Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fobiyalar haqqında
Fobiyalar haqqında
Göndərən: Catwoman666
Şərhlər: 16
Baxılıb: 1190
Səs ver:
Fobiya Yunanca "phobos" sözünden gəlir və Fobos Yunan mifologiyasında qorxu tanrısıdır.
Fobiya insan beyninə olan təzyiqə deyilir. Bu təzyiq insanda qeyri-normal qorxular yaradır. Hansısa keçmişdə olan hadisə ilə bağlı və ya gələcəkdə baş verecək hadisə ücün narahatçılıq keçirərək qorxur. Bu qorxu ürək döyünməsi, baş gicəllənməsi,  üz qızarması, üzdə qaşınma və yanma hissi, soyuq tərləmə, titrəmə, tənginəfəslik,  boğulma, dumanlı görmə, nəfəs darlığı, udqunmada çətinlik, ani təziq düşməsi, huşunu itirmə, şok və.s ilə müşahidə olunan bir haldır. Panik atakda görünən bütün əlamətlərin demək olar ki, hamısı fobiklərdədə rast gəlinir. Fobiyanın panik atakdan fərqi ondadır ki,  fobik nə zaman panikaya düşəcəyini bilir və ordan qaçmağa çalışır. Misal üçün, lift fobiyası olan bir adam liftə minməkdənsə piləkənlə qalxır.
Qorxu daxilin-mənin özünəməxsus müdafiə mexanizmidir. Bunu orqanizmin bioloji səviyyədə qorxu zamanı verdiyi reaksiyalardan da görmək olar. Belə ki, qorxu hissi keçirən zaman qana adrenalinin ifrazı artır ki, bu da orqanizmdə hormonal partlayışa səbəb olur. Təşviş həyatda insanın üzləşdiyi qorxulu və təhlükəli vəziyətlərə orqanizmin verdiyi psixi və fizioloji reaksiyadır. Fobiyalı təşviş pozuntuları əslində təhlükəsi olmayan situasiyalarda təşvişin yaranması ilə səciyyələnən pozuntular qrupudur. Nəticədə insan belə situasiyalardan qaçır və ya qorxu hissi keçirərək dözür.
Fobiya tutmaları müəyyən bir vəziyyət  məkan obyekt və hadisədən asılı olmayan hec bir nəzarətə uymayan qeyri rasional bir reaksiyadir. İnsanların 10%-də fobiya təsbit edilsə də əslində bunun 25%-dən çox olduğu güman edilir. Xalq arasında bu xəstəlik olmadığı düşünüldüyü üçün mütəxəssislərə müracət olunmur.
Fobiya müxtəlif vegetativ hallarla müşayiət olunan, geniş yayılmış əsəb pozuntusudur. Uzun müddət davam edərsə nevrozlara səbəb ola bilər. Fobiyası olan insanlara "fobik" deyilir.
Fobiyanin əmələ gəlmə səbəbləri coxdur. Üzdə ən zərərsiz görünən əşya və hadisələrdə onlara yanaşmamızdan asılı olaraq fobiyaya çevrilə bilər. Çox vaxt fobiya kecmişdə hər hansı bir sarsıntının və ya şahidi olduğumuz bir travmatik hadisənin təsiri nəticəsində yaranır.
Fobiyalar əsasən  iki hissəyə bölünürlər:
- Spesifik fobiyalar
Spesifik fobiya konkret hansisa bir eşyaya, hadisəyə olan qorxudu.
- Klaustrofobiya - qapalı məkandan qorxmaq
- Akluofobiya - qaranlıqdan qorxmaq
- Qolossofobiya - ictimai yerlərdə danışmaqdan qorxmaq
- Akrofobiya - yüksəklik qorxmaq
- Araknofobiya - hörümçəkdən qorxmaq
- Noktifobiya - gecə düşməsindən qorxmaq
- Entomofobiya - həşəratlardan qorxmaq
- Agorafobiya - acıq yerdən və kücədən qorxmaq
- Bibliofobiya - kitablardan qorxmaq və.s
Qapalı məkandan qorxmaq Klaustrofobiya adlanır. Qapalı məkandan qorxunun bir nece səbəbi var. Bu əsasən genetik gələn bir qorxu olur. İnsan hec bir travma almadıqda  qapalı məkandan qorxa bilər Klaustrofobiyanin yaranma səbəblərindən biri də uşaq vaxtı valideyinlərin uşaqları qapalı məkanda cəza məqsədi ilə saxlaması durur. Bu uşaqlar böyüdükdən sonrada bu məkan yaddaşlarında əbədi iz qoyur və qapalı məkanda (lift, təyyarə və s.) ürkür, cəkinir, hec çür uyğunlaşa bilmirlər. Məkanın qorxusuz olduğunun fərqində olsalar belə nəfəs daralmaları, boğulmalar, məkanda hava qurtaracaq, havasız qalacaq kimi duşüncələr insanı rahat buraxmr.
Akluofobiya insanın qaranlıqdan qoruxmasıdır. Uşaq vaxtı uşaqa danışilan qaranlıq hekayələr qorxu filimləri nəticəsində meydana gəlir. Bu insanlar qaranlıqda onlara hücum edecək bir varlıq varmış kimi hiss edirlər. Daha çox uşaqlar qaranlıqdan qoruxurlar. Bu vəziyyəti aradan qaldırmağın yollarından biri ilk olaraq uşaqları erkən yaşlarından yataq otaqlarını ayırmaq və yuxu saatlarını müəyyənləşdirmək lazımdır.
Yüksəklik qorxusu Akrofobiya adlanır. Fobiyanın dərəcəsindən asılı olaraq akrofobiyası olan bir insan binanın hündür mərtəbəsində olmaqdan pilləkən çıxmağa qədər yüksəkliyi olan bir cox şeydən qorxurlar. Belə insanlar yüksəkiyə qalıxdıqca panikaya düşür və ətrafında tuta biləcəyi bir şey axtarırlar. 
Küçədə və ya hər hansi bir meydan, bazar, teatr, kino, tünel və s. kimi yerlərdə qorxu pristupu baş verərsə onda aqorafobiya - küçədən, açıq yerdən və ya kütlədən qorxmaq kimi fobiyalar yarana bilər.
- Sosial fobiyalar 
Sosial fobiyası olan insanlar başqalarının yanında kiçiləçəklərini ya da utanmalarına səbəb ola biləcək əlamətlərlə üzləşəcəklərindən qorxurlar. Belə insanlar başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən ya da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən vəziyyətlərdən qorxurlar. Ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa sənədi imzalamaqdan utanırlar, alçaldılmış duyğusu və qorxu hiss edirlər.
Sosial fobiyalı insanlar eyni zamanda keçirdikləri hissi digər insanların anlayacağından və gülünc vəziyyətə düşəcəklərindən qorxurlar. Həmçinin mənfi qiymətləndirilməyə və rədd cavabı almağa qarşı həddindən artıq həssas olurlar. Haqqlarını müdafiə etməkdə çətinlik çəkirlər, mənliklərində hörmətində aşağılıq ya da alçaq duyğular hiss edirlər.Hər on nəfərdən birində həyatın müxtəlif dövrlərində sosial fobiyaya rast gəlmək mümkündür. Bu vəziyyət şəxsiyyət xüsusiyyəti kimi qiymətləndirilir.
Sosial fobiya gənclər arasında ən cox yayılmlş fobiya növlərindəndir. Sosial fobiya utancaqlıqdan ayırd edilməlidir. Hər bir insan yeni məkana girərkən narahatçılıq kecirdir. Bunun sosial fobiya adalandıra bilmək ücün belə insanlar hər zaman sosial mühitdən qacmağa çalışır  və bu vəziyyət gündəlik həyatına ciddi təsir edir.
Sosial fobiyanın əlamətləri:
- Üz qızarması
- Ürək döyünməsi
- Əzələlərdə gərginlik
- Əl titrəməsi
- Sinədə sıxıntı hissi
- Həddən artıq tərləmə
- Mədədə rahatsızlıq hissi
- Baş ağrısı
Qorxu yaratmayacaq əşyaya və ya hadisəyə qarşı qorxunun yaranması insanın yaşamında böyük çətinliklər yaradır. Əsas çətinlik insanın qorxunudan qaçmasıdır. Vacıb olan qorxunun üzərinə getməkdi. Fobiyanın yaranma səbəbindən asılı olmayaraq yeganə və ən düzgün müalicəsi psixoterapiya yolu ilə mümküdür.
 
NƏRMİN VƏLİYEVA
Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu


Şərhlər: 16
Baxılıb: 1190
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Akrofobiya-hundur yerlerden qorxmaq.Hetta bele mekanin,hundur binanin yuxaridan cekilen wekillerine baxanda bawim gicellenir.
Heyvanlara qarwi da fobiyam var,hec bir heyvana elimi vura bilmerem.
26 iyul 2016 20:00
# 16
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
HAPPY_EYES
Sitat: narmiwka_15
menim heyvanlardan qorxmaq fobiyam var esasende piwikden

pisiyi xoslayiram,amma qorxuram
26 iyul 2016 16:10
# 15
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
___Jasmin___
Hörümçəyə nifrət edirəm ətim ürpəşir onu görəndə
26 iyul 2016 16:01
# 14
وكنت للتو في الحب
efsane..
fobiyam yoxdu amma qurd gorende iyrenirem ozumu pis hiss edirem amma qorxu yox iyrenmeden
20 aprel 2016 11:43
# 13
Tomris Müslümova
Bu həyatda tək fobiyam istlərədir.Tərs kimidə haragedirəm qabağıma it çıxır.Qorxduğumu o dəqiqədə hiss edir.Sonra qorxum kərtənkələyədir.Nifrət etdiyim qədərdə qorxum var.
12 aprel 2016 19:52
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Dj_Vampir
-Fobiya dedikde,aglima ele de deqiq bir shey gelmir.Amma balaca,kicik iyrenc boceklere qarshi..diksinme var,mende.. 09
Fobiya deyil,belkede amma bocekleri goren kimi,isder-isdemez elektrik verirem 122
12 aprel 2016 19:02
# 11
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Catwoman666
Bir defe videoya baxirdim fobiyalari mueyyenlesdirmek haqda. Bir-bir sekiller gosterilirdi. Hundurluk falan ve s. gorende hec ne olmadi mende. Amma dar bir yer sekli gosterilende uje ureyim sixildi. Dedi ki eger bu fotoya baxanda ozunuzu pis hiss eedirsizse, demeli sizde qapali mekan fobiyasi var. Bir de quyulardan, derin yerlerden qorxuram. Ureyim sixili baxanda. Heyvanlardanda qurbaga ve sicandan asiri derecede iyrenirem!

...666...
12 aprel 2016 18:43
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
fobiyam pisiyedi
11 aprel 2016 23:32
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Arzum_Melek
Sitat: qanadli melek
Mende qaranliqdan cox qorxuram eyni yazilanlar kimi qaranliqda qaldiqda ele bilirem otaq dolu adamdi indi mene nese edecekler
11 aprel 2016 22:46
# 8
S.Heydarova
Mənim elə fobiyam var ki, vayyyy vayyy bura yazmaq olmaz!!:))))
11 aprel 2016 21:42
# 7
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
narmiwka_15
menim heyvanlardan qorxmaq fobiyam var esasende piwikden
11 aprel 2016 15:11
# 6
Be Happy))
tenha cicek
menimde qorxdugum seyler coxdu amma en cox suretle geden masinin icinde oturmaqdan qorxuram he birde kitabdan qorxmaq 122 ne menasiz bir seydi bu insan niye qorxsun ki kitabdan
11 aprel 2016 14:21
# 5
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
sizin 1205
Hundurlukden qorxuram
11 aprel 2016 12:39
# 4
L
Marta
Heserat hundurluk, birde qapali yerlerde qala bilmirem.
11 aprel 2016 11:25
# 3
Немного терпения, и у тебя все получится..
BARBI
Menim klaustrafobiyam var. qapali mekanlarda nefes darligi yaranir
11 aprel 2016 09:57
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Mende qaranliqdan cox qorxuram eyni yazilanlar kimi qaranliqda qaldiqda ele bilirem otaq dolu adamdi indi mene nese edecekler
11 aprel 2016 09:37
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz