Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Balıqları seyr etmək stressi aradan qaldırır
Balıqları seyr etmək stressi aradan qaldırır
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 639
Səs ver:

Akvarium balıqlarının həvəskarları bilirlər ki, onları seyr etmək əsil zövqdür.

 

Balıqların bitkilərin arasında, parıldayaraq və gözoxşayan görünüşlə üzmələri əhval-ruhiyyəni qaldırır. Hər hansı yerdə - qonaq gedərkən, zoomağazada və ya ticarət mərkəzində akvarium gördükdə qeyri-ixtiyari qarşısında ayaq saxlayır və onları izləməyə başlayırıq.

 

Sübut olunub ki, balıqları izləmək sadəcə estetik zövq deyil, eyni zamanda üzən canlılara baxmaq sağlamlıq üçün faydalıdır. Balıqların orqanizmə rahatladıcı, sakitləşdirici təsiri şübhəsizdir. Bununla bağlı araşdırma aparan alimlər bu nəticəyə özləri də təəccübləniblər.

 

Plimut və Ekseter universitetlərindən olan britaniyalı alimlər maraqlı bir təcrübə keçiriblər. Onlar insanların Milli Dəniz Muzeyini ziyarət etməsindən sonra fiziki  və psixi vəziyyətlərinin necə dəyişdiyini izləyiblər. Ziyarətçilərdə ürək ritminin və arterial təzyiqin azalması müşahidə olunub. Onlar özlərini sanki meditasiya seansından çıxmış kimi hiss ediblər. Hər kəsdə əhval-ruhiyyə yüksəlib, insanlar akvarum olan zallardan balıqları heyranlıqla, sakitliklə izləyərək və xoşbəxt halda çıxıblar. Ziyarətçilər nə qədər çox balıq seyr etsələr, özlərini bir o qədər yaxşı hiss ediblər.

 

Alimlər bu fikrə gəliblər ki, akvarium balıqlarını seyr etmənin insanlara təsir gücündən geniş şəkildə istifadə etnək lazımdır. Artıq bəzi stomatolji kabinetlərdə, xəstəxanaların qəbul şöbələrində, ticarət mərkəzləri, kinoteatr, restoranlar kimi insanların sıx olduğu məkanlarda akvariumların quraşdırılması kimi praktika mövcuddur. Bəzi psixonevroloji xəstəxanalar var ki, orda akvariumlardan dərman preparatları ilə birlikdə sakitləşdirici vasitə kimi istifadə olunur. Bu metodun geniş tətbiq olunması çox faydalı ola bilər. Bu, böyük şəhərlərdə yaşayan insanlarda stress səviyyəsinin azalmasına və psixi sağlamlığın güclənməsinə öz töhfəsini verər.

 

Akvarium – gözəl görünüşlü rahatlama oazisidir. Əgər ev akvariumuna sahib olma imkanınız yoxdursa, hərdənbir akvariumların olduğu məkanlara balıqları izləməyə getməyiniz məsləhət görülür. Bu, boş vaxtınızı səmərəli və gözəl keçirməyinizi təmin edəcək.



Şərhlər:
Baxılıb: 639
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz