Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İrqçilik
İrqçilik
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 792
Səs ver:
Şübhəsiz ki, insanlıq tarixinə ən çox təsir göstərən elm adamlarından biri də Çarlz Darvindir. Nəzəriyyəsini ortaya atdığı ilk gündən bu yana fikirləri müxtəlif istiqamətlərdə tətbiq olunmağa başlandı. Bundan həm müxtəlif elmi proqramlarda, həm də müxtəlif sosial-iqtisadi cərəyanlarda istifadə olundu. XX əsr dünya tarixində önəmli rol oynamış Faşizm, eləcə də Kommunizm onun canlıların təkamülü ilə bağlı fikirlərindən açıq-aşkar təsirlənmişdi. Bu təsiri məşhur psixoanalist Ziqmund Freyd belə açıqlayırdı:
– Tarix boyu insanlıq elmdən gələn zərbələrlə iki dəfə özünə qarşı olan böyük məhəbbətin sarsılmasının acısını çəkmişdir. Birincisi, Yer kürəsinin Kainatın mərkəzində olmadığını, sonsuz böyük sistemin içində kiçik bir nöqtə olduğunu anladıqda, ikincisi isə, bioloji araşdırmalar xüsusi yaradılmışlıq fikrini onun əlindən alıb, soy-kökünü heyvanlar aləminə aparıb çıxardığı zaman baş vermişdi.

Darvinin Təkamül təliminə görə güclülər deyil, ətraf mühitə daha çox uyğunlaşa bilənlər həyatda qalır. İstənilən canlı ətraf mühiti özünün daha yaxşı yaşaya biləcəyi hala salmağa çalışır. İnsan isə bu xüsusiyyətinin daha güclü inkişaf etməsinə görə digər bütün canlılardan fərqlənir. Sırf bu xüsusiyyətinə görə insan sivilizasiyası təbiətin ona verə biləcəyindən daha çoxunu əldə etməyi bacarır. Təbiətin ona qədər mövcud olan qanunlarını dəyişir. Yaşamaq uğrunda mübarizəni fərqli səviyyələrə daşıyır. Mübarizə öz şəklini dəyişir. Qida sənayesinin, səhiyyənin güclü inkişafı təkcə uyğunlaşa bilənlərin deyil, eyni zamanda uyğunlaşa bilməyənlərin də həyatda qalmasına yardım edir. İstər irqçilik, istərsə də sosial darvinizm yanlış düşüncə tərzidir və bunların yaranmasında Darvinin heç bir rolu olmamışdır.

İrqçilik bütünlüklə elmə zidd nəzəriyyə olub, bir irqin digərindən üstünlüyünü göstərir. İrqçilər irqləri ayrı-ayrı növ hesab edərək, onların müxtəlif mənşəli olmasını göstərirlər. Onlara görə avropoid irqi- kromanyonlardan, neqroid- pitekantroplardan, monqoloid isə sinantroplardan başlanğıc götürmüşdür. Lakin bütün irqlərdən olan insanlarda kəllənin, beynin, əllərin, pəncənin eyni quruluşda olması, oxşar qan qrupları, sərbəst çarpazlaşaraq döllü nəsil vermələri onların bir növə- Homo sapiens növünə mənsub olduqlarını göstərir.

İrqçiliyi sosial darvinizm kimi digər bir nəzəriyyə də təbliğ edir. Sosial darvinistlərə görə insan cəmiyyətində də yaşamaq uğrunda mübarizə və təbii seçmənin qanunları təsir göstərir və bioloji cəhətdən daha qiymətli, daha fərasətli insanlar seçilirlər. Nəticədə cəmiyyətdə sosial bərabərsizlik və cəmiyyətin təbəqələşməsi yaranır. Bu təbii seçmənin təsirinə məruz qalmış insanların bioloji cəhətdən bərabərsizliyinin nəticəsidir.

Hazırladı: Murad Xəlilli


Şərhlər:
Baxılıb: 792
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz