Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sizi güclü edəcək 7 qəddar həqiqət
Sizi güclü edəcək 7 qəddar həqiqət
Göndərən: Tomris Müslümova
Şərhlər:
Baxılıb: 1433
Səs ver:
1. Heç kim o dərəcədə məşğul deyil ki, sizə cavab verməsin.
Oğlan olsun ya qız olsun, mesajınıza cavab vermirsə, bu o demək deyil ki, o hədsiz dərəcədə məşğuldur. Potensial işə götürən artıq neçə gündür zəng etmir, ona görə yox ki, onun bircə dəqiqə də olsun vaxtı yoxdur.

Əgər siz kimdənsə cavab ala bilmirsinizsə, bu ona görədir ki, onlar şüurlu şəkildə sizə cavab vermək istəməyiblər. Və sizə lazımı diqqət ayırmayan başqa insanlara haqq qazandırmaqdan nə qədər tez əl çəksəniz, bir o qədər tez bunun əksini edən insanlar və situasiyalarla yaxınlaşacaqsınız.

2. Hər bir insan öz şəxsi maraqlarını digərlərindən üstün görür.
Vacib deyil ki, insan nə qədər səmimi, xeyirxah və qayğıkeşdir, o ilk növbədə öz problemləri ilə məşğul olacaq, nəinki sizin problemlərlə.
Hətta ən diqqətli sevgili belə siz ipucu verməsəniz hansı "düyməyə" basacağını anlaya bilməz. Ən ədalətli iş sahibi də əgər siz lazım olduğundan artıq işə razılaşsanız, sizi məzara sürüklədiyi barədə təxmin etməyəcək. İnsanların əksəriyyəti siz verdiyiniz qədər götürürlər, ona görə də lazımı sərhədləri müəyyən edib dəstəkləməyə çalışın, heç kimin boynunuzda oturmasına icazə verməyin. Güclü insanlar görmək istəmədikləri iş üçün "yox" deməkdən çəkinmirlər, çünki bilirlər ki, onlar özlərini müdafiə etməsələr, başqa kimsə də müdafiə etməyəcək.

3. Siz heç vaxt hər kəsi məmnun edə bilməyəcəksiniz.
Əgər siz bu vaxta qədər sizdən bir şeylər istəyən hər kəsin sözünə qulaq assaydınız, o zaman cansız, formasız, hissiyyatsız bir varlığa çevrilərdiniz. Sonra da birisi gəlib sizə məsləhət görərdi ki, dəyişməlisiniz, daha maraqlı olmalısınız.
Həqiqətən hər kəsi məmnun etmək mümkün deyildir. Hər zaman biriləri qarşınıza çıxıb doğru həyat tərzi yaşamadığınızı və doğru yolda olmadığınızı deyənlər tapılacaq. Sizi onsuz da hər nə iş görsəniz tənqid edənlər olacaq, ona görə də sevdiyiniz işlə məşğul olun. Çünki sizin yeganə vəkiliniz siz özünüz olmalısınız.

4. Dünya təmamilə sizə heç bir şey borclu deyil.
Siz dünyanın ən xeyirxah, ən ağıllı, ən maraqlı, ən məşhur insanı ola bilərsiniz, ancaq siz öz üzərinizdə işləyib inkişaf etməsəniz, o zaman bu gözəl keyfiyyətlər sadəcə sizin təsəvvürünüzdə qalacaqdır.
İki variant var: Özünə acıyaraq bütün ömrünü həsr edib daha çox şey əldə etmək, yaxud da həmən indiki an hərəkətə başlayıb həyatdan hər şeyi almaq. Sizcə özünə yetən insan hansını seçər?

5. Özünüzü haqlı çıxarırsınız.
Mənim pulum, vaxtım, gücüm və resurlarım yoxdur deyərək məqsədə yetişə bilmək üçün bütün ömrü boşuna sərf etməklə bəhanələr gətirirsiniz. Elə bilirsiniz belə insan təkcə sizsiniz? Planetimizdə o qədər belə bəhanə gətirən insanlar var ki. Və hər biri də elə qəşəng bəzədilmiş, düzədilmiş, yaxşı bəhanələr gətirirlər ki, təki yeni nəyəsə başlamasınlar və nəticə olaraq məqsədinin ardınca getməsinlər.
Həyatdan nə istədiklərini bilən insanlar isə bəhanələrinin üstündən xətt çəkirlər və onları əngəlləyirlər. Onlar yaranmış məhdudiyyətləri aradan qaldırmaq üçün yollar tapır və bununla da zəfər əldə edirlər.

6. Sizi xarakterizə edən əməllərdir, düşüncələr deyil.
Bütün gün ərzində bağlı otaqda oturaraq təsəvvürünüzdə gözəl bir dünya rəsmi çəkə bilərsiniz, amma nə qədər ki, siz otaqdan bayıra çıxıb gerçək həyata bağlı iş görməyəcəksiniz o təsəvvürlərin bir əhəmiyyəti olmayacaq. Böyük planlar qurmaq bacarığı əla işdir, ancaq bu əmələ keçmirsə, faydasızdır. Nəticə olaraq bizim haqqımızda düşüncələrimizə görə deyil, əməllərimizə görə mühakimə yürütmək olar.

7. Sizi öz həyatınızdan heç kim gəlib xilas etməyəcək.
Çoxlarımız inanırıq ki, arzularımızın insanı, ideal iş və qeyri-adi sürpriz bizi hər zaman bir yerlərdə gözləməkdədir. Əgər halımızdan məmnun deyiliksə, qeyri-rasional olaraq ümid edirik ki, bir sehrbaz peyda olub bizi problemlərdən xilas edəcək. Amma həqiqət bundadır ki, həyatda belə olmur. Problemlər hansısa sehrli çubuğun gücü ilə həll edilmir, əgər həyatınızda dəyişiklik istəyirsinizsə, buna özünüz səy göstərməlisiniz.
Sizi güclü edəcək 7 qəddar həqiqət
Bunu ən güclü insanlar bilirlər. Ağır zamanlar başlayanda onlar zirehlərini geyinir, ağ atlarına minib özləri özlərini xilas edirlər. Çünki onlar bilirlər: onlara kömək edəcək yeganə insan özləri olacaq.


Şərhlər:
Baxılıb: 1433
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz