Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Özgüvən üçün...
Özgüvən üçün...
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 1044
Səs ver:
Özünüzdən şübhə duymaq və maneə törətmək kimi vərdişlərinizlə mübarizə edirsiniz? Özünüzə daha çox inanmaq üçün çalışırsınız? Xəyallarınızın arxasınca getmək və həyatınızı yaşamaq yerinə başqalarını məmnun etməyə çalışırsınız?
Özgüvən hiss etməyin ən yaxşı yolu həyatla barışıq olmaq və daha inamlı olmağınıza maneə törədən davranışlarınıza fikir verməyinizdən keçir. Köhnə vərdişlərinizi dəyişdirməyə diqqət edərək, beyninizdə müsbət emosional yollar aça bilərsiniz. Biz də sizə özgüvən hiss etməyə maneə olan bir çox davranışınızı toplayaraq, sizə təqdim etmək qərarına gəldik. Çünki, birinci problemin nədən qaynaqlandığını öyrənmək lazımdır ki, onu düzgün üsullarla aradan qaldırmaq mümkün olsun. Beləliklə, özünüzə daha çox inanmaq, xoşbəxt və uğurlu fərdlər olmağınız üçün öhdəsindən gəlməli olduğunuz 6 maneə:

1. Günahkarlıq hissi
Günah hissinə bir çoxumuzun uşaqlıqdan öyrədilirik. "Yeməyini ye, yoxsa arxandan ağlayar” və ya "Mən sənin üçün saçımı süpürgə edirəm, sən isə bu vəziyyətdə şikayət edirsən?” cümlələrini hamımız eşitmişik. Böyüdükcə isə bu cümlələr bizim daha da dərinimizdə yuva salaraq, güvənsizlik yaşamağınıza səbəb olur. Günahkarlıq hissi başqalarını bilərək incitməməkdə və ya ən dərindəki dəyərlərinizi heçə saymamaqda sizə kömək edə bilər. Ancaq həddindən çox günahkarlıq hissi həyatın bütün sevincini alıb aparır. Günahkarlığın bir çox növü vardır, tədqiqatlar isə bu növlər arasında tək bir günahkarlıq duyğusunun yaxşı olduğunu söyləyir; o da etdiyiniz zərərverici bir hərəkətin ardından duyulan günahkarlıq hissidir. Dəyər verdiyiniz birinə yalan söylədikdən və ya eqoist, alçaldıcı davrandıqdan sonra hiss edilən günahkarlıq duyğusu, eyni davranışı təkrarlamağınıza mane olur və peşmanlıq hiss etdirir. Digər bir çox günah hissi isə belə bir təsirə sahib deyil. Keçmişdəki səhvlərinizdən dərs çıxarın və həyatın sizə verdiyi hədiyyələrin, gözəlliklərin qiymətini bilin
 
2. Müvəffəqiyyətsiz olduğunu düşünmək
Bir çoxumuzda bu müvəffəqiyyətsizlik düşüncəsi böyüdüyümüz vaxt ailədən gələn tənqidlər, nümunə göstərilən yoldaşlar və ya bacı-qardaşlar qədər ağıllı olduğunu düşünməmək hissi, diaqnoz edilməmiş diqqət pozuqluğu səbəbiylə meydana gələ bilər. Müvəffəqiyyətsizlik hissi həyatın əhəmiyyətli bir sahəsindəki xəyal qırıqlığından da qaynaqlana bilər; boşanma, tənhalıq, borca girmə, məktəbdə müvəffəqiyyətsizlik və ya istədiyi işi tapa bilməmək kimik hallar.. Bu müvəffəqiyyətsizlik düşüncəsi bir dəfə meydana gəldikdə, bunu həyatınızın hər sahəsinə daşıya bilərsiniz.  Bu düşüncə sizə verilən bir vəzifəyə kifayət qədər diqqət göstərməklı, işi vaxtında təhvil vermənək və ya çox mükəmməl olmağa çalışmaq, böyük şəkilə baxmaq əvəzinə gərəksiz detallara fokuslanma formasında özünü göstərə bilər.  İnamslz davranıb, müdir və ya müştərilərinizin də sizə qarşı etibarsızlıq meydana gəlməsinə səbəb ola bilərsiniz. Bu müvəffəqiyyətsizlik hissinin öhdəsindən gəlmək üçün atmanız lazım olan ilk addım bu düşüncənin varlığının fərqinə varmaq və ona inanmaq məcburiyyətində olmadığınızı görməkdir. Hər yeni fürsət yeni bir başlanğıc və keçmişdəki səhvlərdən dərs çıxarmaq üçün yeni bir şansdır.
 
3. Hər şeyi mükəmməl etməyə çalışmaq
Öz-özünüzün ən böyük tənqidçisinizsə, etdiyiniz heç bir şey öz yüksək standartlarınızı qarşılamaq üçün kifayət olmursa, deməli problem var. Hər şeyi mükəmməl etməyə çalışmaqla, siz bir çox işləri yarımçıq qoyacaq, hər şeydən bezəcək, tezliklə isə əlinizi hər şeydən soyutmuş olacasınız. Review of General Psychology yayımladığı bir məqalədə mükəmməlçi olan insanların despressiya və ifrat həyəcana, hətta intihara meylli olduqlarını bildirmişdi. Mükəmməlçilik həm düşüncələriniz, həm də bədəniniz üçün təhlükəli ola bilər. Mükəmməlçilərin özlərinə qarşı hörmətləri də şərtlərə görə dəyişkən ola bilər. Özlərini yalnız nəyisə mükəmməl etdiklərin zaman sevirlər. Başqasının mükəmməl ola biləcəyini düşünmədikləri üçün başqalarını sevmə ehtimalları da olduqca aşağıdır. Bu xüsusiyyətdən xilas olmaq üçün "olmalıdır” ilə bitən cümlələrdən və həyatda yalnız qara və ağın olduğunu düşünməkdən imtina etmək lazımdır. Özünüzə bəzi şeyləri sınamaq üçün şans verin. Səhvləri bir fəlakət olaraq görməkdən əl çəkin. Özünüzə vaxt verin. Etdiyiniz bir işə dəfələrlə nəzarət etməyin.
 
4. Peşmanlıq hissiylə yaşamaq
Peşmanlıq mənfi şüur və emosiya vəziyyətidir və əldə edilən pis nəticələrdən ötrü özünü günahlandırmağa, məğlub kimi hiss etməyə, etdiyiniz seçimlərdən imtina etməyə səbəb olur. Əgər vəziyyəti dəyişdirmək üçün fürsət varsa, peşmanlıq nə qədər ağrılı olsa da, bəzən faydalı nəticələr verə bilər. Əgər bir vərdişiniz varsa, bundan yaxa qurtarmaq üçün peşmanlıq hətta faydalı bir hiss də ola bilər. Lakin hər hansı bir şeyi dəyişdirmək imkanınız olmadığı vəziyyətlərdə peşmanlıq hiss etmək sizi zehni və fiziki olaraq məhv edə bilər. Bu cür peşmanlıq hissi bütün bədəninizin və beyninizin nəzarətini öz əlinə keçirə bilər. Peşmanlıqla mübarizə aparmaq üçün fikrinizi indiki zamanda cəmləyin və buna uyğun strategiyalar fikirləşin.
 
5. Özünü başqaları müqayisə etmək
Başqalarının həyatının sizə görünən tərəfləri hər zaman qat-qat fərqli olacaq. Özünüzdən yaxşı həyat yaşayanlarla öz həyatınızı müqayisə edərək ancaq daha da arxaya addımlaya bilərsiniz. Sizin müayisə aparmalı olduğunuz yeganə şəxs keçmişdəki özünüzsünüz. Bu müqayisə sizi ancaq irəliyə aparacaq və atdığınız addımları təhlil edərək, daha böyük nəticələr əldə etməyinizə kömək edəcək.
 
6.  Başqalarını məmnun etmək
Başqalarını məmnun etməyə çalışmağın əsl səbəbi hər kəsin sizi sevməsini və sizinlə əlaqədar müsbət fikirlərə sahib olmasını istəməkdir. Bəlkə Narsistik və hissiyyat baxımdan sizi istismar edən valideynlərə sahib olmusunuz və ailə içində psixoloji olaraq ayaqda qala bilmək üçün uşaqlığınız onları məmnun etməklə keçib. Hətta beynin daha dərinliklərində başqalarının sizə hirslənməsini və ya sizə hirslənməsinin qarşısını almaq üçün onları məmnun etmə düşüncəsi də yata bilər. İnsanları məmnun etmək empatik sui-istifadədən başqa bir şey deyil. Halbuki insanın hər zaman başqa seçim şansıvar. "Olmalıdır” deyə bitən cümlələrdən sıyrılın. Başqalarını məmnun etmək üçün verdiyiniz səyin sizə nə qədər çətinlik törətdiyini anlayın. Sərhədlər qoyun və başqalarından gələn tələblərə xeyr deməyi öyrənin. Uzun müddət stressdən xilas olmaq üçün qısa müddətli narahatlıqları qəbul edin. Başqalarının ehtiyaclarıyla öz ehtiyaclarınlz arasında tarazlıq qurmağı və öz ehtiyaclarınıza prioritet verməyi öyrənin.


Şərhlər:
Baxılıb: 1044
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz