Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Keyfiyyətli həyat üçün 95 qızıl tövsiyyə
Keyfiyyətli həyat üçün 95 qızıl tövsiyyə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1037
Səs ver:
Keyfiyyətli bir həyat yaşamaq, hamımızın ortaq arzusu və haqqıdır. Həyat tərzinizdə edəcəyiniz müəyyən dəyişikliklər, standartlarınızı yüksəltməyinizə köməkçi ola bilər.

1. Səhər yeməyini vərdiş halına gətirin. Səhərlər, səhər yeməyi yeyərkən günə yüksək enerji ilə başlamağınızı təmin edən qidalar yeməyi unutmayın.
2. Bir həftəliyinə qlutensiz qidalanın. Aparılan araşdırmalar, üzərində işlənmiş taxılların həzmə əngəl olduğunu göstərir. Həyatınızdan buğdanı və ya arpanı çıxararaq enerji səviyyənizi yüksəldin.
3. Yemək bişirin. Yemək kitabları alaraq ya da internetdə reseptlər araşdıraraq yemək bişirməyi öyrənin. Həm daha qənaətcil, həm də daha sağlam qidalanın.
4. Qeyd dəftəri istifadə edin. Etdiyiniz qeydləri əlinizlə yazmaq, daha asan xatırlamağınıza kömək olar. Tamamladığınız işləri işarələmək isə ayrı bir zövq verəcəkdir.
5. Bitki yetişdirin. Əgər bir baxçanız yoxdursa, pəncərənizin kənarında, çiçək, meyvə və ya tərəvəz yetişdirin.
6. Tullantılarınızı gübrəyə çevirin. Bioloji olaraq torpaqda həll ola bilən qidalar, gübrə olaraq çox təsirlidir. Xüsusilə, baxçanız varsa, tullantılarınızı gübrəyə çevirin.
7. Könüllü olun. Həm özünüzə, həm də çevrənizə faydalı olacaq işlər görə bilmək üçün könüllü olun. Könüllü işlərdə çalışırsınızsa, sahə və ya məkan dəyişikliyi edin.
8. Hər gün özünüz üçün bir şey edin. Özünüzə, sadəcə zövq aldığınız fəaliyyətlər  üçün zaman ayırmağı unutmayın.
9. Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin. Özünüzü inkişaf etdirmək üçün hər zaman fürsətiniz vardır. İşə, e-poçtlarınızı daha anlaşıqlı və yazı qaydalarına uyğun şəkildə yenidən hazırlayaraq başlaya bilərsiniz.
10. Divarlarınızın rəngini dəyişdirin. Ən yaxın inşaat marketinə gedərək hər hansı bir rəngdə boya alın və otaqlarınızı boyayın. Dəyişim və spontanlıq, hər kəs üçün yaxşıdır.
11. Konfranslara qatılın. Nə qədər təcrübəniz olursa olsun, özünüzü inkişaf etdirmək, yeniliklərdən xəbərdar olmaq və fərqli baxış bucaqları ilə tanış olmaq üçün konfranslara qatılın.
12.  Yeni bir idmana başlayın. Qaçın, qolf oynayın və qayaya dırmaşın. Seçiminizi edərkən çox pul xərcəməməyə və asan olan addımdan başlamağa diqqət edin.
13. Yeni bir xarici dil öyrənin. Ana dilinizə yaxın qrammatika formalı xarici dilləri öyrənmək daha asandır. Əlavə bir xarici dil öyrənmək üçün səy göstərin.
14. Təqaüdünüz üçün yığmağa başlayın. Gəliriniz nə qədər olursa olsun, təxirə salmadan və gecikdirmədən təqaüdünüz üçün pul toplmağa başlayın.
15. Mebellərinizin yerini dəyişdirin. Mebellərinizin yerləşməsini dəyişdirərək, sürətli və asan bir şəkildə evinizin havasını dəyişdirin.
16. Yoqa ilə məşğul olun. Günün stressindən qurtulmaq, əzələlərinizi işlətmək və dinc hiss etmək üşün yoqa ilə məşğul olmağa başlayın.
17. İstifadə etmədiyiniz geyimlərinizi bağışlayın. Beləcə, həm dolabınızda yer açılacaq, həm də comərdlik sizi yaxşı hiss etdirəcək.
18. Söz dağarcığınızı inkişaf etdirin. Hər gün yeni bir kəlmə öyrənərək həm öz dağarcığınızı, həm də liberal təhsilinizi inkişaf etdirin.
19. Çalışarkən, klassik musiqi dinləyin. Daha məhsuldar çalışa bilmək və dinc hiss edə bilmək üçün çalışarkən klassik musiqi dinləməyi yoxlayın.
20. Klaviaturanı, daha sürətli istifadə etməyi öyrənin. İnternetdəki yazı yazma oyunları və ya proqramları ilə klaviaturadan istifadə etmə sürətinizi və dolayısı ilə məhsuldarlığınızı artırın.
21. Bir kitab klubu qurun və ya bir kluba üzv olun. Bir kluba üzv olaraq, kitab oxuma motivasiyanızı artırın.
22. Təcili vəziyyət fondu yaradın. Həyatda, qarşınıza nə zaman nə çıxacağı bəlli olmaz. Pul toplamağınızla yanaşı, təcili vəziyyət fondu da yaratmağı unutmayın.
23. Başqalarının nə düşündüyünə önəm verməyin. Özünüz olun və başqalarının sizin haqqınızdakı düşüncələrini özünüzə dərd etməyin.
24. Heyvanları tanıyın. Zooparkları və ya akvariumları ziyarət edərək həm heyvanlar haqqında bilginizi inkişaf etdirin, həm də xoş vaxt keçirin.
25. Ağız sağlamlığınıza diqqət edin. Nizamlı olaraq ağız baxımınızı edin. Ehtiyaclarınıza uyğun bir diş fırçası və məcunundan istifadə edin.
26. Hədiyyə verin. Özünüz üçün alış-veriş edərkən, sevdikləriniz üçün kiçik hədiyyələr alaraq onları gülümsədin.
27.  Evinizin havasını dəyişdirin. Yaşadığınız yerdə hava filteri istifadə edərək, nəfəs alamada istifadə etdiyiniz havanı, burnunuza, hava yollarınıza və ağciyərlərinizə zərərli hissəciklərdən arındırın.
28. Həyatdakı gözləntilərinizin fərqində olun və arxasınca gedin. Nə istədiyinizi bilin. Hədəflərinizi müəyyən etdikdən sonra hərəkətə keçin.
29. Fərdi inkişaf CD-lərini dinləyin. Xüsusuilə də yolda keçirdiyiniz zamanı dəyərləndirə bilmək üçün fərdi inkişaf CD-ləri əldə edin.
30. Alət çalmağı öyrənin. Yeni bir alət çalmağı öyrənin və özünüzü inkişaf etdirə bilmək üçün nizamlı olaraq zaman ayırın. Online kurslardan yararlanın.
31. Dünyadan xəbərdar olun. Ölkələrin paytaxtlarını, pul vahidlərini və bayraqlarını öyrənin. Oyunlardan yardım alaraq, prosesi zövqlü hala gətirin.
32. Kiçik şeylərdən zövq alın. Gözəl bir qoxudan ya da ləzzətli bir içkidən zövq alın.
33. Avtomobilinizi təmizləyin. Avtomobilinizi hər gün istifadə edirsinizsə, təmiz və səliqəli olmağına diqqət edin. Kirli və dağınıq bir nəqliyyat vasitəsi sizi əlavə stressə salacaq.
34. Hər gün sizi qorxudan bir şey edin. Çəkindiyiniz şeylərdən uzaq durmaq sizi rahatlatsa da, kəşf edə bilmək və inkişaf edə bilmək üçün güvənli bölgənizdən çıxın.
35. Kompliment edin. Kompliment etmək, nəzakətin göstəricisidir və qarşınızdakının yaxşı yönlərini görməyinizi təmin edər.
36. Daha öncə heç yemədiyiniz şeylər yeyin. Həm damaq dadınızı inkişaf etdirin, həm də yeni dadlar kəşf edin.
37. Həftədə 3 dəfə ağırlıq qaldırma ilə məşğul olun.  Evinizdə bir neçə dəqiqənizi ayıraraq ağırlıq qaldırma məşqləri edin, bədəninizdəki əzələ səviyyəsini artırın.
38. Gündəlik proqramınızda öncəlik sırası edin. Ediləcəklər siyahınızın ən önəmli və çətin maddələrini ilk sıralara keçirin. Beləcə, maddələri tamamladıqca rahatlaya bilərsiniz.
39. Müəllim olun. Özünüzü, yetkin hiss etdiyiniz hər hansı bir mövzudakı bilginizi, öyrənmək istəyənlərlə paylaşın.
40. Çox təvazökar olmayın. Siz qabiliyyətlərinizi kiçik hesab edəndə, qarşınızdakılara da bunu etmək üçün fürsət verirsiniz. Özünüzü önəmsiz görməyin.
41. Evinizdə və iş yerinizdə yaşıla yer açın. Mühitdəki oksigen istehsalını artırmaq və otağınıza canlılıq qatmaq üçün bitkilərdən yardım alın.
42. Ailənizi tanıyın. Ailənizlə birlikdə böyümüş olsanız da, onlar haqqında bilmədiyiniz çox şey ola bilər. Onları tanımaq üçün zaman ayırın.
43. Fikir sahibi olun. Sizin üçün önəmli olan bir mövzu haqqında araşdırma apararaq bilgi və fikir sahibi olun. Fikirlərinizi, başqaları ilə paylaşmaqdan çəkinməyin.
44. Sosial şəbəkədə keçirdiyiniz zamanı azaldın. Bu müddətdə, sosial şəbəkə üzərindən ünsiyyət qurduğunuz dostlarınızla üz-üzə görüşün.
45. Mənfilikləri neytrallaşdırın. Pessimist olmaq gerçəkçi olmağa daha yaxın olsa da, mənfiliklərə də yaxşı tərəfindən baxmağa çalışın.
46. Qara şokolad yeyin. Qara şokolad, antioksidant baxımından olduqca zəngindir. Sağlamlığınız üçün şəkər istehlakını azaldaraq qara şokolad yeyin.
47. Bədəninizi sevin və ona yaxşı baxın. Sahib olduğunuz ən yaxşı vasitə bədəninizdir. Sağlamlığınıza diqqət edin və bədəninizi sevin.
48. Heyran olduğunuz birinin bioqrafiyasını oxuyun. Oxuduqlarınızdan özünüz üçün dərslər və ipucları çıxarın.
49. Çətin işlərinizi hissələrə ayırın. Beləcə, çatılmağı daha asan hədəflərə sahib ola bilərsiniz.
50. Canlı bir caz musiqisi performansı dinləyin. Cazın rahatladıcı temposuna uyun.
51. Sığınacaqlardakı heyvanları sahiblənin. Ev heyvanları yaxın bir dost olmaqla yanaş, baxım bacarıqlarınızı da inkişaf etdirər. Sığınacaqlardakı sahibsiz heyvanlara sahib çıxın.
52. Sağlam olmayan qəhvə istehlakına yox deyin. Öz qəhvənizi özünüz hazırlayın ya da yerli qəhvə dükanlarındakı fərqli qəhvələrin dadına baxın. Qəhvəyə qatılan siroplardan qaçının.
53. Gündəlik tutun. Gündəlik tutmaq, fikirlərinizi kağıza tökməyinizi, yeni fikirlər istehsal etməyinizi və özünüzü ifadə etməyinizi təmin edər.
54. Düşərgə qurun. Dostlarınızla birlikdə qısa düşərgə proqramları hazırlayın. Həm təbiətlə bütünləşərək yenilənin, həm də texnologiya detoksu edin.
55. İanə verin. Pul yığmaq nə qədər önəmlidirsə, sahib olduqlarını paylaşmaq da o qədər hüzur vericidir. Özünüz üçün önəmli bir mövzu taparaq nizamlı olaraq həmin mözvuda maddi dəstək olun.
56. Televizorunuzu söndürün. Televizor qarşısında başqa insanların etdiklərinə baxmaq əvəzinə, öz hədəfləriniz üçün çalışın.
57. Özünüzü inkişaf etdirin. İşə, hər zaman diqqətinizi çəkən, amma daha öncə öyrənmə fürsəti tapa bilmədiyiniz bir mövzu ilə başlayın.
58. Ehtiyacınız olanda yardım istəyin. Yeni bir şeylər öyrənərkən ya da bir mövzuda həll tapa bilmədiyiniz zaman yardım istəməkdən çəkinməyin.
59. Rəqs dərsləri alın. Rəqs etmək, koordinasiya bacarıqlarınızı artırar. Bundan başqa formada qalağın  də ən zövqlü yoludur.
60. Qısqanc olmayın. Etdiyiniz işdə sizdən daha yaxşı biriləri hər zaman olacaq. Qısqanmaq yerinə, öz müsbət yönlərinizə fokuslanın.
61. Bol-bol su için, meyvə-tərəvəz yeyin. Bədəninizin ehtiyaclarına görə öz qida piramidanızı müəyyən edin və ona bağlı qalın.
62. Başladığınız işi bitirin. Hər hansı bir işə başladığınız zaman hədəfinizə çatana qədər səy göstərin.
63. Tez-tez ara verin. Etməyiniz lazım olan işləri tamamladıqca ara verərək özünüzə zaman ayırın.
64. Kin saxlamayın. Bağışlamaq, həyata baxışınızı dəyişdirəcək. İçinizdən hirsi çıxararaq sevgiyə yer açın.
65. Orkestr konsertlərinə ya da operaya gedin. Hər kəsin həyatında ən az bir dəfə yaşaması lazım olan bu təcrübəni siz də edin.
66.  Gələcəyiniz üçün narahatlıq keçirməyin. Narahatlıq keçirmək sizi əlavə stressə salacaq və sizə zərər verəcəkdir. Narahatlıqlarınızı bir kənara buraxın.
67. Ölkə xaricinə səyahət edin. Həyat bir kitabdırsa, tək bir ölkə haqqında bilgi sahibi olmaq, kitabın tək bir səhfəsini oxumağa bərabərdir. Fərqli ölkələri ziyarət edərək, fərqli mədəniyyətlər haqqında bilgi sahibi olun.
68. Kredit kartı istifadənizi azaldın. Çox sayda kredit kartı istifadə etmək, maddi durumunuzu idarə altına almağınızı çətinləşdirər.
68. Aromaterapiyadan yardım alın. Stressdən arınaraq rahatlaya bilmək üçün aromaterapiya seansları təşkil edin.
69. Özünüzə gülməyi öyrənin. Xətalarınızı qəbul edə bilməyi və özünüzə gülməyi öyrənin.
70. Başqalarının özgüvənini artırmasına kömək edin. Ətrafınızdakılardan, yaxşı olduqları mövzuları sizə öyrətmələrini istəyin. Həm özünüzü inkişaf etdirin, həm də onların özgüvənlərini təzələyin.
71. Başqalarının tövsiyyələrinə qulaq verin. Ətrafınızdakılardan gələn tövsiyyələrə qulaqlarınızı tıxamayın.
72. Bir radio proqramını nizamlı olaraq dinləyin. Həm yeni bir alışqanlıq inkişaf etdirin, həm də zövqlü zaman keçirin.
73. Öz kartvizitinizi yaradın. İşiniz xaricində, özünüz üçün bir kartvizit yaradın.
74. Sağlam və nizamlı yatın. Yatmazdan öncə rahatlayaraq ehtiyacınız olan yetərli və dərin yuxunu alın.
75. Yeni bir xobbiniz olsun. Yaradıcılığınızı qidalandırmaq və bacarıqlarınızı inkişaf etdirmək üçün xobbilərə sahib olun.
76. Özünüzə zaman ayırın. Bu zamanı, spa salonuna getmək və ya şəxsi baxımınızı etdirmək üçün dəyərləndirin.
77. Bəhanələr istehsal etməyin. Daha da önəmlisi, istehsal etdiyiniz bəhanələrə inanan  hala gəlməyin. Əngəllərinizi ortadan qaldıraraq, imkanlarınızı artırın.
78.  Gülümsəyin. Gülümsəmək həm əhvalınızı düzəldəcək, həm də xarici görünüşünüzü gözəlləşdirəcəkdir.
79.  Sənət qalereyalarını ziyarət edin. Dostunuzla və ya təkcə sənət qalereyalarını ziyarət edərək mədəniyyət səviyyənizi artırın.
80. Nəfəsinizin fərqində olun. Nəfəs məşqləri etməyi öyrənərək, özünüzü sakitləşdirin.
81. Orqanik qidalanın. Böcək dərmanları və kimyəvi dərmanlamalar, sağlamlığınıza pis təsir edir. Orqanik qidalar istehlak etməyə diqqət edin.
82. Rejiminizin xaricinə çıxın. Səhər idmanlarını axşam saatlarına keçirin, işə avtobus yerinə velosipedlə gedin.
83. Başqalarından dəstək gözləməyin. Həytatınızla bağlı önəmli mövzularda məsuliyyəti öz üzərinizə götürün.
84. Masaj etdirin. Masaja gedərək, bədəninizdəki əzələ düyünlərinin yaratdığı narahatlıqlardan qurtulun.
85. Ətrafınızdakı tarixi məkanları kəşf edin. Öncə araşdırmanızı edərək bilgi sahibi olun, sonra ziyarət edin.
86. Duruşunuzu düzəldin. Donqar dayanmayın. Pilates kimi duruşunuzu düzəltməyinizə köməkçi olacaq məşqlər edin.
87. Bilməcə həll edin. Fərqli bilməcələr həll edərək beyninizə də məşq  etdirin.
88. "Gələn” qutunuzu nizama salın. "Gələn” qutunuzda dosyalama sistemləri yaradaraq təqibinizi asanlaşdırın.
89. Görüş təyin edin. Biri ilə görüşmək üçün yaxınlığınız olması gərəkli deyil.
90. Orqanik süd için. Orqanik südün dayanıqlıq müddəti daha uzundur. Bundan başqa, omega 3, vitaminlər və antioksidantlar baxımından daha zəngindir.
91. İçinizdəki gözəliyi kəşf edin. Sahib olduqlarınıza yox, kim olduğunza fokuslanın.
92.  Yuxulayın. 5-30 dəq. müddətlə yuxu araları verərək yenilənin.
93. İşlərinizi yığıb saxlamayın. İşlərinizi etməniz lazım olan zamanda edərək, ailənizə və sevdiklərinizə zaman ayırın.
94. Ayaqlarınıza yaxşı baxın. Ayaqlarınıza uyğun gələn, rahat ayaqqabıları seçin. Günün sonunda ayaqlarınıza rahatladıcı baxım etməyi unutmayın.
95. Səbrli olun. Səyləriniz hər zaman mükafatlandırılmaya bilər. Özünüzü inkişaf etdirə bilmək üçün səbrli olmağı öyrənin.


Şərhlər:
Baxılıb: 1037
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz