Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yuxusuzluğa yox deyək!
Yuxusuzluğa yox deyək!
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 763
Səs ver:
Yuxusuzluq insanın orqanizmi üçün çox ziyanlıdır. Bu halda insanın sinir, ürək-damar, immun və s. sistemlərinə böyük zərər vurulur. Həkimlərin rəyinə görə, yuxusuzluq hətta insanın həyatını qısaldır!
İnsan orqanizmi "melatonin” adlı hormon hazırlayır. Bu hormona "yuxu hormonu” deyilir. Cavan insanlarda yuxusuzluğun əsas səbəbi olan stres, həyacanlanmalar və s. zamanı orqanizmində stres hormonların – adrenalin və kortizolun – hazırlanması artır ki, nəticədə melatoninin hazırlanması azalır.

Yuxusuzluq zamanı insanlar tez-tez yuxugətirici həblərdən istifadə etməyə çalışırlar. Bu böyük səhvdir! İnsan orqanizmi bu dərmanlara tez öyrəşir və daha artıq dozaları tələb edir ki, bu da böyük təhlükə yaradır. Böyük dozalarda yuxugətirici dərmanlarının qəbulu çox ziyanlıdır və hətta ölümə gətirib çıxara bilər. 

Yuxusuzluqla mübarizədə bizim məsləhətlərimiz sizə kömək edə bilər:
- yatmamışdan əvvəl çox yemək yeməyin. Həddindən artıq doldurulmuş mədə rahat yuxuya getməyə əngəl olacaq. Axırıncı yemək qəbulu yuxudan 3-4 saat əvvəl olmalıdır. Lakin aclıq hissi də sizə tez yuxuya getməyə imkan verməyəcək. Bu halda 1 stəkan kefir içmək və ya yüngül tərəvəz salatı yemək olar. Həkimlərin araşdırmalarına əsasən, süd, banan, müxtəlif çərəzlər (qoz, fındıq, badam və s.), balıq və digər dəniz məhsulları, ədviyyatlardan - zəfəran yuxusuzluqla mübarizədə yaxşı kömək edir. Bu məhsullar xüsusi amin turşusu "triptofanla” zəngindir. Triptofan orqanizmdə yuxu hormonu olan melatoninin hazırlanmasını artırır. Beləliklə, yatmamışdan əvvəl siz 1 banan, bir qədər çərəz, bir tikə bişmiş balıq yeyə bilərsiniz. Əgər sizin orqanizminiz südü yaxşı mənimsənyirsə (köpmə, qıcqırma və s. olmur), siz yatmamışdan əvvəl 1 stəkan bal və ya zəfəran suyu qatılmış süd içə bilərsiniz. Əks-halda, zəfəran suyu (bir qədər zəfəran qaynar suda dəmlənir) içmək olar.    

- yatmamışdan əvvə əqli fəaliyyəti ilə məşğul olmayın; 

- yatmamışdan əvvəl 30 dəq. az olmayaraq açıq havada gəzin;

- isti vanna sizə tez yuxuya getməyə kömək edəcək. Suya nanə və ya çobanyastığı dəmləmələri, aromatik yağları (çobanyastığı və ya lavanda) əlavə etmək olar;

- yatmamışdan əvvəl sakit musiqiyə qulaq asın, bir neçə səhifə süjeti xoş olan bir kitab oxuyun;

- saat 23.00-dan gec yatmayın. Çalışın hər gün eyni vaxtda yatasınız;

- bitki tərkibli sakitləşdirici damcıları qəbul edə bilərsiniz (həkimlə məsləhətləşin!).

Əgər bütün bu üsullar sizə kömək etmirsə, həkimə müraciət edin. Yuxusuzluğun səbəbini araşdırandan sonra həkim sizə müalıcə təyin edəcək. Yuxunuz şirin olsun!


Şərhlər: 12
Baxılıb: 763
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
beasloove
Yayda yata bilmirem ancaq qışda mışıl mışıl yatiram
7 mart 2016 23:29
# 12
Fi-Ra
Elə bir problemim yoxdu təşəkkürlər xəbərə görə
7 mart 2016 21:09
# 11
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
7 mart 2016 20:31
# 10
lale.veliyeva19
artıq iki gecədir ki yata bilmirəm
7 mart 2016 18:35
# 9
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

vipbetul
ukurki yuxuyla baqli prablemim yoxdur
7 mart 2016 14:14
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
1205
Korpeli adamam gece belke 20defe qalxiram.

Korpeli adamam gece belke 20defe qalxiram.
7 mart 2016 12:18
# 7
Fialka
Yuxuyla problemim yoxdur amma vaxtında yatmıram tez oyansam belə bu da orqanizmə zərərdir təəssüf).
7 mart 2016 12:09
# 6
Narın Yağış
Yuxululuq problemim var )))) çox yatıram deyilənə görə.
7 mart 2016 11:09
# 5
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
Azəri_Ledi
yuxusuzluq mənim ən böyuk problemimdir.Məlumatları nəzərə alacam tşk ♡
7 mart 2016 10:53
# 4
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
BARBI
Yuxusuzluq problemi mende de var. Yuxusuz oldugum ucun esebi oluram. Her gun calisib eyni zamanda yatiram
7 mart 2016 09:31
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Çox şükür yuxusuzluq kimi problemim yoxdur, nə zaman istəsəm o, zaman yatıram.
7 mart 2016 08:38
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
yarpaq33
Eseb narahat olduqda hecneyin komeyi olmur sadece sakitlewdirici dermanlar onlarda bir yere qeder komek edir
7 mart 2016 08:08
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz