Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlıqlı və xoşbəxt olmağın 20 yolu
Sağlıqlı və xoşbəxt olmağın 20 yolu
Göndərən: Nazlı_qız
Şərhlər:
Baxılıb: 1065
Səs ver:
Sağlam və xoşbəxt yaşamaq hamımız üçün vacibdir. Xoşbəxt olduğunuzda sağlamlığınız yerinə gəlir. Sağlam olduğunuzda daha da xoşbəxt olarsınız. Bu iki anlayış bir-biri ilə çox əlaqəlidir. Sağlam və xoşbəxt olmanın 20 yolu bunlardır.

Qəhqəhə ilə gülün
Qəhqəhə ilə gülmək stress hormonu olan kortizol ifrazatını azaldır. Qəhqəhə ilə gülmək cavanlaşdırar və ömrü uzadır.

Orqazm
Orgazm yalnız bir neçə saniyəlik bir hiss deyil. İngiltərədə aparılan araşdırmalarda orqazmın təxminən 1 həftə boyunca təsirinin davam etdirdiyini və stressdən uzaqlaşdırdığı ortaya çıxmışdır. Üstəlik tez-tez orqazm yaşayanların ürək böhranı riski 50% düşməkdədir.

Su içmək
Gündə 2,5 litr qədər su içmək, bədənimizdə toksinlərin atılmasından, orqanların yaxşı işinə hətta hüceyrələrimizin bir-biri ilə ünsiyyətinə qədər lazımlıdır. Su içmək, həyati bir hadisədir. Su sinirləri sakitləşdirməkdə  və beynin işini təmin etməkdədir.

Əllərinizi yaxşı yuyun
Bir çox yoluxucu xəstəlik əllər ilə keçməkdədir. Bu səbəblə əlləri dirsəklərə qədər sabun ilə yumaq tələb olunur. Bu vərdiş sizi qrip və soyuqdəymə yanında bir çox yoluxucu xəstəlikdən qoruyacaq.

Masaj etdirin
Masaj etdirmək qan dövranını sürətləndirir. Bununla bərabər yüngülləşməyə imkan verir və stressi alır. Bədəniniz xoşbəxtlik hormonunu artırır. Bu vaxt masajı edən adamın peşəkar olmasına mütləq diqqət edilməlidir.

Dik dayanmaq
Dik dayanmaq onurğa sağlamlığınız üçün çox lazımlıdır. Dik dayanmağı  bir vərdiş halına gətirsəniz, irəliləyən yaşlarda oynaq və bel problemləriniz azalar.

Diş ipi istifadə etmək
Diş sağlamlığımız bədən sağlamlığımız üçün çox əhəmiyyətlidir. Çürük dişlər, ürək, qan dövranı, şəkər səbəbilə, çürüklərə və diş əti xəstəliklərinə qarşı diqqətli olmalıyıq. Mütəxəssislər diş fırçalamadan əvvəl diş ipi istifadəsini məsləhət görürlər.

Çəkinizə diqqət edin
20 yaşdan sonra 30 yaşlara yaxın bir dövrdə maddələr mübadiləsi sürətimiz yavaş-yavaş düşməyə başlayır. Beləcə 30 yaş sonrasında alınan kiloları atmaq çətin olur. Bu səbəblə yediklərimizə diqqət etmək və kilomuzu sabit tutmaq lazımdır.

Dərin nəfəs alın
Dərin nəfəs almaq qan təzyiqini salar və qanda oksigen səviyyəsini artırır. Bu səbəblə dərin nəfəs alma texnikalarını öyrənin və dərin nəfəs alın.

İdman etmək
İdman etmək və hərəkətli bir həyat sahibi olmaq başda xərçəng olmaq üzrə şəkər, təzyiq və ürək xəstəliklərinə qarşı qoruyucudur. Üstəlik idman etməyə başladıqdan 30 dəqiqə qədər sonra beynimiz özümüzü daha xoşbəxt hiss edər.

Həkimə gedin.
Hər il heç olmazsa, 1 dəfə həkimə gedin. Kiçik bir problemdə belə olsa, mütləq həkimə gedin. Bir çox ciddi xəstəliyin əlamət vermədən başladığını unutmayın.

Yatmaq
Normal yetkin bir insan 7-9 saat arasında yuxu yatmalıdır. Yuxu bədəni yeniləndiyi və özünü qoruduğu saatdır. Bu səbəblə nizamlı yuxu çox əhəmiyyətlidir.

Ev heyvanı əldə etmək
Ev heyvanı sahibi olanların daha az stress çəkdiyi və təzyiq, xolesterol səviyyələrinin düşdüyü bilinir. Bu səbəblə evdə bir heyvanınız olsun.

Beyninizi işlədin
Beyni davamlı işlətmək yaddaşınızı qoruyar. Dil öyrənmək, kitab oxumaq və tapmacalar həll etmək bu səbəblə çox əhəmiyyətlidir.

Qorunun
AIDS və cinsi yolla keçən  xəstəliklərdən qorunmaq üçün mütləq prezervativ istifadə edin.

Tərəvəz yeməyə alışın
Tərəvəzlər güclü antioksidanlardır. Bu səbəblə tez-tez yaşıl yarpaqlı tərəvəzlər ilə qidalanın. Unutmayın, antioksidanlar sizi başda xərçəng olmaq üzrə bir çox xəstəlikdən qoruyur.

Təbiət ilə iç-içə olmaq
Açıq havada, ağacların olduğu yerlərdə gündə 30 dəqiqə qədər gəzmək , stressinizi alır və sizi rahatlaşdırar.

Dostluq qurun
Dostluq əldə edən insanların həyatları dostu olmayanlara  görə 20% daha uzun olur. Bu səbəblə çox dostunuz olsun və onlarla vaxt keçirin.

Aşiq olun və sevin
Sevmək və aşıq olmaq beyində xoşbəxtlik hormonu olan dopamin sekresiyasını artırar. Beləcə xoşbəxt və hüzurlu  olarsınız. Həyatınızda olan hər şeyi sevin.

Siqareti tərgidin
Hər il 4 milyon insan siqaret səbəbi ilə həyatını itirir. Siqareti tərgidin  və ömrünüzü uzadın.


Şərhlər:
Baxılıb: 1065
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz