Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxu haqqında həqiqət
Yuxu haqqında həqiqət
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 1078
Səs ver:
Yuxunu tədqiq edən elm "somnoloqiya" adlandırılır. Bu ən cavan tibbi elmlərdən biridir.
Somnoloqların tədqiqatları yuxu ilə bağlı olan bir çox insan arasında yayılmış fikirləri alt-üst edir. Beləliklə:
Hami bilir ki, yuxu istirahət üçün lazımdır. Lakin bu yalnız qismən həqiqətdir. Yuxu zamanı insan orqanizmində mürəkkəb biokimyəvi proseslər gedir - bəzi hormonlar  və bioloji aktiv maddələr hazırlanır, orqanizm hüceyrə səviyyəsində təmizlənir, gün ərzində qəbul olunmuş informasiya beyin tərəfindən analiz edilir.
Beyinin yuxu zamanı aktiv şəkildə işləməsini təsdiq etmək üçün bu kimi faktı gətirmək olar: bəzi tanınmış alimlər öz kəşflərini yuxuda görüblər. Belə ki, bildiyimiz kimi tanınmış kimyaçı alim Mendeleyev öz məşhur cədvəlini məhz yuxuda görüb. Digər dahi alim Albert Enşteyn öz nisbilik nəzəriyyəsinə yenə də yuxuya "borcludur". Atom fizikasının banisi Nils Bor atomun modelini yuxuda görüb. Belə misallar yenə də gətirmək mümkündür.
Uşaqlıqdan biz bilirik ki, əgər yuxuda uçursan və ya hündürlükdən yıxılırsansa, bu o deməkdir ki, sənin boyun artır, sən uzanırsan. Bu "nağıl" deyil. Məsələ burasındadır ki, boyatma hormonu məhz yuxu zamanı aktiv şəkildə hazırlanır.
İnsanın normal gecə yuxusu 8 saat təşkil etməlidir. Bunu hamı bilir. Lakin somnoloqların fikirinə görə, bu heç də belə deyil. Müxtəlif insanlara yuxu üçün müxtəlif vaxt tələb olunur. Bəzilərinə daha çox, bəzilərinə isə daha az. Bəzi günlərdə biz daha çox yoruluruq və bizə daha çox yuxu tələb olunur, digər günlərdə isə biz yorulmuruq və yuxuya olan ehtiyacımız da azalır.
Bəzi insanlara 5-6 saat gecə yuxusu kifayət edir, bəzilərinə isə 9-10 saat lazımdır. Buna insanın iş fəaliyyəti (əqli və ya fiziki), yaşı, temperamenti və s. böyük təsir edir.
İrsiyyat da burada böyük rol oynayır. "Yatağan" insanların yaxın qohumları arasında kifayət qədər yuxu sevən insanları tapmaq olur.
İnsanın yaşı artdıqca yuxuya olan təlabat azalır. Yaşlı insanlar daha az işləyir və yorulur, onların orqanizmində gedən mübadilə və s. proseslər yavaşıyır. Bu səbəbdən yaşlı insanları yuxunun azalması narahat etməməlidir. Lakin yaşlı insanların bir çox hissəsi bunu patologiya kimi qəbul edərək yuxugətirici dərmanlara üz tuturlar.
Həkimlərdən tez-tez eşitmək olur ki, insan 22.00-23.00 saat radələrində yatmağa getməlidir. Lakin bu da belə deyil. Bəzi insanlar tez yatmağı və tez oyanmağı sevir (belə insanlara "torağay quşu" deyilir), digərləri isə bütün gecəni işləməyə hazırdırlar və yalnız səhərə yaxın yuxuya gedirlər (bunları "bayquş" adlandırırlar). Bu hər insan orqanizmində olan daxili bioritmlərdən asılıdır. Beləliklə, insan müəyyən, təyin olunmuş saatda yox, yatmaq istəyəndə yatmağa getməlidir.
Somnoloqların fikirinə görə, yuxuların insanın gələcəyi haqqında heç bir məlumat vermirlər və bu səbəbdən el arasında populyar olan "yuxu yozmaları" tam əsassızdır. Yuxuda biz yalnız bildiyimiz, eşidtiyimiz, gördüyümüz şeyləri görə bilirik.
İnsanların əksəriyyəti rəngli yuxular görürlər. Anadangəlmə kor insanlar yuxuda yalnız iylər, səslər "görürlər". Əgər insan anadangəlmə kor deyildisə və yalnız hər hansı hadisədən sonra kor olubsa, o, adi insanlar gördüyü yuxuları görə bilir.


Şərhlər: 12
Baxılıb: 1078
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Yatmaq normal yatıram, biraz azaltmışam yatmağı, gördüyüm yuxuların da çoxu çin olur.
13 mart 2016 19:06
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ülü16
Qarışıq yuxular görürəm doğrusu. Amma yenədə hər şey Allahın əlindədir
13 mart 2016 07:32
# 11
NURANE
Menim gundiz gorduyum yuxular hemise eksine cixir
12 mart 2016 17:24
# 10
zalimin zulmu varsa seveninde Allahi var
vipbetul
yuxular heqiqet olur yuxularimi cox sevirem
12 mart 2016 16:59
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
Sitat: arzum-aysum
cox yatanda halsiz ve yorğun hiss edirəm özümü, başım ağrıyır, ona görə de səhərlər. tez dururam yuxudan, səkkizdə doqquza işləmiş, gecələr ise birde ikinin yarisi yatıram. yuxalara gelince ise, cox yuxu görürəm ve gördüyüm yuxuların coxu mene evvelceden nəyisə xəbər verir, gorduyum pis yuxular ise bütün gunu, hətta bir neçə gün əhvalımı korlaya bilər

Eynən fikirlərimi yazmisan. Mən yuxu görəndə qorxuram həmişə cin olur təbii pislərdən qorxuram. Yatmaq da cox yatsam qanim azdı Asa Asa gəzirəm. Amma tezden 7 de dururam hər gun
12 mart 2016 16:41
# 8
lale.veliyeva19
çox yatmağı sevmirəm yuxularımın bəziləri çin çixir
12 mart 2016 13:15
# 7
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Barbaris
yuxularim cox vaxt cin cixir
12 mart 2016 11:55
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
qanadli melek
Yata bilmirem geceleri yatandada cox pis qorxulu yuxular gorurem
12 mart 2016 10:41
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
12 mart 2016 10:11
# 4
BARBI
Men yuxu gorurem amma seher ayildigimda yuxu yaddasimda qalmir. Bunun sebebi melum deyil
12 mart 2016 10:06
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
arzum-aysum
cox yatanda halsiz ve yorğun hiss edirəm özümü, başım ağrıyır, ona görə de səhərlər. tez dururam yuxudan, səkkizdə doqquza işləmiş, gecələr ise birde ikinin yarisi yatıram. yuxalara gelince ise, cox yuxu görürəm ve gördüyüm yuxuların coxu mene evvelceden nəyisə xəbər verir, gorduyum pis yuxular ise bütün gunu, hətta bir neçə gün əhvalımı korlaya bilər
12 mart 2016 09:40
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Totu
Men ele yuxular gorurem ki tekrar birde gormek isterdim
12 mart 2016 09:40
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz