Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə xoşbəxt deyilik? Necə xoşbəxt ola bilərik?
Niyə xoşbəxt deyilik? Necə xoşbəxt ola bilərik?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1189
Səs ver:
Dünyadaki insanları xoşbəxt və bədbəxt deyə iki kateqoriyaya ayırsaq, əksəriyyəti xoşbəxt olmadığını söyləyəcəkdir.
Əgər xoşbəxt deyiliksə, ilk öncə xoşbəxt olmamağımızın səbəblərini bilməliyik. Daha sonra isə xoşbəxt olmaq üçün nələri etməmiz lazım olduğunu düşünməliyik.
Xoşbəxt olmamağımızın səbəblərini belə sıralaya bilərik:
1. Özünəqapanmaqdır. Özünü günahkar sayanlar, bir nöqtəyə ilişib qalanlar, megalomanyaklar (özünü hər kəsdən üstün görən və hər zaman özünü ön plana çıxartmaq istəyən insandır). Bunların xoşbəxtliyə qovuşması üçün tək yolu var. O da ətraf aləm ilə maraqlanmaqdır.
2. Hər şeyi öyrənib bitirmiş və artıq dünyada yaşamağa dəyər, heç bir şeyi qalmadığını düşünmələridir. Bunlarında çıxış yolu içinə qapananlar kimi xarici dünyaya açılmaqdır. Belə insanların bu cür düşünmələrinə səbəb istədiklərini əziyyət çəkmədən asan yolla əldə edə bilmələridir.
3. İnsanlararası rəqabətdir. Kimlərsə buna yaşamaq mübarizəsi adını verir. Əslində isə, yaşamaq üçün deyil, qonşularından daha üstün bir həyata çatmaq üçün mübarizədir. Rəqabət xəstəliyinin aradan qaldırılması sakit həyat tərzini qəbul etməklə mümkündür. İnsan qonşusuna acıq verməklə deyil, sabahki yeməyini tapa bilməklə xoşbəxt olmalıdır.
4. Həyəcan istəyi və cansıxıntısı da xoşbəxt olmamağın səbəblərindəndir. Lakin insanlar anlamalırdırlar ki, bir sıra yaxşı şeylər var ki, mövcud dərəcədə monotonluq olmadan mümküm deyildir.
5. Günah hissi. Günah qorxusunda insanın öz-özünə hörmət nöqsanlığı var. Bunun üçün bir insan məntiqə uyğun olaraq nələrə inanacağına yaxşıca qərarlaşdırmalıdır.
Xoşbəxt olmama səbəblərindən sonra, necə xoşbəxt olarıq sualına gəlincə aşağdakılara nəzər yetirməliyik:
- Xoşbəxtliyin əsas səbəblərindən biri həvəs və xoşlama duyğusudur. Dünyada hər biriylə, ayrı-ayrı maraqlanmağa ömrümüzün yetəcəyi qədər çox şey vardır. Bu qədər bol və çeşidli mövzülar qarşısında içinizə qapanıb, sıxıntıdan partlamaq insanların acizliyindən irəli gəlir.
- Xoşbəxtliyin əsas qaynaqlarından biri də sevgidir. Güvən hissini yaradan qarşılıqlı olaraq sevmək və sevilməkdir. Həyatı güvənlə qarşılayanlar, güvənsizliklə qarşılayanlardan daha çox xoşbəxtdirlər.
- Xoşbəxtliyin böyük mənbələrindən başqası da ailədir. Ana atalarının bir-birilərini, uşaqlarında ana atalarını, ana-atalarının uşaqlarını sevməsi güclü bir xoşbəxtlik yaradar.
- Xoşbəxtlik səbəblərindən biri də işdir. İş kimilər üçün bezdirici olsa belə, bekarlıq ən sıxıcı çalışmaqdan betərdir. Necə olursa olsun, bir şey etmək və qabiliyyətini göstərmək insanı xoşbəxt edər.
Ən əsas da insan o zaman xoşbəxt olar ki, onun istədiyi və əldə etdiyi arasında daim bir tarazlıq olsun.


Şərhlər:
Baxılıb: 1189
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz