Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir dövrün kabusu: Təxirə salmaq vərdişi
Müasir dövrün kabusu: Təxirə salmaq vərdişi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 822
Səs ver:
Əgər siz, önəmli işlərinizi davamlı olaraq təxirə saldığınızın fərqindəsinizsə, tək deyilsiniz.

Təxirə salmaq, gecikdirmək kimi mənalarda olan "procrastination” bir çox insanın yaşadığı bir prosesdir. Özünüzü, bu vəziyyətə çox vermək, potensialınızı ortaya çıxarmağınıza və uğura nail ola bilməyinizə əngəl ola bilər.

Təxirə salmaq vərdişi nədir?

Təxirə salmaq vərdişi, sadə bir təriflə, müəyyən bir anda etməli olduğunuz şeyi etmək yerinə, daha çox keyif aldığınız və ya sizi daha yaxşı hiss etdirən şeylər edərək etməyiniz lazım olan şeyi təxirə salmaq davranışdır. Digər bir təriflə, uzun müddətli işlər yerinə, qısa müddətli keyifləri seçmək halıdır.

Psixoloq Professor Clarry Lay’a görə, təxirə salma, edilmək istənilən və etmək məcburiyyətində olunan davranışlar arasında müvəqqəti fərqliliklər olmasından qaynaqlanır. Yəni təxirə salmaq, insanların bir işi etmək istədiyi zamanla, etdikləri zaman arasında fərq olması səbəbiylə ortaya çıxır.

Təxirə salmaq vərdişinə qalib gəlmək.

Təxirə salmaq  davranışını nəzarət altına ala bilmək üçün, müəyyən addımları təqib etməyinizlazımdır. Bu addımlar qısaca; təxirə salmağa başladığınız anı fərq etmək, davranışınızın səbəblərini anlamaq və zamanınızı idarə edə bilmək üçün aktiv şəkildə addım atmaqdır.

1-ci addım: Fərqinə varın.

Təxirə salmağa başladığınız anı fərq edə bilmək üçün, əhəmiyyətli olan özünüzə qarşı dürüst olmağınızdır. Təxirə salmaq davranışının ən çox görülən əlamətləri:

Çalışmağa, prioritet sırasında sonlarda olan işlərdən başlamaq.
Hərəkətə keçmək yerinə etməyiniz lazım olanlar üzərində təkrar təkrar düşünmək.
İşinizin başına oturduğunuz an, yenidən vanna otağına  getmək və ya qəhvə hazırlamaq  kimi ehtiyaclarınızın doğulması.
Əhəmiyyətli olsa belə, ediləcəklər siyahısından uzun müddət silmədiyiniz işlərinizin olması.
Müəyyən işlərinizi etmək üçün həmişə "doğru zaman” ı gözləmək.

Önəmli olmayan işlərinizi təxirə salmaq və ya etməyiniz lazım olan şeyləri keçərli bir səbəblə təxirə salmaq bura daxil deyil. "Təxirə salmaq” vərdişinin əlamətlərindən biri, etmək istəmədiyiniz şeylər üçün davamlı Müasir dövrün kabusu: Təxirə salmaq vərdişiolaraq bəhanələr yaratmaqdır.

Clarry Lay’in təxirə salma davranışı haqqında 1986-cı ildə Journal of Research on Personality’də nəşr olunan məqaləsinə görə; bu davranış, müvəffəqiyyət, enerji və ya özünə inam hisslərindən asılı olmayaraq reallaşar. Digər bir deyimlə, qabiliyyətlərinizə güvənməyiniz, enerjinizin yüksək olması ya da bacarmaq əzmi, etməniz lazım olanları etməməyinizə maneə deyil.

2-ci adım: Səbəblərini tapın.

İşlərinizi davamlı olaraq təxirə salmağınızın səbəbi, sizinlə və ya etməli olduğunuz işlə əlaqədar ola bilər. Lakin səbəbin tam olaraq hansı olduğunu müəyyən etmək, bu istənilməyən davranışı məğlub edə bilmək üçün doğru üsulu seçməyinizə yardımçı olacaq.

Etməli olduğunuz iş sizə keyif vermirsə: Bu nöqtədə, o işləri təxirə salmaq yerinə, işinizin əyləncəli qisimlərinə fokuslanmaq və sizə keyif verməyən yönləri ilə bağlı işləri bir an öncə bitirmək çözüm olacaqdır.

Proqramsız çalışmaq: İşlərinizi davamlı olaraq təxirə salmağınızın  səbəbi proqramsız çalışmaqdırsa; nizamlanmaq, prioritet sırasına görə hazırlanmış bir ediləcəklər siyahısı hazırlamaq və proqramınıza bağlı qalmaq, daha idarəli hərəkət etmənizə köməkçi olaraq sizi bu davranışdan qurtaracaq.

Müvəffəqiyyət qorxusu: Müvəffəqiyyətsizlik qorxusu qədər müvəffəqiyyətdən qorxmaq da, təxirə salmanın səbəbi ola bilər. Sizi sıxan işləri  müvəffəqiyyətlə tamamlamağın, eyni cür işləri daha çox etməyinizə səbəb ola biləcəyi düşüncəsi, etdiyiniz işi gecikdirməyinizə səbəb olur.

Mükəmməlliyyətçilik: Qəribə  olsa da, mükəmməliyyətçilik, təxirə salmanın ən çox rast gəlinən səbəblərindəndir. Ediləcək iş üçün özünüzü kafi görməmək və ya  ən yaxşı şəkildə necə edəcəyinizə qərar verə bilməməyiniz, təxirə salmaq yolunu seçməyinizə səbəb ola bilər.

Qərarsızlıq: Təxirə salmağın əhəmiyyətli səbəblərindən bir digəri də, qərarsızlıqdır. Nəyi əvvəl edəcəyinizi seçə bilməmək, səhv başlanğıclar etmə qorxusu ilə birlikdə, təxirə salma davranışına sürükləyər.

3-cü addım: Strategiya yaradın.

Təxirə salmaq vərdişi alışqanlığa çevrilibsə, bu alışqanlıqdan qurtulmaq zaman ala bilər. Aşağıdakı tövsiyyələr, fərqli səbəblərlə təxirə saldığınız işləriniz üçün motivasiyanızı artırmağınıza yardımçı olacaq.

Özünüzü mükafatlandırın: Etməli olduğunuz önəmli bir işi tamamladığınız zaman fasilə verin və özünüzü mükafatlandırın.
Kömək istəyin: Ətrafınızdan birini, sizi yoxlaması üçün vəzifələndirin. Kontrol hissinin üzərinizdə yaradacağı basqı, sizi hərəkətə keçirə bilər.
Düşünün: İşinizi etməyəndə qarşılaşabiləcəyiniz mənfilikləri düşünmək, sizi motivasiya edə bilər.
Maliyyətinizi hesablayın:  Əgər başqası üçün çalışırsınızsa; yaxşı bir çalışan olma istəyi və məsuliyyət duyğusu, işlərinizi bitirməniz üçün lazım olan itələyici güc ola bilər.

Təxirə salmağınızın səbəbi, təşkilatçılıq olmadan çalışMüasir dövrün kabusu: Təxirə salmaq vərdişimağınızdırsa, planlı olmağınıza köməkçi ola biləcək  tövsiyyələr:

Ediləcəklər siyahısı hazırlayın. Beləliklə, önəmli işlərinizi unutmazsınız.
Öncəlik sıranızı müəyyən edin. Vaxtınızı daha məhsuldar istifadə edə bilmək üçün öncəlik sıralamasında yuxarıda olan maddələrdən başlayın.
Zaman məhdudiyyəti olan hədəflər qoyun. Beləcə, işlərinizi təxirə salmaq  üçün vaxtınız qalmaz.
Adım-addım irəliləyin. İçində olduğunuz anda, sadəcə o an etdiyiniz işə fokuslanın.

Etdiyiniz işin məsuliyyəti artıq gəlirsə və ya iş sizi sıxırsa, etməyiniz gərəkli olan yanaşma bu şəkildədir:

Bölün: Layihənizi daha kiçik və gerçəkləşdiriləbilən hissələrə ayırın. Hər hissəni  o ankı hədəfiniz olaraq müəyyən edin.
Kiçik addımlarla başlayın: Hər bir addımı tamamladıqca, bir sonrakı üçün motivasiyanız artacaq.

Son olaraq, təxirə salmaq yoluna müraciət etməyinizin səbəbi, işinizin sıxıcı olduğunu hesab etməyinizdirsə,

Gözünüzdə böyütməyin. Etməli olduğunuz iş, düşündüyünüz qədər sıxıcı olmaya bilər. Qərar vermədən öncə təcrübə edin.
Mənfilikləri düşünün. Etmədiyiniz işin yarada biləcəyi mənfi nəticələri xəyal edin.
Mükafatlandrın. Keyif almadığınız bir işi tamamladığınız zaman, özünüzü mükafatlandırmağı unutmayın.


Şərhlər:
Baxılıb: 822
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz