loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tək valideynli yeniyetmələr: Onlar necə olurlar?
Tək valideynli yeniyetmələr: Onlar necə olurlar?
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 785
Səs ver:
Valideynlərdən birinin ölümü nəticəsində tək valideynli ailədə böyüyən yeniyetmələrin məktəb uğurları, cinsiyyət xüsusiyyətləri, duyğu halları, iş həyatları bu cəhətdən təsirlənir.

Ana, ya atasının ölümündən sonra uşaqlar bir daha ölən valideyni ilə danışa bilməyəcəyini, ünsiyyət qura bilməyəcəyini düşünərək, bu duyğunun yaratdığı çarəsizlik, yarım qalmışlıq, darıxmaq hisslərini daha güclü yaşamış olur. Valideynləri boşanan uşaqlar daha çox qəzəb keçirirsə, ölüm nəticəsində ayrıldıqda isə darıxmaq, peşmanlıq, yarım qalmaq hissi, keçici əsəbilik kimi duyğular yaşanır. Ana, ya atasının ölümündən uzun müddət keçməsinə rəğmən, yeniyetmələrin yaşadığı qəzəb, depressiya keçmir. Həyatda qalan valideynini qısqanmaq, əsəbiləşmək, qorumağa çalışmaq və hətta ölən valideynin yerinə keçmək kimi cəhdləri olur.

Atalarını itirmiş yeniyetmə oğlanlar daha dalaşqan olurlar
Araşdırmalar zamanı atalarını itirmiş yeniyetmə oğlanların daha dalaşqan davranış sərgilədikləri müəyyən olunub. Araşdırmanın digər nəticələrinə görə, atasını çox erkən yaşında itirən oğlanlarda asılı şəxsiyyət formalaşır, daha az dalaşqan davranışlar və ənənələrə uyğunlaşma problemi yaşayırlar. Belə oğlanlarda kişiliklə bağlı mənlik düşüncəsi yetərincə formalaşmır. Ona görə atasını erkən yaşında itirən oğlan uşağı üçün ailəsində böyük qardaşın, ya da ata əvəzi olacaq birinin olması onda kişilik fiqurunun sağlam formalaşmasına yardım edəcək.

Atalarını itirmiş qızlar daha çox kişi kimi davranırlar
Atasızlığın qızlar üzərində təsiri isə tam başqadır. Anaları tərəfindən böyüdülən qız uşaqlarının daha çox kişi kimi davrandıqları və buna görə qarşı cinslə qurduqları münasibətdə çətinlik çəkdikləri müəyyənləşib. Digər araşdırmanın nəticələrinə görə isə, boşanmış ailələrdə böyüyən qızlar digər qızlardan fərqli olaraq daha erkən yaşlarda kişilərə maraq göstərməyə başlayırlar.

Ana, ya atası vəfat edən yeniyetmələrin məktəb bacarıqlarında da geriləmələrə sıx rastlanır.

Şərhlər:
Baxılıb: 785
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz