Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boş zaman nədir?
Boş zaman nədir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 850
Səs ver:
Zaman boşdurmu? Bir ölçü olaraq düşünüldüyündə boş olması qeyri-mümkündür. Ancaq "boş zaman” deyə bir zaman dilimi təsəvvürü var. Aydındır ki, bu, insanların edəcək bir şey tapa bilmədiyi ya da kifayət qədər dolduramadığı anlara verilən addır. Boş olması, bizim onu doldura bilməməyimizə görədir. Boş bir zaman nədən ola bilər?

Əvvəlcə, boş zamanın müasir dövün bir icadı olduğunu ifadə edək. Başlanğıcda zamanın fərqində belə deyildik. Sonralar təbiətdən ayrıldıq və hər şeyi sistemləşdirdik. Vaxtı yaratdıq. Sonra özümüzə belə yadlaşaraq həyatı əhatə edən hər şeyin bizim xaricimizdə inkişafına və öz əməyimizin də başqalarına aid olmasına alışdıq. Nəticədə, elə bir zamana gəldik ki, nə olduğunu bilmədiyimiz zaman boş ya da dolu olaraq ikiyə ayrıldı. Ancaq bəzi fəlsəfi sualların olmaması burada da gözə dəyməkdədir. Həyatın məqsədi, mənası, nə etmək lazım olduğu müəyyən deyilkən, boş və ya dolu olan zamanı necə təyin edə bilərik?

Minlərlə il əvvələ gedək. Ovçu-toplayıcı bir ailəni düşünək. Fiziki ehtiyaclarını nisbətən təmin etmiş ailənin bir üzvünün boş zamanlarında nələr etdiyini axtaraq. O zamanın nə olduğunun fərqindədirmi? Zaman onun üçün gecə- zamangündüz, mövsümlər və gənclik- yaşlılıq kimi şeylərdən ibarətdir. Kosmos- zaman, ya da çağlar ilə əlaqədar bir anlayış mövcud deyil. Qısası, bizim "zaman”ımız onun vaxtından çox fərqlidir.  İnsan həyatının böyük inkişaf dövrünü yaşamış və həyat tərzini dəfələrlə fərqli sivilizasiyalarda davam etdirmiş və mədəniyyət təcrübəsiylə zaman anlayışının mənası dəyişmiş və inkişaf etmişdir. İnsanlar daha da inkisaf etməyi hədəfə almış, mövsümlərlə və həyatlarının çağları ilə ölçülən zaman meyarından önə keçməyə başlamışdır.

Hal-hazırda qlobal cəmiyyət, qərbin inkişaf etdirdiyi istehlak mədəniyyətini yaşamağa çalışmaqdadır. İstehlak mədəniyyəti, elmi və mədəni inkişaf, bir problem olaraq ortaya çıxan istehlak ehtiyacından irəli gəlir və istehsalı zəruri edir. Gedərək artan zəruri istehlak, zaman anlayışının mənasını da zamandəyişdirmişdir. Zaman da istehlak edilməsi lazım olan bir məhsul olaraq ortaya çıxmışdır. Əvvəllər zaman belə yoxkən, artıq boş ya da dolu fərdi zamanlar ayrımcılığımız mövcuddur. Artıq dəyəri olan bir zamandan söz etməkdəyik. Ancaq zamanın nə olduğunu bilmirik. Qədim insanlar zamana çox da önəm verməmişlər, çünki zamanı dərk etəmişlər. Bizim də zamanı hələ dərk etməməyimizə baxmayaraq  qədim insanların əksinə olaraq, biz onu önəmsəyərək, həyatımızı onun əsasında sistemləşdirmişik.

Nəhayətində,  zamanın nə olduğu müəyyən olmadığı üçün boş olması və ya dolu olması anlayışları fərziyyəyə dayanır deyə bilərik. Ancaq müasir insan hər şeyi bilirmiş kimi özgüvənə sahibdir. Zaman hər şeyin əvvəlidir və onu anlama, qiymətləndirmə xüsusiyyətinə hələlik malik deyilik. Yenə də qiymətləndirmək xoşumuza gəlir. Bu təbiidir, bu xüsusiyyətimizə bir şey deyə bilmərəm, əksinə, özümüzdən əmin olmalıyıq ki, bəşər zamanı dərk edəcək həqiqi özgüvənə sahib olsun. Bizim üçün cavabı məlum olmayan hər şeyi, ondan özümüzü məhrum buraxmadan, ona özümüzcə-dərk etdiyimiz şəkildə təriflər verib yaşamalıyıq ki, onun dərinliyinə vara bilək. Dərinliyinə vardıqca zatən, o özü-özlüyündən bizə görünməyə, öz sirrini bizə anlatmağa başlayacaqdır.


Şərhlər:
Baxılıb: 850
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz