Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğurdanmı uşaq vaxtı başı kecəl qırxılanların saçı gələcəkdə gur olur?
Doğurdanmı uşaq vaxtı başı kecəl qırxılanların saçı gələcəkdə gur olur?
Göndərən: aliceWOnDer
Şərhlər: 28
Baxılıb: 4244
Səs ver:
İndi saçları gur və möhkəm olan insanlara deyilən ən məşhur sözlərdən biri də "yəqin, uşaqlıqda başını çox keçəl qırxıblar” ifadəsidir. Nədənsə Azərbaycanda ən çox inanılan inanclardan biri də budur: uşaq vaxtı saçları tez-tez keçəl olunan uşaqlar gələcəkdə heç bir saç problemi yaşamayacaq və gur saçlara sahib olacaqlar.

Bu gün körpələrin saçlarının keçəl olunması adət halını alıb. Yaşı 2-3 olmadan hətta qız uşaqlarının belə keçəl gəzməsi normal hal kimi qəbul edilir. Amma uşaqların əksəriyyəti saç kəsdirmə prosesindən qorxur.

Uşaqları məcburi şəkildə stola otuzdurub ağlaya-ağlaya saçlarını kəsdirmək çox yanlış bir hərəkətdir. Çünki uşaqlar bu zaman saç kəsdirmək prosesinə daha çox nifrət edir. Ümumiyyətlə, uşaqları nəyəsə məcbur etmək və hansısa işi zorla gördürmək olmaz. Mütəxəssislər və uşaq psixoloqları məsləhət görürlər ki, bunun əvəzinə "saç kəsdirmək çox maraqlı və çox əyləncəli olacaq. Kəsdirdikdən sonra çox gözəl və daha qəşəng görünəcəksən” kimi ifadələr işlətməklə uşaqları həvəsləndirib ruhlandırmaq olar.

Psixoloqlar hesab edir ki, onları ağladaraq saçlarını kəsmək düzgün yol deyil: "Uşaqları saç salonlarına apardıqda kiminsə saçlarında qayçı ilə işləməsi, saçlarının birdən qısalması onları psixoloji olaraq gərginləşdirir. Saçlarının bir daha uzanmayacağı təlaşına düşən uşaqlar növbəti dəfə saç kəsiminə qarşı çıxırlar. Buna görə saçların kəsilməsini, nə üçün kəsilməsini, saçların yenidən uzana biləcəyini uşaqlara izah etmək lazımdır. Bundan başqa, alətlərin uşağın başında səslər çıxarması onları narahat edir. Saçını kəsməmişdən qabaq alətləri uşağa göstərib, onlar haqqında ətraflı məlumat vermək lazımdır. Gözəlik salonlarının insanları gözəl etmək üçün var olduğunu da izah etmək lazımdır. Uşaqların yaşı az olsa, onlara əyani formada göstərmək daha münasibdir”.

Psixoloq bildirir ki, saçlarını daim oynadan, güzgü qarşısından çəkilməyən körpələr özlərini birdən-birə keçəl gördükdə güzgüdəki "mən”i qəbul edə bilmirlər. Belə halda onların aqressiv olması normal qəbul olunmalıdır:

"Xüsusən qız uşaqlarının ilk saçları uzandıqca analar onlara rəngli rezinlər alıb saçlarını yığırlar. Rənglərə vurulan uşaqlar tez-tez güzgü qabağına keçir, özlərinin bu saçlarını əlləri, ayaqları kimi daimi hesab edirlər. Valideyn anidən saçları kəsir, hətta keçəl elətdirir. Güzgü qarşısına keçən uşaq rəngli rezinli saç yerinə tərtəmiz baş görür. O, artıq güzgüdəki  özündən imtina edir. Onu ikinci şəxs kimi qəbul edir, güzgünü vurur, güzgüdəki əksi ilə dalaşmağa başlayır. Uşaq reallığı qəbul edənə, başa düşənə qədər əsəbi, aqressiv olur. Ən yaxşısı saçlar mane olmursa, kəsdirməməkdir. Ya da qorxusu azalana kimi prosesi ona izah etməkdir”, – deyən həmsöhbətimizin sözlərinə görə, bəzən həddindən artıq izah da uşağı stressə sala bilir. Odur ki, müxtəlif zamanlarda söhbəti saçlardan salmalı, saç kəsiminin insana necə gözəl təsir etdiyindən danışmaq lazımdır.


Şərhlər: 28
Baxılıb: 4244
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
usaq vaxti mama menim sacimi az kecel edib, ona gorede bu gun sacim qalin ve gurdu
15 iyun 2015 22:14
# 28
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
hami onsuzda 1 yasinda demek olarki usaqin sacini kesdirir

hami onsuzda 1 yasinda demek olarki usaqin sacini kesdirir
11 iyun 2015 13:46
# 27
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Qizimin sachini 1 yashinda kesdirecem. Sonra ise uzadacam nede olsa qiz ushagidi
10 iyun 2015 17:32
# 26
Sucan
Men hec kecel olmamisam qiz usaqlara yarasmir olmaz
9 iyun 2015 20:43
# 25
teri meri
düz fikirdi mənin saçım cəmi iki dəfə qırxılıb indi namnazik saçım var ama tanışlar var ki çox keçəl olunub saçları indi də qapqalındı həmişə mamanı dannıyıram ki niyə mənim saçımı çox qırxmamısız
9 iyun 2015 19:18
# 24
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
ALESSANDRA
saçım 4 yaşıma kimi hemişe keçel olub 23 saçım çox buruq olduğundan uzananda tarzana oxşuyurdum))) onçünde hemişe qırxılı olub saçım) indi yaxşıdı şükür
9 iyun 2015 18:21
# 23
Don't trust anyone ∆
...AdaDunyam``
anam danisir ki,menim 2-3 yasim olanda ciynimden qivrim saclarim olub,ele bir seklim de var,sonra sacimi kecel qirxiblar 06 ,indi sacim duppelenduzdur,qivrimligi qalmayib,amma cox uzundur saclarim
9 iyun 2015 15:43
# 22
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Leylican
sacim ne cox qalin ne de cox nazikdi tam istediyim kimi
menim de sacimi 1 defe 1 yasim olanda kecel eliyibler

sacim ne cox qalin ne de cox nazikdi tam istediyim kimi
menim de sacimi 1 defe 1 yasim olanda kecel eliyibler
9 iyun 2015 14:30
# 21
SEBR....
Catwoman666
men lapppppp balaca usaq olanda bir defe kecel eliyibler)) bu da normal haldi butun usaqlar kimi. Sacim onsuzda cox qalindir yeni usaqliqda kecel eliyibler deye yoxeee umumiyyetle sac tipim qalindir masallah)) Antikvarin yazdigi serh de cox gulmelidir122122
9 iyun 2015 14:27
# 20
"All men must die, but we are not men"

Daenerys Targaryen
Mrs.Pianist
Usaq vaxti hemise kecel olmusam hysteric sacimda gur falan deyil nazikdi. 1 defe kecel ederler vse men gelecekde qismet olsa ana olmaq elemerem.
9 iyun 2015 11:21
# 19
Acısı çox olan qizların guluşu gozel olur.!
tatyana
Sitat: qanadli melek
Zehlem gedir uwaqin bawini kecel etmekden.menim yadima gelir yeke qiziydim mekteb baglanan kimi nenem bawimi qirxirdi cox pis olurdum))

ne qeder guldumm))Antikvarla sen bas kecelliyinden eziyyet cekenlersiz,her ikinizin yazdigini oxuyub o qeder gulmusemki))
mencede bos sohbetlerdi,birce defe qirxilmali bes eder,yoxsa bizde qirxdirirlar mektebe gedene kimi hele ustelik kecel qiza donda geydirirler,usagi gulunc veziyyete salirlar
9 iyun 2015 08:17
# 18
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Dosta_inam
Ay bu ne maraqli xeber oldu,Antivar baci gülmüyün deyirsen ama yazdiğini gülmeden oxumaq olmur axi,menim saçimi bir defe keçel qirxib anam bir yaşim tamam olan gün,baciminda ele,ondan sonra atam qoymayib ki,qiz uşaqlarinda uzun saç xoşladiği üçün qoy uzansin deyib,mende qizlarin bir yaşinda keçel qirxmişam ondan sonra yox,indi ikisininde saçi uzundu,hetda uclarini kesmeye qoymurlar.
9 iyun 2015 05:54
# 17
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
GünƏşimƏ_AiD_
Menimkimde edibler saclarimdan cox memenunam..
Qardashimi cox edibler bir saclari varki gel goresen menki ele beledi onun kilerin yaninda jela zadda vurur cixir cole adama gel gEl deyiree saclari.
9 iyun 2015 01:53
# 16
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
SENSİZ
MENIMDE USAQ VAXTI BASIMI KECEL EDIBLER AMA INDI O QEDERDE GUR SACIM YOXDU .QIZIMIN SACI COX UZUNDU HEC QOYMUR UCUNDAN KESILSIN ,5 YASINA KIMI KESTIRMISEM SACLARINI SONRA USAQ RAZI OLMADI 124
9 iyun 2015 01:27
# 15
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
FISTIK
Sitat: Antikvar
Məqaləni gərək vaxtilə öz mamama oxutdura biləydim))6,7yaşına qədər hansı şəklimə baxıram keçələm))Hətta yadımdan heç zaman çıxmaz mamam saçımızı qırxıb keçəl başımıza yumurtanın sarısını sürtüb çıxardır günün altına,bir iki saat günəşlə keçəl başımız mübarizə aparardı,sanki başımız tavadı qayğanaq etmək üçün122(qızlar gülmüyün haaa))))Amma saçım indi qalındı?təbii ki, yox ,nazik saçlarım var...Boş inanclar sözlərdi.Uşaqlarımın saçlarını bir dəfə keçəl eləmişəm 1 yaşı tamam olanda,onuda etmək lazımdı eşitdiyimə görə,indi sadəcə saçlarına düzliş vermək üçün ataları məşğul olur,oda normaldı oğlan uşaqın saçını qız kimi uzun saxlamazlarki)

Inanirsan ne qeder guldum bu yazdigina oldum gulmekden.122122 mende cox kecel edibler atam ozu edirdi aglada aglada indi ama sacim normal gurdu elede zeif deyil masallah.))) Usaqlarindaki bir yasdan sonra bir defe elemisem ondan sonrada ancaq uzananda formiya salilar ifso ta kecelemirem. Mende inanmiram bu inanclara.
9 iyun 2015 01:15
# 14
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
WiRiN BaLaM
mende keçel olmusam balaca vaxdi 23
9 iyun 2015 00:42
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
NeL
Mende de uşaq vaxti keçeL oLub,men keçeL insan görende nese qorxuram
9 iyun 2015 00:37
# 12
Fialka
Uşaqların saçı bir yaşında təmiz kəsilməlidir buda bu inanca görə yox ümumiyyətlə olmalı bir şeydir. Kiçik yaşlarımda evdə saçımızı kəsiblər baxmayaraq ki, uzun olub ancaq bu boş inancların güdazına getmişik hamı kimi )) lakin birinci dəfədi eşidirəm kəsilən saçın yerinə yumurta çəkillər))))) hələ pilusda günəşin altında)))))))...
9 iyun 2015 00:23
# 11
Aristocratic
meni 1~ci sinife qeder kecellediler hihih
9 iyun 2015 00:05
# 10
Gulun tikani var deyib uzulmekdense tikanin gulu var deye sevinin
lelos
menim saçim lap balaca olanda olub keçel yeni birinci saçim kesilib sora papam qoymayib ki qiz uşaqi keçel olmaz
8 iyun 2015 23:55
# 9
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Antikvar
Məqaləni gərək vaxtilə öz mamama oxutdura biləydim))6,7yaşına qədər hansı şəklimə baxıram keçələm))Hətta yadımdan heç zaman çıxmaz mamam saçımızı qırxıb keçəl başımıza yumurtanın sarısını sürtüb çıxardır günün altına,bir iki saat günəşlə keçəl başımız mübarizə aparardı,sanki başımız tavadı qayğanaq etmək üçün122(qızlar gülmüyün haaa))))Amma saçım indi qalındı?təbii ki, yox ,nazik saçlarım var...Boş inanclar sözlərdi.Uşaqlarımın saçlarını bir dəfə keçəl eləmişəm 1 yaşı tamam olanda,onuda etmək lazımdı eşitdiyimə görə,indi sadəcə saçlarına düzliş vermək üçün ataları məşğul olur,oda normaldı oğlan uşaqın saçını qız kimi uzun saxlamazlarki)
8 iyun 2015 23:53
# 8
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Nergız33
Menim mamamın dediyinne göre menim de bacımında uşaq vaxtı sacını cox kesib yeni kecel eleyib indi ikimizinde gözel saclarımız var
8 iyun 2015 23:46
# 7
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
qanadli melek
Zehlem gedir uwaqin bawini kecel etmekden.menim yadima gelir yeke qiziydim mekteb baglanan kimi nenem bawimi qirxirdi cox pis olurdum))
8 iyun 2015 23:44
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
ell.nell
Boş şeydi
8 iyun 2015 23:36
# 5
Luna-90
Zehlem usagi kecel etmekden gedir 6il erzinde belke 2defe kecel olub oda biri menden icazesiz mama aparib eletdirmisdi deli olmusdum o bu aparat almisiq ozum istediyim formada oglumun sacini duzeldirem
8 iyun 2015 23:20
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Mence hec bir elaqesi yoxdur. Sac gur olmagi irsidir. Bunlar sadece inanclardi
8 iyun 2015 23:16
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
menim mama biz balaca olanda sacimizi tez-tez kesdiyini deyir eyni zamanda kirpiklerimizinde..3 muzunde saci cox qalin kirpiklerimizde cox uzun ve sixdir.indi ne derecede duzdur deye bilmerem ama faydali xeberdir tesekkurler))
8 iyun 2015 23:15
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ulduz
GOZEL XEBERDI..QIZ USAQLARNIN SACIN COX QIRXILMASININ ELEYHINEYEM ...
8 iyun 2015 23:05
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz