Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözləntisiz yaşamaq
Gözləntisiz yaşamaq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 744
Səs ver:
Necə ola bilər, deyə, soruşmayın! Elə gözəl olar ki. Hamımız, həyatımızda möcüzələr olduğuna inanarıq və bunlar hər zaman gözlənilməz anlarda gerçəkləşir. Bir şey üçün niyyət etsəniz, tam onu unutduğunuz zaman gerçəkləşər. Qəflətən bir dostunuzla qarşılaşarsınız, həyatınız dəyişər.

Almağı çox istədiyiniz bir şey, onu axtarmadığınız  zaman qarşınıza  çıxır. Ümüdsüzlüyün içində ikən birdən biri bir şey söyləyər, ümüdünüz olar.

Eşq də gözlənilməz bir anda gerçəkləşdiyi üçün inanılmaz deyilmi? Bizi arxasınca sürükləyər. Gözləntilər dövrəyə girməyə başladığı zaman da  bitər…. Bir düşünün.. hər an həmişə möcüzə olacaqmış kimi yaşamaq və yaşadıqlarımızı  yaxşıca həzm etmək necə də gözəldir!

Gözləntisiz yaşamaq anda qala bilməkdir. Olanı olduğu kimi görə bilməkdir. Təcrübələrin içində özümüzün fərqində ola Gözləntisiz yaşamaqbilməkdir. Ən önəmlisi, keçmiş narahatlıq, qorxu  təcrübələrindən əldə etdiyimiz qeydlərimizi gələcəyə yansıtmamış olarıq. Beləcə, gələcəyimiz, anda yaşadığımız duyğularımız və hiss etdiklərimizlə gerçəkləşər.

Gözləntisiz anlarda qorxu, narahatlıq, qayğı, məyusluq, stress, kədər, sevgisizlik yoxdur. Çünki yaşayacaqlarınızı öncədən qurğulamamısınız, yazılmış bir ssenariniz yoxdur. Olan olduğu kimidir. Özünüzü görərsiniz, bütün çılpaqlığınızla.. Zehniniz istifadə xaricində qalar. Hər şey anda yaranar, fərq edilər, yaşanar, hiss edilər… Bu prosesdə təkcə sevinc və həyəcan vardır. "Dayan, görək.. indi nə olacaq?”.. Anlam yükləmədiyiniz  hər təcrübə sadəcə təcrübə olaraq yaşanacağı üçün qeydə də alınmayacaqdır. Ya da, "Vəziyyət budur!” düşüncəsi ilə olanı olduğu kimi qəbul edə bilməkdir.

Gözlənti ən çox partnyor kimliyimizdə, dost kimliyimizdə, iş kimliyimizdə bizə xaos yaşadar. Gözləntisizlik ən bədahətən , valideyn-uşaq münasibətində  mövcuddur.  Çünki orada şərtsiz sevgi vardır. Şərtsizlik, gözləntisizliklə birlikdədir. Heç bir ön şərtiniz olmaz, uşağınızla ya da ata-ananızla olan münasibətinizdə. Hər şəkildə qəbul gördüyünüzü, sevildiyinizi bilərsiniz. Özünüzü sübut etmək ehtiyacınız heç yoxdur.

Halbuki, digər kimliklərimizdə vəziyyət heç də belə deyil. Məsələn, sevgidə partnyor kimliyimizə baxaq. Əks cinsə özümüzü bəyəndirmə səyimiz və bu səyin nəticəsində bir gözləntimiz vardır. Davranışlarımızın qarşılığını gözləyərik. Əgər münasibətdə sevgi ehtiyacı duyuruqsa, sevgi verməyə başlayarıq, qəbul ehtiyacı duyuruqsa, qarşımızdakının davranışlarını xoş görməyə başlayarıq, bəyənmədiyimiz davranışları  görməzdən gələrik. Vermək Gözləntisiz yaşamaqistədiyimiz mesaj, özümüzə də eyni şeylərin edilməsidir, əslində. Yəni               davranışlarımzıda şərt vardır. Qarşılıq tapmadığı zaman da məyusluq yaranır. Necə yaşamağı arzulayırıqsa, öncə onun ssenarisi zehnimzidə yaranır. Yəni istədiklərimizi, bir şablonun içinə sığdırırıq və onlar gerçəkləşsin deyə, gözləyirik. Beləcə, yaşamlarımızın sərhədlərini cızar, o dayaz düşüncələrin içində yaşamalarımızı sürdürərik. Qarşımızdakından asılı olaraq!

Dost kimliyində də vəziyyət elə də fərqli deyil. Şərtsizliyi, təcrübə etmiriksə,  şərtli müasibəti təcrübə edirik, demək ki. Təsir və reaksiyanın olduğu sevginin şərtlərlə verildiyi bir münasibət. Bu vəziyyətdə,  münasibətdə gözlənti qaçınılmazdır.

İş kimliyimizdə kariyera anlamında, uğurlu olmaq, daha çox pul qazanmaq anlamında gözləntilərimiz vardır. Ən böyük stress burada özünü göstərir. Bu sahələr,  duyğunun olmadığı.. mübarizənin olduğu yerlərdir. Burada gözləntilər qarşılıq görmədiyi zaman  güc itkisi və qorxu yaşanır. Gözləntilərin ardında görülməyən bir asılılıq vardır. Güc asılılığı, uğur asılılığı, pul asılılığı, titul asılılığı. Bütün bunların gətirdiyi gözləntilərlə öz mən-imizə olan inancımızı da zamanla ya qazanarıq ya da itirərik.

Halbuki,  yaşam sonsuz və sərhədsizdir. Ucu açıq hadisələri düşünün. İçində olabilərliklərin və ehtimalların olduğu yaşamları xəyal edin. Münasibətləriniz üçün şərtinizin, gözləntinizin olmadığı , özünüzü olduğu kimi qəbul etdiyiniz, özünüzü olduğunuz kimi sevə bildiyiniz, bütün duyğularınızı dilədiyiniz kimi ifadə edə bildiyiniz , eşqlə dolu bir yaşamı arzulayın… İstəsəniz, bu mümkünGözləntisiz yaşamaqdür! Gözləntiləri, şərtləri aradan qaldırdığınız zaman,  yaşam sonsuzluğun içində möcüzələrlə doludur. Təki, siz onları  seçin, özünüzü sərhədləndirməyin. Təki özünüzü fərq edin və o möcüzələrə toxunun, möcüzənin özünüz olduğunu görəcəksiniz.

Gözləntisiz olmaq, möcüzələrə qucaq açmaqdır.

Hamımız həyatımız üçün planlar qururuq və hədəflər qoyuruq, bəzən bu hədəflərə çatar, bəzən də çata bilmərik. Çatılmayan hədəflər adətən, ən çox istədiklərimiz, haqqında ən çox narahatlıq keçirdiklərimiz olur. Bunun səbəbi çox istəmək və eyni nisbətdə böyük gözlənti içində olaraq  narahatlıq keçirməkdir.

Gözlənti və gözləmə arasındakı fərqdən bəhs etmək istəyirəm. Gözləmək, pozitivdir. Gözləmək bir nəticəyə çatmaq üçün keçirilən zamandır.  Halbuki, gözlənti neqativdir, bir nəticəni arzu etməkdir, narahatlıq keçirmək və qorxmaqdır.

Gözlənti içində olmaq bir növ əsarətdir, asılılıqdır. Öz cızdığımız sərhədlərlə, istəklərimizi stress içində gözləməkdir.  Həyatın axışına, sərhədsizliyinə, möcüzələrinə qəlbimizi qapamaq, təslim olmamaqdır. Daima idarə etmə ehtiyacı ilə insanları və vəziyyətləri olduğu kimi qəbul edə bilməmək və təbii ki, məyusluqlar yaşamaqdır.


Şərhlər:
Baxılıb: 744
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz