Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Affekt halı - Bu təhlükəlidir!
Affekt halı - Bu təhlükəlidir!
Göndərən: emis
Şərhlər: 7
Baxılıb: 996
Səs ver:
Affekt halı ciddi ruhi-duyğu pozğunluğudur. Bu hala düşən adam etdiyi davranışlara, hərəkətlərə cavabdeh olmur.

Affekt halı ilkin dönəmdə özünü sadəcə müəyyən kiçik əlamətlərlə büruzə verir. Yəni xəstənin affekt olduğunu bilmək mümkün olmur. Affekt halında olan insanlar anidən və öz başına kəskin reaksiya verməyə, əsəbilik, vurmaq, qırmaq, dağıtmaq istəyində olurlar. Bu hal bir-neçə dəqiqədən 1 saata qədər davam edə bilər.

Affekt halına meylli insanların heyvan, yüksəklik, xəstəlik, yaralanma, ölüm qorxusu olduğundan onlar evdən çıxmağa, tək qalmağa qorxurlar. Affekt halı hər yaşda baş verə bilər. Ən çox 45 yaşdan sonra görünən bu xəstəlik, zehni işlərlə məşğul olan, narkotik maddələrdən və ya spirtli içkilərdən istifadə edənlərdə özünü daha çox büruzə verir.

Affekt halının yaranma səbəbləri müxtəlifdir. Affekt halı qəfildən yaranır. Affekt halı iki cür - patoloji və fizioloji.

Fizioloji affekt halı qorxu, narahatlıq, əziyyət, nevroloji çatışmazlıq, ürək sıxıntısı ilə, patoloji affekt halı isə narkotik maddə qəbulu zamanı şizofreniya, depressiya halı şəklində özünü büruzə verir.

Patoloji affekt çox ağır keçir. Hesab olunur ki, bu vəziyyətdə olan adamın ağlı başında olmur. Bu cür vəziyyətə pxioloji travmaya səbəb olan hadisələr, digər şəxslərin davranışı, dediyi sözlər səbəb ola bilər. Affekt halında olan insanı idarə etmək olmur. Onlar çox aqressiv davranır və ətrafdakılar üçün təhlükə yaradır. Affekt vəziyyətində olan insan öz emosiyalarını, nitqini, hərəkətlərini idarə edə bilmir. Bu halda insan nə etdiyini anlamır, bəzi hallarda affekt vəziyyətindən sonra amneziya (yaddaşın itməsi) da müşahidə olunur. Patoloji affekt halı tam psixi sağlam insanlarda da psixioloji travmalar nəticəsində yarana bilər.

Affekt halı 3 mərhələdə davam edə bilər. Affekt halının birinci mərhələsi psixoloji travmaya səbəb olan informasiyanı qəbul etdikdə başlayır. Affektiv gərginlik tədricən artmağa başlayır. İkinci mərhələ affekt halının pik nöqtəyə çatmasıdır. Bu zaman emosiyaların partlayışı baş verir. Bu fazanın əlamətləri tipikdir. İnsanda səslərin qəbul etməsi pozulur. Səslər sanki ya uzaqlaşır ya da yaxınlaşır və güclənir. İllüziyalı qavrama müşahidə olunur, hallüsinasiyalar yaranır. Elə hallar olur ki, affekt vəziyyətinə düşən insan sayqılayır, özünü hədsiz aqressiv və qəddar aparır. Affekt vəziyyətində insan baş verənləri və ola biləcək nəticəni obyektiv qiymətləndirə bilmir. İnsanın matorikasında da problemlər yarana bilər (ayaqlarında taqət itə, qulaqlarında küy yarana və hətta huşu da itə bilər). İkinci mərhələdən sonra affekt halının üçüncü mərhələsi başlayır. Bu mərhlədə insan baş verənlərə və ya etdiklərinə heç bir reaksiya vermir. Bu zaman insan çox pis vəziyyətdə olur. Onda ruh düşkünlüyü müşahidə olunur. Bir müddət heç kimlə ünsiyyət qurmaq istəmirlər.

Fizioloji affektdə olan insanın isə ağlı başında olur. Bu vəziyyət müvəqqətidir və qıcığa qarşı partlayış xarakterli reaksiyadır. Fizioloji affekt halı pozitiv və neqativ olur. Bu cür affekt halı qəfil yaranır və insanın davranışının və psixi fəaliyyətinin qəfil dəyişməsi ilə müşayiət olur. Fizioloji affekt zamanı insan öz hərəkətlərini anlayır və özünü idarə edə bilir. O, həmin an ağlını itirmir və affekt halından sonra amneziya da baş vermir.

Fizioloji affektin səbəbləri müxtəlifdir. Affekt vəziyyətinə şəxsin yaxınlarından kiminsə və ya hansısa insanın həyatının təhlükəli vəziyyətdə olması, konflikt, insanların onu təhqir etməsi, özünə qiymətləndirmənin aşağı salınmasına, şəxsiyyətin alçaldımasına yönələn sözlər səbəb olur.

İnsanın fizioloji affekt vəziyyətə düşməsi şəxsin yaşından, əsəb sistemindən, özünə qiymətləndirmənin hansı səviyyədə olmasından, psixikaya təsir edən müvəqqəti fizioloji vəziyyətlərdən (yorğunluq, yuxusuzluq və s.) asılıdır.

İstənilən hisslər artaraq effekt halına qədər çata bilər. Adətən cəmiyyətdə insanlar öz güclü hisslərini büruzə verməkdə çəkinir və emosiyalarını idarə etməyə çalışırlar. Lakin bu o demək deyil ki, insan daim bütün emosiyalarını sıxmalı və üzə çıxmağa imkan verməməlidir. Xüsusilə də, müsbət hisslərin affekt vəziyyətinə səbəb olması insanın normal və sağlam həyat tərzi sürməsi üçün vacibdir. Müsbət hisslərin açıq və səmimi büruzə verilməsi şəxsiyyətin müsbət mənəvi keyfiyyətlərini üzə çıxardır. Müsbət affekt sağlamlığına, əhavlına da müsbət təsir edir.

Neqativ emosiyalara söykənən affekt vəziyyətinə düşən insan təhlükəlidir. Xüsusilə də, patoloji affektə düşən insanı daha da qıcıqlandırmaq, onunla mübahisə aparmaq olmaz. Yaxşı olar ki, affekt vəziyyətinə düşən insanı sakitləşdirməyə çalışasız. Nəzərə almaq lazımdır ki, şəxsiyyətin alçaldılmasına yönələn, psixoloji travmaya səbəb olan sözlər, hərəkətlər insanı affekt halına sala bildiyi üçün, bu cür hərəkətlərdən və sözlərdən uzaq durmaq lazımdır.

Affekt halına meylli olan isanlara yaşıl rəng sakitləşdirici təsir edir. Yaxşı olar ki, evin dizaynında yaşıl rənglərə və otaq bitkilərinə üstünlük verilsin.


Şərhlər: 7
Baxılıb: 996
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
bele bir xesteliyi ne esitmisem nede gormusem Allah uzaq etsin yenede
11 dekabr 2015 21:19
# 7
-__MOONLIGHT__-
Məndə son 2 ildə belə şey çox olurdu. Təxmini bəlkə mən də beləyəm. Hirslənəndə həmişə özümə zərər verərək ağrı hiss etdikdə sakitləşirdim çox güclü travmalar keçirmişdim. Düzdü indi yaxşıyam əsəbimə qarşı müalicəyi isə hələ də alıram. Belə şey ilk öncə ailədə olan ümumiyyətcə insanın həyatında olan gərginliklərdən anlaşılmazlığlardan irəli gəlir..mən indi indi düzəlirəm..
3 dekabr 2015 22:00
# 6
Həyat paylaşdığca gözəl=)))
Happy
Allah heçkimə görsətməsin
29 noyabr 2015 00:57
# 5
vipbetul
lazimli melumatdi
28 noyabr 2015 19:07
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canavar sevgisi
Psixologiya dersinde bu haqqda cox daniwmiwix
Affekt veziyyrti insanin illerle aylalarla icinde yigilan esebin neqativ hallarin neticesi olaraq baw verir . Ve insan ozundrn asili olmadan hansisa menfi hereket etmeye mecbur olur . Ve sonra rahatlawir. Tebii ki boyuk cinayetler toretmeyibse. Cox vaxt bu veziyetde insan eeediyi hereketi soradan qebul ede bilmir
28 noyabr 2015 13:29
# 3
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Angela7
Bu xəstəlik biraz məlumatım var idi, amma adının affekt olduğunu və daha dərin məlumatları indi öyrəndim
28 noyabr 2015 10:20
# 2
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
BARBI
Ilk defe oxudum bu xestelik haqqinda. Tehlukeli xestelikdir. Eger bu problem yasanirsa en esasi eseblesmeyin stresden uzaq olun
28 noyabr 2015 10:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz