Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sizin həyatınızı dəyişəcək vərdişlər
Sizin həyatınızı dəyişəcək vərdişlər
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 1115
Səs ver:
1. Xarici dil öyrənməyə başlayın. Buna hər gün heç olmasa yarım saat vaxt ayırın.
2. Bir gündən bir öz otağınızı yığışdırın. Lazımsız əşyaları tullayın.
3. Kompüter oyunlarından imtina edin. Onlar sizə dünyanı qavramağa mane olurlar və normal insanları ümidsiz insanlara çevirirlər.
4. Fastfud və digər ziyanlı qidalardan birdəfəlik imtina edin. Düzgün qidalanmağa başlayın.
5. Hər səhər idmanla məşğul olun.
6. Özünüzü hər gün eyni vaxtda yatmağa və oyanmağa öyrəşdirin.
7. Hər gün eyni saatda qida qəbul edin. Buna görə orqanizminiz sizə təşəkkür edəcək.
8. 8 saatdan az yatmayın. Bu sağlamlığınız üçün çox vacibdir.
9. Pullara qənaət edin. Səyahət etməyə pul ayırın. Digər ölkələrə səyahət etmək dünya görüşünü artırır.
10. Ancaq müsbət nələrsə haqqında düşünün. Daha tez-tez gülümsəyin.
11. Öz uğurlarınızı qeyd edəcəyiniz bir gündəlik tutun. Axşamlar öz nailiyyətlərinizi qeyd edin. Hətta ən kiçik nailiyyətlərinizi belə.
12. Həyatınızı dəyişdirəcək kitablar oxumağa başlayın.
13. İnternetə gündə 1 saatdan çox vaxt ayırmayın.
14. Yeməkdən 10-15 dəqiqə əvvəl bir stəkan təmiz su için. Gündə 2 litrdən az olmamaq şərti ilə su için. Bu daxildə gedən proseslərə müsbət təsir göstərir. Siz özünüzü daha yaxşı hiss edəcəksiniz.
15. Öz bədəniniz ilə məşğul olun. Piyləri əridin və əzələlərinizi bərkidin.
16. Öz məqsədlərinizin şəkillərini tapın və onları görünən yerə yapışdırın.
17. Çoxdan etməli olduğunuz və sizə rahatlıq verməyən işləri bir kağıza köçürün. Həmin işləri görün və canınızı qurtarın. Siz daha rahat yaşayacaqsınız. Bu yoxlanılmış bir üsuldur.
18. Qeyri-etik ifadələri istifadə etməkdən imtina edin. Bir sözlə, öz danışığınıza nəzarət edin.
19. Hər gün kiçik də olsa yaxşı bir iş görün. Yaxşılıq edərkən qarşılığını gözləməyin. Yaxşılıq onsuz da sizə geri qayıdacaq.
20. Hər gün meyvə və tərəvəz yeməyə çalışın.
21. Düz gəzin. Belinizi əyməyin.
22. Bütün pis vərdişlərinizdən imtina edin. Siqaret çəkmək və spirtli içkilərdən istifadə xərçəng və digər xəstəliklərə səbəb olurlar. Axı nəyə görə siz özünüzü bədbəxt həyata məhkum etməlisiniz?
23. İnsanlara xoş sözlər və komplimentlər deyin. Bunu özünüzə vərdiş etsəniz, çox yaxşı olar.


Şərhlər:
Baxılıb: 1115
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz