Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Zamanın idarə edilməsini unudun və stressin idarə edilməsinə diqqət yetirin
Zamanın idarə edilməsini unudun və stressin idarə edilməsinə diqqət yetirin
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 794
Səs ver:
Zamanın idarə olunması, adətən, kitablarda və oxuduğumuz məqalələrdə qalır. Həqiqi həyatda qarşımıza çıxan və öhdəsindən gəlməli olduğumuz əsas şey isə stressin idarə olunmasıdır. Həyat sizə üst-üstə streslər yükləyərək bunları idarə etməyinizi gözləyir, zamanınızı deyil. İş həyatında, şəxsi həyatda, ailə münasibətlərində daimi olaraq çoxlu stress yaşadığımız anlar ola bilər. Bəs stressi necə idarə edəcəyik?

1. Bir iş planı hazırladığınız zaman üstünlüyü ən çətin olanlara verin.
Beləcə daha sonralar daha az stresli olarsınız. Bu, çox bəsit bir məsələdir. Ən başda çox streslisiniz, çünki bitməmiş işlər var. Bu zaman ən stresli işləri ən əvvəl tamamlamalısınız. Onda işlərinizi gördüyünüz müddət ərzində stresdən də qurtulmuş olarsınız.

2. Əgər stresdən işinizi görə bilməyəcək haldasınızsa, onda beyninizi dincəltmək üçün qısa bir gəzintiyə çıxın. 
Qaçmayın, gəzin. Sakitləşmədən geri qayıtmayın. İnanın ki, bu, son dərəcə faydalı olacaqdır.

3. Əylənmək üçün nəsə oxuyub izləyin.
Əyləncəli olduğunu düşündüyünüz şeyləri bir yerdə siyahıya qeyd edin və ehtiyacınız olduğu zaman onları reallaşdırın.

4. Nizamlı şəkildə nəfəsinizi idarə edin.
Gündə bir neçə dəfə dərin nəfəs alın və verin. Xüsusilə bir işdən digərinə keçmədən öncə bu, çox faydalı olur.

5. İdman zalına gedin.
Bu zaman həm daha sağlam qalacaq, həm də özünüzə zaman ayırmış olacaqsınız.

6. Diqqətinizi dağıdan hər şeyi yox edin.
Bəli, hər şeyi. İş masanızda diqqət dağıdıcılardan tez-tez zəng çalan telefonlara, açılıb-bağlanan qapılara qədər həll yolu tapın.

7. Bir işi bir oturuşda bitirməyə çalışın.
Günorta istirahətindən bir saat sonra bunun üçün ən uyğun zaman olduğunu demək olar. Yeyib-içmək ehtiyacınız yoxdur, oturun və işinizi oturduğunuz yerdən qalxmadan bitirin. Nadirən telefonunuza baxa bilərsiniz.

8. Sizə yaxşı təsir edən qidalardan istifadə edin.
Hansı qidaların sizə yuxu və diqqət dağınıqlığı gətirdiyini müəyyən edin və bunlardan uzaq olmağa çalışın.

9. Etməli olduğunuz şeyləri gün bitmədən tamamlayın.
Axşam və gecə işləməyi düşünürsünüzsə, bu vaxt üçün daha əyləncəli işlər saxlayın. Beləcə, gün bitimində stresli olmazsınız və yuxu ilə bağlı probleminiz də olmaz.
Streslə mübarizə apara bildiyinizdə hər şeyə vaxtınız olduğunu anlayacaqsınız. Əgər sizin də streslə mübarizədə öz üsullarınız varsa, fikirlərinizi bizimlə bölüşməyi unutmayın.


Şərhlər:
Baxılıb: 794
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz