Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailə qurmağa mane olan səbəblər
Ailə qurmağa mane olan səbəblər
Göndərən: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 997
Səs ver:
Ətrafda olan bütün yaşıdlarınız, sizdən kiçiklər, karyera, cazibə, bacarıq baxımından sizdən heç də öndə olmayanlar ailə həyatı qurub, sevdikləri ilə xoşbəxt ömür sürürlər?Bəs siz niyə tənhasınız? Çünki, beyninizdə aşağıdakı fikirlər hökm sürür.

"Valideynlərim kimi ailə həyatı qurmaq istəmirəm"
Deməli, hələ də öz uşaqlığınızın təsiri altındasınız. Evdə olan söz-söhbətlər sizi bezdirdiyi üçün evlilik təklifini rədd edirsiniz. Elə bilirsiniz ki, sizin də ailəniz öz valideynlərinizinki kimi olacaq. Digər tərəfdən isə azadlığınızı itirəcəyinizdən qorxursunuz. Əgər düzgün həmdəm seçsəniz, bütün bunlar baş verməz.

"Heç kəs məni onun qədər hirsləndirmir"
Siz artıq "tora" düşmüsünüz. Çox gözəl başa düşürsünüz ki, fərqli insanlarsınız, amma onunla görüşməkdən imtina edə bilmirsiniz. Rəfiqələriniz də ondan ayrılmağınızı təklif edir. Onunla bağlılığınız özünüzə də xoş deyil. Amma özünüzlə bacarmırsınızsa, özünüzə sual verin: Bütün bu əzablara dözməyə dəyər? O, insanı yaddaşınızdan silin. Sizə dəyər verən insan tapın.

"Anam deyirdi ki, heç kəs məni sevə bilməz. Ona görə..."
...Çox kökəm, çox danışıram, gözəl deyiləm. Bir sözlə, məndən evinin qayğısına qalan xanım olmaz. Kişilər isə bu keyfiyyəti olmayan qadın tərəfə baxmaz. Axı, özünüz çox gözəl bilirsiniz ki, sevdiyiniz və sizi sevən insan üçün hər şeyi edə bilərsiniz. Həm də hər bir qadını olduğu kimi sevən insan var.

"Öz səhvlərimi təkrarlamaqdan qorxuram"
Həyatınıda "eks sevgili" anlayışı var. Bu sevginizə görə də özünüzü bağışlaya bilmirsiniz. Bəlkə də, sevgiyə tövbə etmisiniz. Amma unutmayın, bütün insanlar eyni deyil. Axı hamı sizi aldada bilməz. Həm də sevgi məsələsində bir dəfə yanıldığınız üçün, ikinci dəfə daha da təcrübəli olacaqsınız.

"Karyeram dağılacaq"
Əldə etdiklərinizin hamısı zəhmətinizin bəhrəsidir. Bütün bunları sevgi yolunda itirmək  isə sizin üçün faciədir. Axı, niyə bu fikirlərlə özünüzü yükləyirsiniz? Niyə düşünürsünüz ki, sevgi sizi karyeranızdan ayıracaq? Əgər bu gün uğurlu karyera qurmusunuzsa, deməli, siz bacarıqlı xanımsınız və ailə həyatının öhdəsində də gələ bilərsiniz. Ağıllı xanımlar isə daima həyata qalib gəlirlər.

"Tələsən təndirə düşər"
Ən çox rast gəlinən haldır. Karyerapərəst xanımlar işləri haqqında fikirləşməkdən ailə həyatına vaxt qalmır. Gözlərini açanda isə görürlər ki, artıq ömrünün 30 ilini geridə qoyub. Bax, bundan sonra başlayır- həyəcan və təşviş. Nə qədər şablon səslənsə də qeyd edilməlidir ki, "dəmiri isti-isti döyərlər." Qız qaldıqca qızıla dönər" məsəli isə karyerapərəst xanımların bəhanəsidir.

"Ailədəki problemlər"
Bəzi ailələr uşaqlarına azadlıq vermirlər. Ona görə də gənc və yeniyetmə qızlar ailə problemlərindən azad olmaq üçün və azadlığı əldə etmək üçün kimə gəldi, tanımadan ailə həyatı qururlar. Lakin həmişə istədiklərinə nail ola bilmirlər. Başa düşmürlər ki, ailə həyatı sadəcə toydan və nigahdan ibarət deyil. Bunda isə əsas günahkar valideynlərdir. Məncə, valideynlər uşaqları ilə dost olmalı və  onlara lazımı qədər azadlıq verib, lakin həmişə nəzarətdə saxlamalıdırlar.

Unutmayın hər bir qadın xoşbəxt olmağa layiqdir!


Şərhlər: 10
Baxılıb: 997
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Mən ailə həyatı qurmağı düşünmürəm. (onsuzda bu yaşda düşünməməyim normaldır)
31 iyul 2015 13:15
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
Kımınse ısdeyıyle fıkırıyle megburıyyetıyle aıle qurmaz oz karyerasında qurar aılesınde vaxtında hazır olduqda telesmek olmaz bu gur meselelerde

Kımınse ısdeyıyle fıkırıyle megburıyyetıyle aıle qurmaz oz karyerasında qurar aılesınde vaxtında hazır olduqda telesmek olmaz bu gur meselelerde
30 iyul 2015 19:15
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
deyilen sebebleri bezileri mene aiddi
30 iyul 2015 16:28
# 8
EsmaNur
yazilanlar dogrudur
30 iyul 2015 16:22
# 7
Fialka
İnsan nəyi istəsə onu əldə etmək üçün əlindən gələni də edər əgər evlənmirsə burda hər hansısa bir maneəçilik yox insanın istəkləri daha çox rol oynayır təbii bunuda hər kəsə aid etmək olmaz) Əsas hər hansısa bir evlilik qurmaq deyil bu çox asandı amma o evliliyin məsuliyyətini bilmək və onu qorumaq bir o qədər çətindir, təki xeyirlisi..
30 iyul 2015 15:06
# 6
Dosta_inam
Allah her bir insana istediyi kimi insan istediyi kimi aile nesib etsin, Amin.
30 iyul 2015 14:52
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Niquw Abdulayeva
Aile quranda mentiqle aqilla hereket edib aile qurmaq lazimdir. Aile tekce sevgi uzerinde qurulmamalidir.
30 iyul 2015 14:48
# 4
WiRiN BaLaM



Bəzən evliliyin özüdə bədbəxtlikdi ailə həyatında hər kəsin bəxti gətirmir....
30 iyul 2015 13:15
# 3
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Tomris Müslümova
Əsasəndə tələsməkdi yalnışlardan başlıca səbəb.guya sevirlər gözüyumulu evlənirlər amma onun yalışlarınnan xəbərdar olanda və onu qəbul etmək çətin olanda artıq gec olur
30 iyul 2015 10:57
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Menim aile qurmamagimin sebebi kisilere qarsi inamsizligimdir. Hec vaxt evlenmeyi dusunmurem.

Xosbextliye geldikde evlenmedende xosbext olmaq olar.
30 iyul 2015 10:55
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz