Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaradıcılığımızı və məhsuldarlığımızı öldürən şey- multitasking
Yaradıcılığımızı və məhsuldarlığımızı öldürən şey- multitasking
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 768
Səs ver:
MULTİTASKİNG – ingilis sözü olub, "eyni anda birdən çox işlə məşğul olmaq” anlamında işlənən bir anlayışdır.  Günümüzdəki insanlar, hardasa , gündə 8 saatını internetdə gəzişərək keçirir və bunun nəticəsi, yorğun bir beyin olur. ForensicPsychology tərəfindən  edilən bir araşdırmaya əsasən, bu şəkildə edilən çoxlu işlər, stress səviyyəsini artırmultitaskingır və yaradıcı düşünməni azaldır. Online mühitdə eyni anda bir çox işlə məşğul olmaq,  beynimizə və zehin durumumuza müsbət təsir etmir. Ağır internet istifadəçiləri depressiyaya girməyə 2,5 qat daha meyillidir.
Yaradıcılıq tələb edən bir layihə üzərində çalışırsınız. Birdən telefon zəng çalır və sizi dərin bir konsentrasiyadan çəkib çıxarır. Telefona cavab verməsəniz belə, öncədən etdiyiniz işə dönmək bir neçə dəqiqənizi alır.
Bu zaman aralığı, bəlli bir hədəfi və "qaydalar” dəsti olan bir vəzifədən tamamilə fərqli bir hədəfi və qaydalar dəsti olan bir başqasına keçməkdə olan "zehni CEO” nuzdur. Bu keçid  zaman alır. Vəzifələr nə qədər qarışıqdırsa,  keçid o qədər uzun çəkir.
Bu məqaləni oxuyarkən başqa nə etməyə çalışırsınız?
Əlbəttə, birdən çox işi eyni anda edə bilərik. Məhsuldarlığı itirmədən bunu edə biləcəyimizə belə inana bilərik. Amma özümüzü aldatmış oluruq.
İşləri  bir-birinə bağlamağın, beyni yavaşıtdığı  elmi olaraq sübut edilmişdir. Əslində, eyni anda birdən çox işlə məşğul olmaq bizi bir anlıq sərsəmləşdirir; öncəlikləri, fokus nöqtəsini müəyyən etmə ya da yeni bir şeyi inteqrasiya etmək bacarığımızı itirir.
Bir yandan toplantıya qatılarkən bir yandan da e-poçtunuzu oxumağı heç yoxlamısınız? Yaxşı,  bəs bir yandan avtomobil idarə edərkən bir yandan da mobil telefonunuzla ciddi bir danışıq aparmağı?
Cavabınız, "hə” dir? O halda, heç bir için tam iştirak ya da məhsuldarlıqla edilə bilmədiyini bilirsiniz. Sanki zamanın yarısında orada yoxsunuz kimidir. Nə, e-poçtları tam anlaya bilirsiniz, nə də toplantının təqdim etdiklərini tam qavraya bilirsiniz. Ya da avtomobil idarə edərkən telefonla danışdığımız zaman şüurumuzun çox azı avtomobil idarə etməyə həsr olunur və ya telefonda etdiyimiz söhbətə tam olaraq daxil ola bilmirik.
Hamımız, eyni anda birdən çox işlə məşğul olmağın həqiqətən bir bədəli olduğunu bilirik. Elə isə niyə hələ də belə davranmağa davam edirik?
Bu davranış, alışqanlıqlarımızda yer almışdır. Texnologiya dövrümüzün bütün zaman qazandıran cihazları, bizi bemultitaskingyni  qarışıq olmağa və fokuslanma bacarığımızı itirməyə təşviq edir. Bu da önəmli bir itkidir; çünki fokuslanma, uğuru gətirər. Diqqət dağınıqlığı, bizi bundan uzaq tutar.
Fokus, diqqətinizi tam olaraq toplama anlamına gəlir. Müəyyən olunmuş fokusa çatmağınız və eyni anda birdən çox işlə məşğul olmağı buraxmağınız üçün gündəlik tətbiq edə biləcəyiniz beş üsul təqdim edirik.

1. Mövcud hədəfinizlə əlaqədar olmayan heç bir şeyi masanızda saxlamayın. Əşyalar, diqqətə hökm edərlər. Önünüzdə nə qədər az şey olarsa, diqqətinizin dağılma ehtimalı o qədər azalar.

2. Zamanınızı hissələrə ayırın, beləcə bir dəfədə tək bir işə fokuslana bilərsiniz. Vacibliyi yüksək  olan işləri, e-poçt göndərməyi, müştərilərlə çalışmağı, planlamağı və başqa işləri  bitirmək üçün ayrı hissələr yaradın. Ardınca, bu işlərin ətrafına müqəddəs sərhədlər çəkin. Birini tamamladıqdan sonra digərinə keçin.

3. Ən önəmli şeyi, ən öncə edin. Vacibliyi yüksək olan işlər, uğurunuzda ən böyük pozitiv təsiri yaradacaq şeylərdir. İstədiyiniz nəticələri sizə ən sürətli gətirəcək şey nədir? Buna hər zaman öncəlik verin.

4. Zaman blokları ya da işlər arasında texnologiyadan uzaq qısa aralar verin. Piyada gəzintiyə çıxın, musiqi dinləyin, fiziki ya da yaradıcı bir şeylə məşğul olun. Bu, zehninizi təmizləyəcək və zehni CEO-nuza , bir sonrakı iç üçün yenidən nizamlama etməkdə yardımçı olacaqdır.

5. Sabahı planlaşdırın. Bir sonrakı iş günü üçün 1-3 vacibliyi yüsək fəaliyyətlər  proqramı hazırlayın.Multitasking

Tək bir işi etməkdə usta olun!

Sonrakı "30 gün”  təcrübə  edin. Eyni anda birdən çox işlə məşğul olmaq kimi alışqanlıqlarınızın yerinə,  hər gün bu beş üsulu yoxlayın və necə daha az stresslə daha çox uğur əldə etdiyinizi görün.


Şərhlər:
Baxılıb: 768
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz