Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İkinci dəfə sevmək mümkündür?
İkinci dəfə sevmək mümkündür?
Göndərən: emis
Şərhlər:
Baxılıb: 1297
Səs ver:
Bliskriq – bu bizim düşüncəmizdir
Sevgi psixologiyası – hər kəs ilk növbədə sənə vaxt və səbr lazım olduğunu deyəcək. Bu gün məqsədinə çatmaq yox, birinci olmağa çalışmaq dəbdədir. Alternativ vəziyətin nadir hallarda işə yaradığını düşünmək yanlışdır. Sevdiyin insanla ömrünün sonuna kimi birlikdə olacağını düşünürdün. Amma yalnız sənin bildiyin səbəblərdən bu reallaşmadı. Həyatının qalan hissəsini onsuz yaşamaq məcburiyyətindəsən. Onsuz ola bilər, amma bu tək yaşayacaqsan demək deyil. Bundan sonra nə edəcəm? Uğursuz həyatın olduğunu düşünüb, ömrünü tək başa vurmağı düşünürsən, yoxsa hər şeyi tezliklə unudub, yeni sevgiyə başlamağı? İkinci variant daha yaxşıdır…

Məsləhət: Gənc yaşda olanlar ayrılıq acısını tez unudur, bir müddətdən sonra yeni bir həyata başlayırlar. 40 yaşdan sonra isə bu bir az çətin olur. Amma «İkinci bahar» sevgisi hər kəsin həyatında müsbət tərəfə dəyişikliklər edir. Hər bir insan sevgi istəyir. Amma yenidən bir sevgi yaşamaq üçün diqqətli olmaq lazımdır. Bu da bir hadisədir, külək kimi ötüb keçəcək. İlk sevgində etdiyin səhvləri bir kağıza yaz. Onun nələri bəyənmədiyini və sizi ayrılığa gətirən səbəbləri təkrarlamamağa çalış. Beləcə, yaşayacağın ikinci sevgi daha uğurlu və davamlı olar.

Tapmaq və təslim olmamaq
Ömrünün yarıdan çoxunu onunla başa vurmusan. Amma heç gözləmədiyin anda həyatında dəyişikliklər olur. Siz ayrılmaq qərarına gəlirsiniz. Bu sevgi sənə əziyyət versə də, ayrılığa sevinmirsən. Həyatının yarıdan çoxunu tənha keçirmək, illərdir bir evdə yaşadığın insandan ayrı qalmaq… O sənə əziyyət verirdi… Amma sevgidən çox kiməsə öyrəşmək insana əziyyət verir… İkinci cəhd… Bu, ayrılıq yaşayan hər kəsin həyatında baş verəcək ən gözəl hal ola bilər…

Məsləhət: Hər şey öz vaxtında gələcək, əgər sən gözləməyi bacarırsansa… Əgər qarşına məqsəd qoyursansa, ona çatmaq üçün yollar axtar. Burada əsas sənin ciddiliyin, cəhdlərin və həvəsindir. Ümidlərini heç vaxt qırma… Sevgi hər zaman insan həyatına gəlir… İkinci, üçüncü, hətta dördüncü dəfə də…

Uğursuzluq və depressiya
İşdə uğursuzluq – sən bunu çətin də olsa yola verdin. Dostlarla mübahisələr – bunlarda bir gün ötüb, keçəcək… Ən pis hal isə – illərdir birlikdə olduğun, insanla ayrılmaqdır. Bunu isə düzəltmək mümkün deyil. Sənə həyatında baş verən uğursuzluqları götür-qoy etmək lazımdır. Ola bilsin ki, sən ən sadə bir amili gözdən qaçırtdın. Uğur rahat şəraitdə insanın əlinə düşən şansdır.

Məsləhət: Sən uğursuzluq səbəblərini ortaya çıxardıqdan sonra, onları bundan sonra davam etdirməyin nə dərəcədə real olduğunu aydınlaşdır. Əgər yenidən həyatında gözəl sevgi olmasını istəyirsənsə, ilk növbədə görünüşünə fikir ver. Hər bir qadını depressiyadan yeni saç düzümü, alış-veriş çıxarır. Görünüşündə dəyişiklik edib, daha da baxımlı olduqdan sonra özünü səni atıb getmiş sevgiyə layiq bilməyəcəksən. Səhvlər üzərində düzəlişi «ikinci cəhd»lə etmək ən yaxşı variantdır.

İkinci və üçüncü addımı atmağa dəyər?
Burada keçmiş qaydalardan istifadə etmək lazımdır: kağızı iki hissəyə ayır. Birinə məqsədlərinə çatmaq üçün düşündüklərini yazıb, üstəgəllər qoy. Digərinə isə, sənə mane olan səbəbləri qeyd edib, çıxaq işarələri qoy. «İkinci bahar» yaşamaq sənə nə verəcək? Yoxsa sən artıq tənhalığa öyrəşmisən? «İkinci sevgi mənə xoşbəxtlik cətirəcəkmi?» düşüncələri səni yorub.
Əgər uğura çatmaq üçün sənə emosiyaların mane olursa, bax bu ən pisidir. Sənə mane olan səbəbləri isə gözdən keçirt… Onla həyatına mane olmağa dəyərmi? Sən bu sadə maneələri aşa bilməyəcək qədər zəifsənmi? Unutma, insan hər bir işi özü qəlizləşdirir. Öhdəsindən gəlinməsi mümkün olmayan heç bir hal yoxdur.

50 yaşdan sonra sevgi
Gec-tez yaşımız 50-yə çatacaq. Bu bir qadın üçün nə deməkdir? Əlvida sevgi? Yoxsa həyat indi başlayır? Psixoloqlar iddia edirlər ki, 50 yaş insanın öz hisslərini ən yaxşı formada büruzə verə biləcəyi dövrüdür. Həyata yenidən başlamağa qərarı ən çətini olsada mümkünsüz deyil. Qarşına səni həqiqətəndə sevən biri çıxıb, artıq qəlbin gənclərdəki kimi, titrəyir. Özünlə tək qalanda isə düşüncələr xoşbəxt hisslərinə mane olur: birdən yenidən alınmadı?

Məsləhət: Xoşbəxtlik distilə edilmiş su deyil. O, əvəzolunmaz və pak olmur. O, hər zaman balanslaşdırılmış formada insan həyatına gəlir. Bu yaşda olan insanlar ayrılıq yaşayıblar, qəlb yarasın sağaldıblar, keçmişi və səhvləri nəzərdən keçiriblər. Nəticədə gələcəkdə sağlam münasibət qurmaq üçün daha böyük şansın var. İlk növbədə bu məsələdə cismən yox, ruhən baş verəcəklər önəmlidir. Buna görə də 50 yaşdan sonrakı sevgi daha sağlam və möhkəm olur.

«İkinci bahar» – hansı problemlərlə üzləşə bilərsiniz?
İlk növbədə bu yaşda bəyəndiyin insana yaxınlaşmaq və tanış olmaq çətindir.
Əgər övladlarınız varsa, bunu onlara qəbul etdirmək.
Ətrafınızdakı insanların haqqınızda deyəcəklərinə əhəmiyyət vemək.
Ən əsası isə ilk səhvləri yenidən təkrarlamaq.

Sənin 50 yaşın var – bu o demək deyil ki, sevgi keçmişdə qalıb. Bütün xoş hisslərinizdən zövq almağa, ikinci sevgini əsl «İkinci bahar»a çevirməyə çalışın.


Şərhlər:
Baxılıb: 1297
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz