Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bunlar xoşbəxt olmadığınızı göstərir
Bunlar xoşbəxt olmadığınızı göstərir
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1065
Səs ver:
Xoşbəxt olduğunuzu göstərən yeganə işarə gülüşünüz olsa da, bəzən bədbəxt olduğunuzu qavramaq üçün daha dərin düşünmək lazımdır …

Aşağıdakıları son zamanlar tez-tez yaşayırsınızsa, xoşbəxt deyilsiniz, özünüzü bu vəziyyətdən bir an əvvəl qurtatın …

Çox televiziya izləyirsinizsə …
TV serialları və yarışmalarının arasında beyniniz istirahət edib, işləməyə fasilə verir. Ancaq bu sizin gündəlik təkararlanan işinizdirsə, əlinizdəki pultu bir müddətlik kənara buraxsanız heç də pis olmayacaq. Təəssüf ki, aparılan araşdırmalara görə, TV izləmə müddətiniz nə qədər çoxdursa, xoşbəxtlik səviyyəniz də bir o qədər aşağıdır. Vaxtınızı yoldaşlarınızla keçirin və ya müxtəlif yardım təşkilatlarında könüllü kimi işləməyə çalışın.

Münasibətlərinizdə problemlər yaşayırsınızsa …
Artaraq davam edən can sıxıntısı bitmək üzrə olan bir əlaqənin də işarəsidir. Bədbəxt insanlar gələcəkdə qarşılarına çıxan problemləri həll etməkdə və onlarla üzləşməkdə problem yaşayırlar. Yeni insanlarla tanış olmazlar və dost çevrələrini genişləndirməzlər. Və münasibətlərində problem yaşadıqları zaman narazılıq yaxalarını buraxmayan bir vərdiş halına gəlir. Əslində problemli əlaqələr bədbəxtliyin səbəbi ola biləcəyi kimi nəticəsi də ola bilər.

Yuxu probleminiz varsa…
Araşdırmalar yuxusuzluq ilə xoşbəxtliyin bir-biri ilə əlaqəli olduğunu göstərir. Yuxu problemi yaşayan insanlar stress hormaonu olaraq da bilinən cortisol-un təsirlərinə də açıqdır. Bu səbəbdən də idman etmək və yuxudan əvvəl rahatlamaq kifayət qədər yuxulamağınızda yardımcı ola bilər.

Stresslisinizsə…
Elmi araşdırmalar ətraf mühitin insanların xoşbəxtlik səviyyəsində böyük rol oynadığını göstərir. Etibarlı yerdə olduğunu hiss etmək və rahatlıq razılıq və məmnuniyyət hisslərinin ortaya çıxmasında əhəmiyyətlidir. Həddindən artıq stressli bir mühit narahatlıq və inamsızlığa səbəb olur. Əlbəttə, stressi həyatımızdan tamamilə çıxara bilmərik, amma müsbət düşünmək emosional stress səviyyəsinin azaldılmasında əhəmiyyətli bir faktordur. Həmçinin müxtəlif fiziki və ruhi rahatlama üsulları da bu mövzuda yardımçı olacaq.


Şərhlər:
Baxılıb: 1065
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz