Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Diqqət və konsentrasiyanın inkişaf etdirilməsi
Diqqət və konsentrasiyanın inkişaf etdirilməsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 773
Səs ver:
Heç kimsə doğuşdan gələn bir diqqət və konsentrasiya tutumuna sahib deyil. Məqsədimiz bunu qazanmaq və inkişaf etdirmək olmalıdır. Diqqət ancaq şüurlu iş, istəyərək çətinliklərə dözmək və tamamlanan kiçik hərəkətlərlə artar. Bu işlərdə istək çox əhəmiyyətlidir. Bir şeyi bacarmaq üçün həqiqətən istəmək lazımdır, istəmədən əsla edə bilmərik. Şüurlu bir isteyişle, hər şey əldə edilə bilər.

Özünü müşahidə və analiz

Düşüncələrimizi davamlı olaraq müşahidə və nəzarət altında tutmaq istəsək, "diqqət dağılması” mövzusuyla da istər istəməz maraqlanmaq məcburiyyətində qalarıq. Bundan sonra diqqətimizi dağıdacaq və konsentrasiya gücümüzü azaldacaq faktorları maneə törətməməsinə çalışa bilərik. Konsentrasiyada ən əhəmiyyətli ünsür, hər zaman üçün düşüncələrin şüurlu istiqamətləndirilməsidir. Diqqətimi nələr paylayır? Niyə diqqətimi toplaya bilmirəm ? ya da hansı zaman və vəziyyətlərdə ən yaxşı performansı göstərirəm? kimi sualları soruşaraq maneə, zəiflik və güclərimizi fərqinə vara bilərik.

Yalnız bir işi görmək.
Diqqətimizi ən güclü və ən narahat edici şəkildə paylayan yenə öz düşüncələrimizdir. Hər hansı bir iş edərkən düşüncələrimizin başqa istiqamətlərə sürüşməsi, bəlkə ağlımıza çox əhəmiyyətli fikirlərin gəlməsi qaçınılmazdır. Bunları ən minimum səviyyəyə endirmək üçün eyni anda birdən çox işlə məşğul olmamaq lazımdır. Bəzən adi bir işi edərkən eyni anda başqa mövzuları da düşünərək zaman qazandığımızı düşünər, beləcə zaman qazandığımızı düşünərik. İlk baxışda bu səbəblər doğru kimi görünsə də təməldə edilən işin keyfiyyətini salmaqdan və bir az zamanını azaltmaqdan başqa fayda verməz. Özümüzü, etdiyimiz hər hansı bir işə nə qədər konsentrə edə bilsək o qədər qısa zamanda doyurucu bir nəticə ala bilərik. Bunun nəticəsi olaraq da daha qısa zamanda daha çox iş ortaya qoya bilərik. Konsentrasiyanın hədəfi ən qısa zamanda ən çox işi həll etmək deyil, ən qısa zamanda ən çox işi, ən yaxşı şəkildə həll edə bilməkdir.
Buna görə də, bütün diqqətimizi yalnız bir işə versək, zamanımızı və gücümüzü yalnız, bir tək həll üçün işlətsək, bütün bacarıqlarımızı mükəmmələ çatdırarıq və çox daha məhsuldar olarıq. Üstəlik konsentrasiya mövzusunda da zaman içində böyük bir ustalığa çatarıq.

Zamanı sistemləşdirmək.
Zamanımızı planlaşdırmaq, nəyi nə zaman edəcəyimizi bilməyimiz və zehinimizi buna görə təşkil etməmizi təmin edər.

Tamamlanmamış işləri sıralamaq.
Daim ağlımızda olan amma, heç cürə bitirə bilmədiyimiz işlər vardır. Bunlar davamlı olaraq zehinimizi işğal edər və daha əhəmiyyətli mövzular üzərində düşünməmizə əngəl olar. Bu başlanmış amma, bitirilməmiş işləri nə qədər tez həll etsək, o qədər çox konsentrasiya gücümüz daha faydalı işlərdə istifadə etmək imkanı yaranar.

Hədəflərlə iş.
Hər cür konsentrasiya üçün ən başda bir hədəfin olması diqqət və konsentrasiyalazımdır. Bu ən kiçiyindən sadə bir düşüncə, bir təcrübə, kiçik bir vəzifə, yaratmaq istədiyiniz bir əsər ya da ən geniş mənasıyla həyatın məqsədi ola bilər. Müxtəlif istiqamətlərə can atmaq yerinə, özünü tək bir hədəfə yönləndirə bilənlər, konsentrasiya dağınıqlığına qarşı əhəmiyyətli bir addım atmış olurlar. Müxtəlif, bir neçə hədəf yerinə qəti bir hədəf hər zaman üçün daha müsbət nəticələr doğurur. Diqqətin bilərək və istəyərək müəyyən bir nöqtəyə yönəldilməsi, şüurun və şüuraltının çatılmaq istənən hədəfə qarşı həssaslığını artırır. Çoxumuzun böyük və kiçik hədəfləri vardır. Buna görə də enerjimiz bəzən bir yana, bəzən də möxtəlif istiqamətlərə yönələrək dağılıb gedər. Halbuki özümüzü böyük bir hədəfə yönəltsək, bütün enerjiimizi bu hədəfə istiqamətləndirər başqa bir misalla, böyük hədəf bir maqnit kimi bütün enerjini özünə çəkə bilər. Davamlı olaraq özümüzə hədəflər seçməliyik, çünki onlar gələcəyimizə birbaşa təsir edər. Buna görə də  gözəl xəyallar qurub müsbət  düşünməli, motivasiyasının təsirini göz ardı etməməliyik. Bizi əlçatmaz sandığımız hədəfimizə yaxınlaşdıran ən kiçik bir addım belə doğru istiqamətdə atılmış bir addımdır. Əhəmiyyətli ünsürlərə konsentrə olunca, duyğularımız hədəflərimizlə əlaqədar olan hər şeyi qəbul etməyə hazır olur. "Özünü hədəfinə görə redaktə et.” Bu sözlər Fransız mütəfəkkir və yazar Jean Paul Sartra aiddir. Özümüzü hədəfimizə yönləndirdiyimiz anda getməmiz lazım olan istiqaməti bildiyimiz və izlədiyimiz üçün lazımlı qərarları daha asan verə bilərik. Özümüzü hədəfimizə çatdırdığımızda necə hiss edəcəyimizi gözümüzdə canlandırmamızın da çox faydası vardır. Hədəfi gözümüzdə nə qədər diqqətə çarpan şəkildə canlandıra bilirsək, konsentrasiya gücümüz də o qədər artar. Beləcə şüuratlımız da hədəfimizlə əlaqədar hər cür məlumatı qəbul etməyə hazır olmasına proqramlaşdırırıq.

İşə kiçik hədəflərlə başlamaq.
Etməyib ertələdiyimiz, əhəmiyyətli olmayan kiçik bir hədəfi ələ alıb və onu məqsəd edə bilərik. Araya başqa bi işin qarışmasına icazə verməmək lazımdır. Hədəf yalnız o olmalıdır. Müvəffəqiyyətli olduqdan sonra daha böyük bir hədəfə keçə bilərik. İnsanı edə biləcəyi kiçik şeylərdən vazgeçiren şey anormal ehtirasdır. Bu ehtirası yox etmək və böyük şeyləri unutmaq lazımdır. Əvvəlcə belə kiçik lakin fəsadı böyük olan vərdişləri aradan qaldırmalıyıq.

Maraq sahələrini və onların əhəmiyyətini müəyyənləşdirmək.
Diqqət və konsentrasiya işlərində ən əhəmiyyətli addım, həqiqətən maraqlandığımız mövzuları ortaya çıxarmaq və onları ara vermədən müntəzəm izləməkdir. Zehni səviyyədə şüurun ön şərti, maraqlandığımız mövzuların, görünəndən daha dərin mənalarını tapmaqdır. Əvvəlcə etdiklərimizin arxa plandakı səbəblərini axtarıb tapmaq lazımdır. Bizi bu davranışlara itələyən gerçək səbəblər nədir? Həyat çox istiqamətlidir və yalnız gündəlik problemlərin çözülməsiylə kifayətlənməz. Əgər nəyi niyə etdiyimizi tam olaraq bilsək müvəffəqiyyətə çatmamız çox daha asan olacaq.
İlk baxışda özünü ələ verməyən, dərhal aydın olmayan davranışlarımız və seçimlərimizdə səbəbləri araştırmalıyıq
Etməmiz lazım olan iş və məşğuliyyətlərin məqsədi, bizə gətirəcəyi qazanclar və seçimlərimizin həyatımızdakı mənası, bizi bu qərarlara itələyən səbəblərin nələr olduğu üzərində düşünək. Bu ünsürlərin bizə nə kimi motivasiya verdiyini araşdırmalı və kimliyimizin inkişafı üçün necə yararlı olması bizi motivasiyadüşündürməlidir;  Bu ünsürlər bizi ümumiyyətlə həyatımızda dəstəkləyirmi, yoxsa bizə daha çox mane olur?

Motivasiya.
Diqqət və konsentrasiyada motivasiya ən əhəmiyyətli faktordur. Motivasiyası təmin edəcək nə isə əvvəlcə bunun təmin edilməsi lazımdır. Əgər konsentrasiya qabiliyyətimizi inkişaf etdirmək istəyiriksə, etdiyimiz işin bizi cəzb etməsini təmin edərək işə başlamalıyıq. Bu etdiyimiz hər işi sevinclə etmək baxımdan olduqca əhəmiyyətlidir. Əksinə, əgər işimizi bir yük olaraq alqılayırıqsa, bu bizə həqiqətən bir yük olur və ondan heç bir zaman məmnun olmarıq. Konsentrasiyanın sıxlığı motivasiyamıza və iradəmizə bağlıdır. Sıx və qısa bir konsentrasiya, yüz metrlik qaçışla müqayisə edək; hər ikisində də qısa, sıx bir güc istifadəsindən sonra dayanma vardır. Uzun, davamlı konsentrasiya da eyni marafon qaçışında olduğu kimi, yavaş ancaq həmişə eyni qalan tempdə balanslı bir şəkildə istifadə edilir. Hər iki vəziyyətdə də konsentrasiyasının kafi olması motivasiyanın vəziyyətinə bağlıdır.
Zəhmət və səbr.
Diqqət və konsentrasiyanın inkişaf etdirilməsində əhəmiyyətli digər faktorlar isə səbr və səydir. Çaba şüurlu varlığı avtomatik varlıqdan ayıran ən əhəmiyyətli və ən birinci amildir. Bezmədən, istəklə davam etdirilən hər səy sonunda meyvəsini verir.

Müəllif: Mütəxəssis Psixoloq Nihal Araptarlı


Şərhlər:
Baxılıb: 773
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz