Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səhər günəşinin depressiyada olan qadınlara faydası
Səhər günəşinin depressiyada olan qadınlara faydası
Göndərən: emis
Şərhlər: 12
Baxılıb: 980
Səs ver:
Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulması ilə ortaya çıxa biləcək depressiyanın bir müddət səhər günəşini hiss etməklə qarşısının alına biləcəyini söyləyib.

O, hava açıq və günəşli olduqda şən, tutqun və buludlu olduqda isə cansız və melanxolik olan insanlarda çox zaman bunun səbəbini bioloji saatda baş verən dəyişikliklərin təşkil etdiyini vurğulayıb. Mövsümi keçidlərdə aşkara çıxan depressiyanın bəzən müxtəlif əzələ və baş ağrıları, qəbizlik, mədə bulantısı kimi fiziki narahatlıqlara yol aça biləcəyini qeyd edən Berksun bu simptomlar bir neçə həftə davam edərsə, bunu mövsumlə əlaqələndirmək əvəzinə dərhal müalicəsinə başlanılmasının labüd olduğunu bildirib. Yetərsiz günəş işığı beyində kimyəvi maddələrin nisbətlərində və paylanmalarında pozuntulara yol aça bildiyi üçün bəzi şəxslər depressiyaya daha çox meyilli olurlar. Səhərlər yarım saata qədər günəş işığında oturmaq mövsümi keçid dövründə baş verən depressiyanın və halsızlığın qarşısını ala bilər.

Depressiyaya məruz qalma riski qadınlarda daha çoxdur

Berksun qadınlarda depressiyaya məruz qalma riskinin kişilərə nisbətən iki dəfə daha artıq olduğuna diqqət çəkərək mövsümi keçid dövründə də məhz qadınların depressiyaya daha çox yaxalandığını vurğulayıb. Onun fikrincə, depressiya cəmiyyətin 10-15 faizində müşahidə oluna biləcək bir xəstəlikdir. Mövsümi depressiya vəziyyətində insanın diqqətini toplaya bilməməsi və unutqanlığı onun iş qabiliyyətinin də azalmasına səbəb ola bilər. İstəksizliyi və iş görəcək gücü toplaya bilməməsi iş fəaliyyətində problemlərlə üzləşməsinə yol aça bilər. Gün işığından kifayət qədər faydalanmaqla yanaşı müntəzəm yuxuya vaxt ayırmaq, vitaminlərdən zəngin şəkildə istifadə və yüngül idman hərəkətləri də depressiya ilə mübarizədə yardımçı ola bilər. Yuxuya getməyi asanlaşdırmaq və ya həyat gücünü bərpa etmək üçün alkoqollu içki qəbul etmək ən tez-tez rastlanan olduqca yanlış metoddur. Alkoqol hüceyrəvi zəhərdir və xronik şəkildə istifadə olunduqda əsasən depressiya və həyəcan pozğunluqları başda olmaqla bir çox psixi xəstəliklərə səbəb ola bilər. Uzun müddət qəbul edilərsə, özbaşına yuxuya getmədə problemlər yarana bilər. Unudulmamalıdır ki, depressiya hisslərə, düşüncələrə, davranışlara və həmçinin də bədənə təsir edən bir xəstəlikdir.


Şərhlər: 12
Baxılıb: 980
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Mende gunesli hava xoslayiram.
12 iyul 2015 06:04
# 12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Catwoman666
me Gunesli havani hamisindan cox sevirem
12 iyul 2015 05:25
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
aliceWOnDer
Gunesli havani cox sevirem...
11 iyul 2015 18:24
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
xeyalperest
Bu tebiidi ekser insanlara guneşli hava musbet eneeji verir.
11 iyul 2015 18:21
# 9
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
qanadli melek
Gunesli havalari sevirem
11 iyul 2015 16:51
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Maraqlı araşdırmadır ola bilər lakin günəşin səhər tezdən çıxması və qürub etməsi daha xoş təsir edir nəinki yandırıcı istisi )
11 iyul 2015 16:27
# 7
vipbetul
gunesli havani xoslamiram
11 iyul 2015 15:50
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur k-off
Ehhh təki can sağ olsun hər şey düzələr
11 iyul 2015 15:44
# 5
SVETA
GünƏşimƏ_AiD_
Insanlar indi dar dushunceli ve menfi fikirli olduqlarna gore tez tez depresiyaya dushurler...birde her sheyin derdin cekirler.
11 iyul 2015 15:34
# 4
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
yaz_yamuru
Men de gunesli havada eylenceli, deli dolu oluram ama buludlu havada ehvalim pozulur)))
11 iyul 2015 15:24
# 3
BARBI
Men de gunesli havalari cox sevirem ehval ruhiyyemi qaldirir
11 iyul 2015 14:49
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Bebiw
Men hava tutulMda ister istemez butun ehvalim pozulir ama ki gunew olanda kefim xod olur
11 iyul 2015 14:33
# 1
sowu
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz