Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt olmaq istəyirsinizsə…
Xoşbəxt olmaq istəyirsinizsə…
Göndərən: aliceWOnDer
Şərhlər: 13
Baxılıb: 954
Səs ver:
Bunun sirri nədədir? Bəzən ailələr nigahdan sonra öz həyat yoldaşları ilə nəzakətli olmurlar. Bunu, müəyyən ailə məsələləri ilə əlaqələndirirlər. Əlsində bu düzgün deyil. Kaş hər kəs öz həyat yoldaşı ilə münasibətdə kənar şəxslərə olduğu kimi nəzakətli olsalar. Onda hər şey öz axarını taparaq, insanı xoşbəxtliyə aparar

KOBUDLUQ – bu, sevgini gəmirən xərçəngdir. Bunu hər kəs bilir, bununla belə, yaxşı məlumdur ki, biz yadlarla öz qohumlarımızla olduğundan qat-qat çox nəzakətli oluruq. Nə qədər qəribə olsa da, bizə incidici sözlər deyən yeganə adamlar bizim öz ailə üzvlərimizdir.

Nəzakət, ailə həyatı üçün mühərrikə yağ lazım olan qədər vacibdir. Hər bir kişi bilir ki, nəvazişlə o, öz həyat yoldaşından istədiyi hər şeyə nail ola bilər və bunun müqabilində qadın heç nə tələb etməz. Kişi bunu da bilir ki, o, həyat yoldaşına keçən ilki paltarda necə yaxşı göründüyünü və həmin paltarın ona necə yaraşdığını demiş olsa, onda qadın həmin paltarı Parisin ən son dəbli paltarına belə dəyişməz. Eyniylə də qadın, öz həyat yoldaşını nə qədər uca tutsa, ər hər zaman həmin qadına sonsuz sevgi bəsləyəcəkdir. Bir-birinizə qayğı göstərməkdə çəkinməyin.
Güllər hələ qədim vaxtlardan sevgi-məhəbbətin dili olub. Onların qiyməti elə de baha olmur, xüsusən mövsüm çağında. Lakin çox nadir hallarda əlində gül buketi ilə evə gələn bir kişi görərik. Həyat yoldaşınıza, sevdiyiniz xanıma bir neçə gül gətirmək üçün onun xəstəxanaya düşməsini, ad gününün olmasını, əlamətdar bir günün olmasını gözləməyin. Bir gül belə onun necə sevindiyini sizə göstərə bilər. Cəhd edin, özünüz görəcəksiniz. Qadınlar doğum gününə və digər ildönümlərinə çox böyük əhəmiyyət verirlər. Niyə? Bu, əbədiyyətə qədər qadın sirlərindən biri kimi qalacaqdır. Bəzən adi günləri unutmaq olur, amma elə günlər var ki onların unudulması qeyri-mümkündür. Çalışın bir-biriniz üçün əhəmiyyətli olan günləri unutmayasınız. Ailə faciələrinin əksəriyyətinin kökündə gündəlik həyatın xırda məsələləri durur. Ər işə gedəndə həyat yoldaşı ona əl yellədərək sağollaşmaq kimi adi bir şey və ya ər, hirslənmiş qadınını qucaqlayaraq onu öz köksünə sıxaraq təsəlli etməsi bir çox boşanmaların qarşısını ala bilər.

Əvvəl-axır – nigah adiləşmiş epizodlar sırasıdır. Siz çalışın ki nigahla bərabər öz sevginizi, hörmətinizi də davam etdirəsiniz. Elə edin ki, siz bu sözləri demək məcburiyyətində qalmayasınız:  
"Günlərimi qaraldan sevginin getməsi deyil, onun boş şeylərə görə getməsidir”.
Əgər siz xoşbəxt ailə həyatınızı qoruyub saxlamaq istəyirsinizsə:

NƏZAKƏTLİ OLUN, DİQQƏT GÖSTƏRİN.
P.S. Hər birinizə sonsuz xoşbəxtliklər arzulayıram...  128


Şərhlər: 13
Baxılıb: 954
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
14MsM
bu icden gelmelidi saxtakarlig muveqqetidi varsa var yoxsada yox demek duzdu yazilanlarla raziyam ama icinde olmuyana ne etmek olarki susuz quyuya su toksende dolmaz gerey su onun ozunse ola
21 iyul 2015 18:30
# 13
Catwoman666
Xoşbəxt olmaq üçün qayda yoxdur. Xoşbəxtlik daxildədir... Hər kəsə gerçək xoşbəxtlik arzu edirəm.

...666...
21 iyul 2015 18:17
# 12
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
İnsan necədirsə elədir dəyişən deyil. Sadəcə qurulan münasibətin davam etməsi üçün hər iki tərəf güzəştə getməyi, hörmət etməyi mütləq ki, bacarmalıdır. Təbii söhbət təməli düzgün qurulmuş ailədən gedir...
21 iyul 2015 17:38
# 11
vipbetul
ele insan varki o qeder kobudduki yonulmur bi turlu o gur insanlardan hec vaxt inge sozler esitmek olmiyagey,bir-birine hormet eden insan en azindan ozune hormet eden terbiyesini bilen insan hec vaxt kobud sozlerden isdifade etmez her zaman xosbext olmaqa calishar buna gorede gozel sozlerden isdifade eder
21 iyul 2015 16:02
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Mrs.Pianist
Nə qədər qəribə olsa da, bizə incidici sözlər deyən yeganə adamlar bizim öz ailə üzvlərimizdir.Bu cumle cox dogrudur
21 iyul 2015 15:05
# 9
Acısı çox olan qizların guluşu gozel olur.!
ulduz
QADININ CEKDIYI ZEHMETI KISI QIYMETLENDIRSE YAXSI OLAR..ELECEDE QADIN..HORMET AILEDE SEVGIDENDE USDUNDU VAXT GELER SEVGI BITER HORMET QALAR.QADIN VAR QIZILLARLA XOSBEXT OLUR ,QADIN VAR SADECE ISDEDIYI BIR BALACA HORMET VE SEVIREM SOZUDU CETINDIMI YAZILDIGI KIMI QUCAQLIYIB SEVGINIZI BILDIRMEK...BUNA MOHTACDI HER BIR QADIN QARNI TOX OLA BILER AMMA UREYI SEVGIDEN ACDI ..
21 iyul 2015 13:00
# 8
xeyalperest
Burdqki xoşbextlik sevgideki xoşbextlikden gedirki buda mene lazim deyil twk
21 iyul 2015 12:52
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Dosta_inam
Ailede sevgi mehribanliq hormet varsa o evde her sey yolunda olucaq, tam xosbext olmasa insan lazimi qeder olar, tesekkur.
21 iyul 2015 12:50
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
gunesli1
Aılede sevgı hormet lazımdır,ama sebr olmayanda da davalar dusur.
Odakı cox adamd yoxdu,menim aılemde sevgıde var hormetde ama sebr yoxdu
Ya yoldasımd yoxdu ya mende buda cox pısdı
Gerey hırslı basnan hecne etmeyesen sebrlı olub esebıvı basıb ayıg basla danısasan
Indı hemde nedendıse esebıdı cox adam
Buda cox davalara getırıb cıxarır
21 iyul 2015 10:02
# 5
Nergız33
Ailede hörmet her şeyden vacibdi
21 iyul 2015 09:09
# 4
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
qanadli melek
Her kes ister bunu ancaq xowbextliyi arzulamaqla deyilki gerek ozu gele tapa seni
21 iyul 2015 09:02
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
AYKA-ISI
xowbext olmaq ucun sevgi lazim hormet lazim sorada urek lazim
21 iyul 2015 09:02
# 2
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
BARBI
Yazilannar hamisi dogrudur. Kobudluq en pis hereketdir . Her zaman sevdiyin insana qarsi nezaketli olmali ona hormet etmelisen
21 iyul 2015 08:45
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz