Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Stresslə mübarizə aparmağın yolları
Stresslə mübarizə aparmağın yolları
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 1162
Səs ver:
Stress insanın əksər orqan və sistemlərinin (sinir, ürək-damar, immun, endokrin, cinsiyyət və s.) fəaliyyətinə çox mənfi təsir edir, müxtəlif xəstəliklərin (o cümlədən, xərçəngin) inkişafına təkan verir.

Təbii ki, stresdən mümkün qədər "qaçmaq”, sonradan onunla mübarizə aparmaqdan daha yaxşıdır. Lakin bu, təəssüf ki, hər zaman mümkün olmur. Mütəxəssislər streslərin orqanizmə olan mənfi təsirini azltmaq, streslərlə mübarizə aparmaq üçün bu kimi məsləhətlər verir:

1. Stress zamanı artıq dərəcədə olan əlavə enerji yaranır. Bu artıq enerjinin insan orqanizminə dağıdıcı təsir etməməsi üçün onu vaxtında müsbət istiqamətə yönəltmək lazımdır. Təbiət tərəfindən orqanizmdə olan bu artıq enerjinin sərf edilməsinin ideal həlli yolu fiziki aktivlikdir. Bu məqsədlə idman zalında, fitnes klubda (səhhətiniz imkan verirsə), hovuzda, tennis kortunda məşq etmək, açıq havada qaçmaq və ya tez tempdə gəzmək məsləhət görülür. Əgər sizin həyat tərziniz belə idman məşğələləri ilə məşğul olmağa imkan vermirsə, belə də etmək olar: qadınlara - paltar yumaq, evdə geniş təmizlik işləri aparmaq, kişilərə - kiçik təmir işləri ilə və s. ilə məşğul olmaq. Bu cür fiziki aktivliklə məşğul olarkən insan orqanizmi stres nəticəsində yaranmış "artıq” enerjini sərf edir.

Digər tərəfdən fiziki aktivlik zamanı insan orqanizmində endorfin hormonu yaranır. Bu hormon "təbii narkotik" və ya "xoşbəxtlik hormonu" adlandırılır. Məhz bu hormonun qanda yüksəlməsi stresi azldır və insanın əhvalını yaxşılaşdırır.

Nəticədə fiziki aktivliklə məşğul olan insan bir müddətdən sonra stresin keçib getdiyini və ya xeyli azaldığını hiss etməyə başlayır.

Streslə "mübarizə etməyin" ən pis variantı - ona passiv şəkildə dözərək əziyyət çəkməkdir!

2. Bəzi qidalar streslə mübarizədə çox yaxşı kəmək edir. Bu qidalar qanda "serotonin" adlandırılan maddənin istehsalına təkan verir. Bu maddə də streslə mübarizə etməyə kömək edir və əhvalı yaxşılaşdırır. Anti-stress qidaların arasında: şokolad, banan, badam, qəhvə, çay, xurma, pendir, sitrus meyvələri.

Mütəxəssislərin müşahidələrinə görə, çeynəmə prosesi stresin azalmasına kömək edir. Stress zamanı saqqızdan istifadə edin, saqqızı bir neçə dəqiqə ərzində tez-tez çeynəyin.

3. Stresi atmaq üçün duş və ya vanna qəbul edin. Hamı bilir ki, su insana sakitləşdirici təsir edir. Vannaya orqanizmə sakitləşdirici təsir göstərən efir yağı (lavanda, limon, nanə) əlavə edə bilərsiniz.

3. Stres vaxtı özünüzə qapanmayın – vəziyyəti doğmalarınız və ya yaxınlarınızla müzakirə edin, məsləhət alın. Əksər hallarda yaxın adamlara öz problemlərindən, çətinliklərindən danışdıqdan sonra insan özünü xeyli dərəcədə yüngül hiss etməyə başlayır.

4. Qərb psixoloqları çoxsaylı araşdırmalar nəticəsində belə nəticəyə gəlmişlər ki, streslə mübarizədə Allaha müraciət edərək dua etmək ən yaxşı üsuldur. Ümumiyyətlə götürdükdə isə Allaha həqiqi inanan və ibadət edən insanlar stres vəziyyətlərə düşmürlər. Çünki onlar başlarına gələn hər bir hadisəni Uca Allahın hökmü kimi qəbul edirlər. Onların fikrincə, əgər bu Uca Allahın hökmü ilə baş verirsə, narahat olmağın, stresə, depressiyaya düşməyin də heç bir mənası yoxdur.

5. Əgər siz streslə mübarizə apara bilmirsinizsə və xeyli əziyyət çəkirsinizsə, heç nədən çəkinmədən psixoloq və ya psixoterapevtə müraciət edin.


Şərhlər:
Baxılıb: 1162
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz