Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Necə empatiya qurmaq olar?
Necə empatiya qurmaq olar?
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 889
Səs ver:
Empatiya qarşımızdakı insanların hisslərini və düşüncələrini başa düşmək və özümüzü onların yerinə qoya bilməkdir. Yəni empatiyaya sahib olan insanlar ünsiyyətdə olduqları insanların hansı ruh halı içində olduqlarını və nəyə necə reaksiya verəcəklərini təxmin edir, hərəkətlərinin və danışıqlarının başqalarına necə təsir edəcəyini nəzərə alaraq davranırlar. Empatiya qurmaq təkcə qarşı tərəf üçün deyil bizim üçün də faydalıdır. Belə ki, empatiya sayəsində ünsiyyətdə olduğumuz insanların ehtiyaclarını anlamağımız daha asan olur və onların bizdən gözlədiklərini eləyə bilməyimiz bizim də onlardan gözlədiklərimizi etməklərinə şərait yaradır. Belə ki, qarşınızdakı insanın hiss və düşüncələrinə əhəmiyyət vermədən ünsiyyət qurmağınız onun da sizə qarşı eyni cür davranmağına səbəb olacaqdır.
Bununla yanaşı empatiya həm daha səmimi dostluq əlaqələrinin yaradılmasında, həm də kişilər və qadınlar arasındakı münasibətlərin tənzimlənməsində böyük rol oynayır.
Necə empatiya qurmağı öyrənmək istəyənlərin diqqət etməli olduğu məqam qarşılarındakı insanı diqqətlə dinləməkdir. Başa düşməyin və düzgün bir şəkildə reaksiya verməyin yolu sizinlə danışan insanın nə demək istədiyini yaxşı bir şəkildə dəyərləndirməkdən keçir və bunun üçün də diqqətinizi başqa yerə yönəltmədən onu dinləməyiniz lazımdır. Əgər bir insanı bir neçə dəqiqədən artıq diqqətlə dinləyə bilmirsinizsə, bu zaman ilk olaraq özünüzü yaxşı bir dinləyici olmaq mövzusunda inkişaf etdirməlisiniz.
Yaxşı dinləyici olmaqla bərabər verəcəyiniz cavablar da empatik olmağın əsas qaydalarındandır. Ancaq verəcəyiniz cavabların empatik ola bilməsi üçün qarşınızdakı insanı əsl mənada anlamalı və onun niyə belə düşündüyünü təyin etməlisiniz. Bir çox insan təəssüf ki, digər insanların səhv düşündüyünü onlara sübut etməyə çalışır, bu isə empatiya qurmaqdan çox uzaqdır. Bu zaman etməli olduğunuz şey o insanın bu hiss və düşüncələrə sahib olmasına səbəb olan şeyləri qavramaq və daha sonra problemlərinə onun baxış bucağı ilə həll tapmaqdır. Unutmayın ki, sizin baxış bucağınız sadəcə sizə aiddir və uğurlu bir münasibət üçün digər insanların baxış bucağını da nəzərə almalısınız.


Şərhlər: 5
Baxılıb: 889
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
empatiya qurmaqi bagariram odaki isdersem
21 mart 2016 17:11
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
_TəHLuKə_
Çox vaxtı empatiya qurmağı bacarıram amma elə olurki birinin nə istədiyini,necə olduğunu təxmin edə bilmirəm..
21 mart 2016 15:38
# 4
Özün ol!Qəti özənmə özgələrinə!
lale.veliyeva19
Ünsiyyətisə empatiya qurmağıda bacarıram sevdiyim dəyər verdiyim insanların dərdinə şərik ola bilirəm
21 mart 2016 10:49
# 3
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Asya
Unsiyyet qurmagi bacariram.kollece gedende day avtobusda yolda kollecin butun qizlariyla taniw olmuwdum))) nece olurdu bilmirem ama sohbetim tuturdu hamisiyla.tewekkurler
21 mart 2016 09:57
# 2
BARBI
Insanlarla tez empatiya qururam. Danisiq qabiliyetim gucludur. Insanlari dilimle yoldan cixariram
21 mart 2016 09:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz