Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Atılmış qız yaşadığı ayrılığa təcrübə kimi baxmalıdır
Atılmış qız yaşadığı ayrılığa təcrübə kimi baxmalıdır
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 905
Səs ver:
Onun səsinə, iyinə, nəfəsinə, sığalına elə öyrəşmişdin.

Düşünürdün ki, onun üçün çox vacibsən və heç vaxt ayrılmayacaqsız. Amma bir gün səbəbini demədən belə, səni atdı. Bu halla qızların çoxu rastlaşır. Onlar atılmış qız sindromunu yaşayırlar. Bəziləri ürəyini, bəziləri isə özünü öldürür.

Oğlan qızı niyə atır?

Psixiatr Elşən Mustafayev bildirir ki, bütün insanlar ayrılanda səbəb axtarır. "Yaxşı olar ki, oğlan qızı atanda səbəbini ona aydınlaşdırsın. Əks halda qız ayrılığı çox pis keçirir. Sevən insan ömür boyu nigaran qalır və içində rahatlıq tapa bilmir”, – deyə psixiatr hissləri ilə bölüşür: "Bəzən filmlərdə oğlanın xəstə olduğu üçün qızdan ayrıldığını və bunun səbəbini ona demədiyini görürük. Həyatda da belə şeylər olur. Oğlan, sadəcə, qıza ayrılıqlarının əsl səbəbini deyə bilmir. Düzdür, cəsarətsizliyə görə də səbəbi deməyənlər olur. Elə də olur ki, oğlan, sadəcə, qıza önəm vermir. Tanışlığı əyləncə xarakteri daşıyır. Bunun üçün də özünə əziyyət vermir”.

Ayrılıq kim üçün daha çətindir?

Mustafayevin sözlərinə görə, qadın var ki, ayrılığı, doğurdan da, pis keçirir: "Depressiyaya düşür, dəlilik dərəcəsinə çatır. Özünə intihar edənlər də olur. Qadın da var ki, onun üçün bu, adi gəlir. Əgər ailəli qadının ailə daxilində həyatı yaxşı keçməyibsə, onun üçün həyat yoldaşından ayrılmaq azadlığa çıxmaq kimi bir şeydir. Əgər o, sərbəstliyə öyrəşibsə, bu, onun üçün çətin olmayacaq”.

Ümumiyyətlə, normal ailədə böyüyən ədəbli, əxlaqlı qız hansısa münasibət qurduqdan sonra ayrılanda dərd çəkir. Ona görə ki, oğlanla görüşəndə, artıq müəyyən arzularla, xəyallarla yaşayır. Təsəvvür edin, arzuları puç olanda insan özünü necə hiss edər? Sevdiyi insan bir müddət onunla sevgi macərası yaşayandan sonra "Sən mənə daha lazım deyilsən?” deyir. Və ya başqa bəhanə ilə onunla ayrılırsa, qız buna çox çətinliklə dözür. Günlərlə ağlaya, özünə qapana bilər. Elə qızlar olur ki, atıldıqdan sonra heç bir oğlana inana bilmirlər. Gələcəkdə kimləsə münasibət yaşayanda problemlər yaşayırlar. Həqiqi sevgiyə belə inamsız yanaşır, nə vaxtsa yenə atıla biləcəyindən qorxurlar.

Sevgilindən bir xəbər gözləyəndə…

Əgər səbəbsiz ayrılıblarsa, qız mütləq səbəbi araşdırmalıdır. Bütün cəhdlərə baxmayaraq, səbəb deyilmirsə, deməli, qarşı tərəf münasibəti bu şəkildə qurtarmağa çalışır. Bununla barışmaq və hər şeyi sıfırdan başlamaq lazımdır. Psixiatr qeyd edib ki, bəzən tərəflər küsür və barışmaq üçün birinci addım atmağa cəhd etmirlər. Onlar bir-birini gözləyirlər. Bu cür cütlüklərin gələcəyinin xoşbəxt olmasına ümid var.

Acı təcrübə

Mütəxəssisin dediyinə görə, bir sevgini unutmaq üçün başqa sevgi axtarmaq çox vaxt şəxsin yanlış hərəkətlər etməsinə gətirib çıxarır: "Atılandan sonra psixoloji travma alan qız qisas almaq və ya sadəcə, unutmaq üçün şəxsi həyatında səhvlərə yol verir. Bəzi hallarda üzüntüdən xilas olmaq üçün başqasıyla münasibət quran qız ondan dəstək gördüyü üçün onunla ailə həyatı qurmağa razılaşır. Sonradan isə seçiminin düzgün olmadığından sıxılır. Bu dəfə artıq qız ya özü oğlanı atır, ya da həyatı ilə barışır”.

Psixiatr məsləhət görür ki, atıldığını unutmaq üçün problemi gözündə kiçiltmək, onu adiləşdirmək lazımdır: "Atılmış qız yaşadığı ayrılığa təcrübə kimi baxmalıdır. Yeni ciddi münasibət də qura bilər. Ola bilsin ki, bu dəfə daha güclü sevsin və ona sonsuz kədər yaşadan insanı, nəhayət ki, unutsun. Sevdiyi işi, təhsili, səyahətə çıxmağı da ona unutmağa kömək edə bilər”.

Necə sığortalanmaq olar?

Bir xanım bir kişi ilə münasibətə başlayanda qarşıdakı insanın kim olduğunu, onun ailəsinin, dostlarının necə adam olduğunu araşdırmalıdır. Eləcə də, oğlanın münasibətə ciddi yanaşmasını qıza göstərdiyi hörmətə, diqqətə, dəvət etdiyi yerlərə görə bilmək olar. Düzdür, insanlar fərqlidir. Oğlan var ki, çayxanaya dəvət etdiyi qızla evlənir, oğlan da var ki, atır. Ona görə, dəqiq demək çətindir. Yaxşı olar ki, qadın kişini tam, heç olmasa 50 faiz tanıyana qədər yaxına buraxmasın. Ümumiyyətlə, atılmış qızların buraxdığı ən böyük səhv oğlanı tez yaxınına baraxmasıdır.

Bəzi əlamətlərinə görə də, oğlanın qıza ciddi yanaşmadığını başa düşmək olar. Ciddi fikri olan oğlan bayramlarda xanımına diqqət göstərir, tez-tez zəng edir, ona qayğı göstərir və s. Amma elə iş adamları olur ki, onların fikri ciddi olsa da, vaxt qıtlığına görə az zəng vurur və görüşür.

Əgər artıq münasibət qurmusuz və sonda atılmış qız sindromunun qurbanı olmaq istəmirsizsə, elə edin ki, oğlan sizdən bezməsin. 2 dəqiqədən bir zəng vurmaq, qısqanmaq oğlanı bezdirə bilər. Qızların oğlanlara qarşı sərt qadağalar qoyması da düzgün deyil. Məsələn, elə cütlüklər var ki, qız oğlana Facebook-a girməyə qadağa qoyur, başqa qızlarla ünsiyyət qurmağa icazə vermir. Yaxşı olar ki, xanım bir qədər laqeyd münasibət göstərsin. Belə ki, qadağalar kişini daha da maraqlandırır.


Şərhlər:
Baxılıb: 905
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz