Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Stresslə başa çıxma üsulları
Stresslə başa çıxma üsulları
Göndərən: guler19
Şərhlər: 9
Baxılıb: 838
Səs ver:
Yaşıl çay için
5 dəqiqədə stressdən azad olmağın və narahatlığınızı məğlub etməyin ən asan yolu yaşıl çay içməkdir. L-Theanine tərkibli yaşıl çayın hər bir qurtumu sizi sakitləşdirəcək və stressdən qurtulmağınızı təmin edəcəkdir.
 
Şokolad yeyin
Şokoladın stressi azaldan təsirini gözardı etməyin.
 
Meditasiya edin
Səssiz bir yer tapın və fikrinizi nəfəsinizə cəmləyin. Bir neçə dəqiqə ərzində mənfi enerjidən xilas olacaqsınız.
 
Ev heyvanınızla oynayın
Stresslə başa çıxmaqda hər zaman işə yarayan bir üsul - ev heyvanınıza sarılmaq imkanı hər kəsin ilk etməsi lazım olan şeydir. Ev dostunuzu görmək də sizi rahatladar və gülümsəmənizi təmin edər.
 
Dostlarınızla danışın
Stressli, kədərli olduğunuz anlarda dostlarınızla danışmaq sizi rahatladar. Hər şeyi içinizdə tutmayın, mütləq bir dostunuzla bölüşün.
 
Biləklərinizi soyudun
Stressli anlarınızda biləklərinizi və qulaq arxanızı soyuq su ilə islatmaq sizə yaxşı təsir edəcək. Çünki, bu bölgələrdə yerləşən mühüm arteriyalar bütün bədənin rahatlamasını təmin edirlər. Ən yaxşı üsul biləklərinizdə buz parçaları gəzdirməkdir.
 
Saçlarınızı darayın
Təkrar edilən hərəkətlər ilə əsəblərinizi sakitləşdirə bilərsiniz. Saç daramaq, hörük hörmək, qab-qacaq yumaq kimi şeylər sizi rahatladar.
 
Pəncərədən çölə baxın
Bu üsulun təsirlərini dərhal görə bilərsiniz. Pəncərədən çölə baxın və çölün gözəlliklərinə diqqət yetirin. Bu sizi rahatlacaq və əhvalınızı yüksəldəcək.
 
Ətrafı toplayın
Özünüzü gərgin hiss etdiyiniz anlarda ətrafı toplamaq sizi rahatladar.
 
Başınızı yastığa qoyun
Rahatlamaq üçün hökmən yatmağa ehtiyac yoxdur. Başınızı yastığa qoymaq da yetərli olacaq. Yastığınızın sinir və stressi götürən sehrli bir bulud olduğunu xəyal edin və eləcə durun.
 
Doğru nəfəs alın
Bir çox insan stresli anlarda nəfəsinin dəyişdiyini hiss etməz. Dərin, yavaş-yavaş nəfəs alıb vermək bədəninizə və beyninizə nəzarət etməyinizi təmin edəcək, ürək döyüntülərinizi və təzyiqinizi aşağı salaraq sizi rahatlaşdıracaq.
 
Biraz bal yeyin
Bal yemək həm şirin ehtiyacınızı qarşılayar, həm də stress və narahatlığınızı azaldar. Balın tərkibindəki antibiotik beyindəki inflamasiyanı azaldır və stress ilə mübarizə edir.
 
Rəqs edin
Rəqs etmək stress və narahatlığınızı götürəcək ən sürətli üsullardan biridir. Rəqsin stressə yaxşı təsir etdiyi tədqiqatlarda sübut olunmuşdur.
 
Qəhvə iyləyin
Qəhvənin ətri stress hormonlarının yatırılmasını təmin edir.
 
Saqqız çeynəyin
Saqqız çeynəmək kortisol səviyyələrini salır və stressi götürür.
 
Əsnəyin
Bədəninizi əsnətmək əzələləri rahatlaşdırır və özünüzü rahatlamış hiss etməyinizi təmin edir.
 
Yoqa edin
Yoqa etməyin stresslə başa çıxmağı təmin etdiyi hər kəs tərəfindən bilinir. Yoqa etməyi sınamaq yaxşı bir seçim olacaq.
 
Bir neçə dəqiqə qaçın
Fiziki olaraq aktiv olmaq stressi məğlub etmənizi təmin edər. Bir neçə dəqiqə qaçmaq isə stress və narahatlığınızı tez götürə biləcək bir üsuldur. Qaçmaq endorfin ifrazını təmin edir və bu sayədə özünüzü daha yaxşı hiss edərsiniz.
 
Ən sevdiyiniz mahnını dinləyin
Ən sevdiyiniz mahnını dinləmək rahatlanmanızı təmin edər və özünüzü daha yaxşı hiss edərsiniz.


Şərhlər: 9
Baxılıb: 838
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
HAPPY_EYES
cox sag olun maraqli melumatlardir
10 mart 2016 09:07
# 9
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
vipbetul
lazimli vasitelerdir
9 mart 2016 23:34
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Stress çalışıram uzaq olsun buna görə nikbin və pozitiv olaraq hər şeydən zövq almağı bacarıram çünki anlayıram ki, bədbin olub, stressli olmaq yalnız və yalnız insanın özünə zərərdir başqalarına deyil..
9 mart 2016 16:35
# 7
Azəri_Ledi
Stressdən qurtulmaq üçün mahnı dinləyirəm məni sakitəşdirir.
9 mart 2016 10:39
# 6
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
qanadli melek
Esnemek dogrudanda cox komek edir esnedikce ele rahatlayirsanki
9 mart 2016 10:33
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ɢüмüş
Stresden qurtulmaq ucun temiz havada gezirem. Alis veris edirem. Bir kafede oturub cay icirem. Makiyaj edirem.
9 mart 2016 10:10
# 4
ulduz
Ən yaxşısı gəzməjdi. Stress onlanda məni aglamaq tutur
9 mart 2016 10:00
# 3
Dosta_inam
Mən musiqi dinləyirəm, birdə təmiz havada gəzirəm.
9 mart 2016 09:54
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Stresden xilas olmaq ucun en sade usul mahni dinlemekk aciq havada gezmekdir
9 mart 2016 09:38
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz