə sürünməyə çalışdıq.

5. "Yaxşı insanlar hər zaman qalib olur,” dedilər
Bunun əksinə bir çoxları bizim yaxşı insan olmağımızdan istifadə etdi.

6. Axmaq şoulara aldandıq
Bu şoularda sevgini hər zaman pulu və şan-şöhrəti olanlar yaşayır. Sevgilinə doğum günündə son model avtomobil ala bilməsən, sənin beş qəpiklik sevginin heç kimə bir faydası olmaz. Buna görə də kimisə həqiqətən sevməkdən insanlar qorxmağa başladı.

7. Qapalı və ziddiyyətli sistemin içində çapaladıq
Hər günün eyni davam etdiyi, monotonluğun hökm sürdüyü həyatdan xilas ola bilmədik. Etibar etdiyimiz insanlar tərəfindən paradoksun içinə dürtüldük. Biz qaçmağa çalışdıqca, sistem bizi daha da içinə çəkdi.

8. Heç kimə heç nə bəyəndirə bilmədik
Tənqid etmək üçün gözləyən insanlar hər zaman tapılırdı. Onlar gördüyümüz işdən heç vaxt razı qalmadılar. Boş tənqid etməkdənsə, işimizi necə daha yaxşı görə bilməyimizi öyrətsəydilər, daha uğurlu olardıq.

9. Böyümək düşündüyümüz qədər əyləncəli bir şey olmadı
Uşaqlıqdan bəri həmişə böyüməyin xəyalını qurardıq. Böyüdükdə isə niyə belə bir xəyal qurduğumuzu sorğulamağa başladıq. Çünki təsəvvürlərimizin tamamilə əksi olan bir həyatın içinə düşmüşdük.

10. Sanki xidmət göstərən robotlarıq
Məktəbdən etibarən tək tip insan yaratmaq səyləri başladı. Bizi bir-biriylə yarışda olan klonlara döndərdilər. Uğur qazanmaq, xoşbəxt olmaq kimi mövhumlar isə bizə aşılanan yalanlardan ibatər idi. Əslində böyümək məqsədimiz, kimlərəsə xidmət göstərməyə məcbur edilən robotlar olmaq idi.

11. Nə etməyimiz deyil, bunu necə təqdim etməyimiz önəmli oldu.
Yediyimiz yeməkləri, getdiyimiz yerləri, münasibətlərimizi sosial mediada paylaşmaq mövcud olmaq hesab olundu. Bu olmadıqda mövcudluğumuz da şübhə altına düşdü. Getdiyimiz hər yerdə check-in etdik, fotoları like etdik. Hər zaman başqalarına gözəl həyatımız olduğunu sübut etməyə çalışdıq.

12. Nəhayət ki, tək qaldıq və özümüzə qapandıq.
Əslində bizim kimi olan minlərlə insan olsa da, yenə də daxilən həmişə tək idik. Bəlkə də lazımsız şeylərə bu qədər bağlanmağımız da, varlığımızı hiss etmək cəhdlərinə görədir.

13. Sistem buldozer kimi üzərimizdən keçdi, əzildik.
Məhz biz – hər şeydən tez bezən, tez yorulan, mübarizəni olduqca tez dayandıran bir nəsil olduq. Sistemdən ayrılmaq cəhdlərimiz bir çox hallarda özümüzə qarşı çevrildi. Lakin unutmayaq ki, bu sistemdən çıxmaq üçün mübarizəni dayandırmamalıyıq, ancaq bu halda müvəffəqiyyət qazana bilərik.


Şərhlər: 6
Baxılıb: 730
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
dogruluq var aralarinda
23 may 2016 16:55
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
ayka95
Dogrudu indiki nesl tez ruhdan düşür
23 may 2016 15:03
# 5
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
23 may 2016 12:23
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
doqru yazilib her cumlesiyle
23 may 2016 11:07
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Mətndə qeyd edilənlərdə həqiqət var,ən başlıca səbəblərdən biri internet dövrün olmasıdı ,əvvəllər gənclərin oyunu bir yaşa çatdığında məhlədəki uşaqlar olardı amma indikilərin oyuncağı evdəki komp yada inter klub olur.Daha sonra televizorlarda verdikləri nağıllar olur gənclər serialdakı həyatların realda olduğunu sanırlar görmədikləri zaman tez ruhdan düşürlər,dostluqların möhkəm olmadıqları bir dövrdə yaşayırıq inanırıü sözümüzü deyirik zərbə aldığımızdan niyə'lər sözünü işlədib gah özümüzü günahlandırırq gahda ətrafən hamısı sanki bizə qarşıdı deyə düşünüb ruhdan düşürük.Bəzəndə ruhdan düşmək üçün bir səbəb yoxkən digərləri düşdü mən qaldım deyə o vəziyyətdə olmaq istərlər gənclər ətrafın diqqətini öz üzərlərinə çəkməkdən ötrü.Hər nə olursa olsun ailəmiz sevdiklərimiz bizimlədir deyə düşünüb güclü olmağa dəyər həyatda bizə önəmli olan ilk növbədə ailəmiz ,təhsilimizdir.Kimlərəsə və nələrəsə görə tez ruhdan düşməkdənsə mübarizə aparıb qalib dəyməyə dəyər bu həyata bir dəfə gəlirik və bir dəfə yaşayırıq)təşəkkürlər.
23 may 2016 11:00
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Indiki nesil tez ruhdan dusur. Cunki her seyi asan elde etmeye alisiblar. Istedikleri olmadiqda ruhdan dusurler.
23 may 2016 09:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz