Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Autizm
Autizm
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1002
Səs ver:
Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.

Autizm-erkən yaş dövründə başlayan, həyat boyu davam edən, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə birlikdə qəbul olunan neyro-psixiatrik bir pozuntudur.

Autizm ilk olaraq 1943-cü ildə Amerikalı uşaq psixiatrı Leo Kanner tərəfindən "Erkən UşaqlıqAutizmi” olaraq adlandırılmışdır.

Autizmin spektr pozuntuları
Autizm

•Asperger sindromu
•Rett sindromu
•Uşaqlıq dezinteqrativ pozuntusu
•Atipik autizm

SƏBƏBLƏRİ
Autizm-anadangəlmədir. Səbəbi dəqiq məlum deyil. Nitq və duyğulardan gələn məlumatların qiymətləndirilməsi ilə bağlı beyin hissəsində bir problem olduğu deyilir.

Bəzi mütəxəssilər autizmin beyindəki neyronların normadan az olması ilə bağlı olduğunu qeyd edir.

Autizmin yaranmasında genetik faktorlar da özünü göstərir. Tək yumurta əkizləri genetik baxımdan bir-birilə eynidir. Əgər tək yumurta əkizlərindən biri autizmlidirsə, digərinin autizmli olma riski 35-70% ola bilər. Fərqli yumurta əkizlərində isə bu risk 0-23%-dir. Ailənin  ilk uşağı autizmlidirsə, sonrakı uşağın autizmli olma riski 5-15%-dir.

Autizmin Tipik Xüsusiyyətləri
•Başqalarına qarşı maraqsızdır.
•Göz təmasından qaçır.
•Başqaları ilə ünsiyyət qurmur.
•İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir.
•Digər uşaqlarla oynamır.
•Uzun müddət ərzində eyni mövzu üzərində danışır.
•Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir.

Mənasız sözləri ardıcıl təkrarlayır.
•Predmetləri davamlı olaraq çevirməkdən xoşugəlir.
•Yaradıcılıq tələb edən oyunları oynaya bilmir.
•Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərəhəddindən artıq reaksiya verir
•Davamlı olaraq eyni oyunları oynayır
•Ağrıya qarşı laqeyddir
•Səslərə qarşı həddindən artıq həssaslıq və ya  həddindən artıq laqeyddir
•Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
•Tək qalmağı seçir
•Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir
•Predmetlərə  bağlanır
•Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir. Danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır
•Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur.

QEYD: Aparılan tədqiqatlar autizmli uşaqların75%-indən böyük bir hissəsinin zəka geriliyiolduğunu, ancaq 10%-ə kimi kiçik bir hissəsinin normal zəkaya sahib olduğunu vurğulamaqdadır.


Şərhlər:
Baxılıb: 1002
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz