Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tükümüzün ürpərməsi
Tükümüzün ürpərməsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1076
Səs ver:
Biz üşüdükdə, qorxduqda və bəzi digər hallarda tüklərimizin ürpənməsi halı ilə qarşılaşırıq. Bəs bu hadisənin səbəbi nədir?

Bildiyimiz kimi tüklərin ürpənməsi təkcə insana aid olan xüsusiyyət deyil. Bu reflektor prosesə bədən səthində tük olan əksər canlılarda rast gəlinir. Bədən səthinin tüklə örtülməsi və dərialtı piy təbəqəsi müxtəlif canlılarda temperatur tənzimində mühüm rol oynayır. Hava soyuq olduqda tüklərin kökündəki əzələlər gərginləşir və nəticədə tüklərin həcmi artır. Belə halda tüklərlə bədən səthi arasında hava boşluğu yaranır. Fizikadan məlumdur ki, qaz halında olan maddələr istiliyi pis keçirir. Hava da qazların qarışığından ibarət olduğu üçün bu fiziki xüsusiyyətlərinə görə istiliyi pis keçirir. Nəticədə boşluqdakı hava bədən istiliyinin xaricə verilərək soyumasının qarşısını alır, bədən temperaturunun qorunmasını təmin edir. İnsan isə od əldə etməklə digər canlılardan fərqli inkişaf yoluna girmiş və beləliklə bədən temperaturu tənziminin həm də xarici davranış hissəsi formalaşmağa başlamışdır. Sonralar geyim hazırlamaq bacarığına yiyələndikcə bədən temperaturunun şüurlu səkildə nizamlanmasında mühüm irəliləyiş əldə etmişdir. Beləcə zaman keçdikcə bədən səthini örtən tüklər temperatur tənzimində əvvəlki kimi rol oynaya bilmədi. Nəticədə tüklər getdikcə seyrəlməyə başladı.

qədim tüklü insanBu gün bədən səthimizi örtən tüklər azalsa da refleks olaraq rudiment şəklində qalıb. Soyuqluq hiss etdiyimiz an tüklərimiz ürpənir. İnsanda bu refleks həmin an dərinin görünüşünə görə "qaz dərisi” adlanır. Bəzən bu prosesin xəstəliklərlə və emosional halımızla da əlaqəsi olur.Qızdırma zamanı üşütmə hissi olduqda və qorxduqda tüklərin ürpənməsi halları da məlumdur. Qızdırma zamanı bədən səthimizdə temperaturu hiss edən reseptorların həssaslığı dəyişir. Nəticədə adi temperatur belə bizdə soyuq hissiyatı yaradır və bu an "soyuqdan müdafiə mexanizmi” işə düşür. Qorxduqda tüklərin ürpənməsi isə müdafiə refleksi olaraq yaranan gərginliklə əlaqədardır. Bəzi hallarda insanda bir anlıq üşümə hissi haranır. Buna adətən "ətim ürpəşdi” deyirik. Bunun əsas səbəbi temperatur tənzimi mərkəzimizdə, termoreseptorlarımızda baş verən ani dəyişikliklərlə əlaqəlidir. Bu, bəzən hər hansı hadisənin bizdə yaratdığı psixoloji təsirlə də əlaqəli ola bilər.
Müəllif: Murad Xəlilli


Şərhlər:
Baxılıb: 1076
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz