Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt olmaq üçün
Xoşbəxt olmaq üçün
Göndərən: Sabrina
Şərhlər: 14
Baxılıb: 1483
Səs ver:
Biz həmişə əzizlərimizə, yaxınlarımıza xoşbəxtlik arzulayırıq.

Bəs xoşbəxtlik nədir? Görəsən kimlər xoşbəxtdirlər? Bəzən bizə elə gəlir ki, xoşbəxt olmaq üçün böyük sərvət sahibi olmaq lazımdır, lakin varlılar da özlərini xoşbəxt hiss etmirlər. Vəzifə sahibi olmaq, cəmiyyətdə yüksək mövqe tutmaq insanı xoşbəxt edə bilərmi? Tarixdən hökmdarların talelərini yadımıza salaq: onlar xoşbəxt idimi? Əgər varlılar xoşbəxtdirlərsə, onda kasıblar bədbəxtdirlər? Bəlkə xoşbəxtlik insanın sağlamlığındadır? Ancaq elə kasıb və ya şikəst insanlar var ki, onlar özlərini xoşbəxt hiss edirlər.

Bəzən biz özümüzü başqaları ilə müqayisə edərək xoşbəxtliyimizi onların bədbəxtliyində görürük.

İnsan nə vaxt xoşbəxt olur? Uşaqlıq dövrünü yadınıza salın, onda özünüzü çox xoşbəxt sanırdınız, heç bir qayğınız yox idi. Yaşa dolduqca isə problemlər, çətinliklər (bunlar lap çoxdur) bizə xoşbəxt olduğumuzu düşünməyə imkan vermir.

Bəşər tarixinin inkişafına nəzər salaq. İbtidai insanlar tox olduqda özlərini xoşbəxt sanırdılar. Cəmiyyət inkişaf etdikcə insanların  maddi və mənəvi tələbatı artır və insan öz tələbatlarını ödəyə bildikdə özünü xoşbəxt hiss edə bilir, lakin tələbatların sonu olmadığından tam  xoşbəxtlik də olmur.

Nə sərvət, nə vəzifə, nə hakimiyyət, nə də sağlamlıq (bunların heç biri daimi deyil) insanı xoşbəxt edə bilmir.

Fikrimizcə, xoşbəxt olmağın üç şərti vardır: Allah sevgisi, azadlıq və nəfsin tərbiyəsi.

Dərkedilməz, zaman və məkana sığmayan Allah özünü bizi əhatə edən bütün cismlərdə təcəssüm etdirir. Allah sevgisi təbiətdə olan bütün cansız və canlı  varlıqlara məhəbbət hissidir. İnsan  nəyə sevgi ilə yanaşırsa, onlardan da həmin münasibəti görür. Allahını sevən insan sevgi və qayğı ilə əhatə olunur və onun qarşısında tamam başqa aləm açılır. Sevgiyə nəinki insanlar, bitki və heyvanlar, hətta cansız təbiət də sevgi ilə cavab verir. Daşlara, mərmər və ya ağac parçasına qayğı ilə yanaşan insan ondan nələr yaratmır? İnsanın yaratdığı  bütün gözəlliklər Allah sevgisinin nəticəsidir.

Bioloji və ictimai varlıq olan insan fiziki və mənəvi cəhətdən azad olmadan heç vaxt xoşbəxt ola bilməz. Fiziki azadlıq heç kimdən asılı olmamaqla, mənəvi azadlıq isə elmlərlə qazanılır. Cahil insan təbiət və cəmiyyət hadisələrini dərk edə bilmədiyindən, həmişə onlardan qorxur  və onlardan asılı olur. Elmlərə yiyələnmədən azad olmaq, azad olmadan isə xoşbəxt olmaq mümkün deyildir.

İnsan doğulduqda onda heyvanlarda olduğu kimi ancaq nəfs (instinktlər) olduğu halda, tərbiyə və təhsil prosesində o, hisslərini ağlına tabe etməyi öyrənir. Nəfsi (ona şeytan da deyirlər) cilovlamaq çox çətindir. Həzrət Əlinin bir kəlamını yadınıza salın: "Özünə qalib gəlmək ordulara qalib gəlməkdən çətindir". Yalnız öz hisslərini (arzu və istəklərini) və ya nəfsini idarə edə bilən insanlar xoşbəxt ola bilərlər. N. Tusi "Əxlaqi Nasiri əsərində nəfs haqqında belə yazır: "Nəfs elə bir şeydir ki, onu öz halına buraxsan, alçaqlığa meyil göstərib bataqlığa batar, cilovlayıb istiqamət versən, fəzilət yüksəkliklərini fəth edib kamala çatar".

Tarix boyu insanlar nəfslərini ağıllarına tabe etməyə çalışmış, buna nail olanları kamil insan adlandırmışlar. N.Tusi kamil insanı belə  səciyyələndirir: "Kamil insan nə itirilmiş var-dövlətinin həsrətini çəkər, nə arzularının həyata keçməməsindən kədərlənər, nə qələbə çalanda çaşar, nə də kama çatdıqda həddini aşar".

Bizi əcdadımıza yaxınlaşdıran, heyvani hiss olan nəfsi kamilləşdirməyin məqsədi səadət və xoşbəxtlikdir. Nəfsini (arzu və istəklərini) idarə edə bilməyən insan heç vaxt xoşbəxt olmur. Nəfs və ağlın sonu olmadığı üçün xoşbəxtliyin də sonu olmur və xoşbəxtlik hər bir insan üçün fərdi xarakter daşıyır.

Xoşbəxtlik  -  insanda gözəl, xoş duyğuların yaranması, müsbət enerjili impulsların qəbul edilməsidir. İnsan ömrü boyu neqativ enerjili impulsları özündən uzaqlaşdırmağa çalışmalı, olana sevinməli, itənə təəssüf  etməməlidir.

Xoşbəxtlik öz daxilimizdədir, onu kənarda axtarmaq, vəzifə, hakimiyyət və şöhrətdə görmək səhrada ilğımı su sanmaq kimidir.


Şərhlər: 14
Baxılıb: 1483
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gunka2000
allah hamini xowbwt etsin mende olarin icinde
10 iyun 2015 15:14
# 14
Payiz behane idi belkede yarpaq agacdan bezmisdi
lelos
Allah hamini xoşbext etsin
7 iyun 2015 12:40
# 13
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Aristocratic
Xosbextliyini ALLAHdan iste
7 iyun 2015 00:45
# 12
Gulun tikani var deyib uzulmekdense tikanin gulu var deye sevinin
Cimbom Nilay
mersi... 126
6 iyun 2015 21:30
# 11
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
GünƏşimƏ_AiD_
İnsan xoshbextliyi ozu secir..adice bir menfi ishe bele musbet baxanda o ish heqiqeten hem maraqli olur hemde eylenceli.mence sadece gulmek bes edir
6 iyun 2015 18:34
# 10
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
MODABAZ
İnsanin xosbext olmasi onun oz elindedi
6 iyun 2015 18:30
# 9
Heyata daim gulmek lazimdii
yarpaq33
Insanlar muxtelif oldugu kimi fikirlerde muxtelifdi mene ele gelirki insanin neye ehtiyaci varsa duwunurki o olsa men xowbext olacam bezisi de her cuzi bir wey ucunde ozunu xowbext sayir
6 iyun 2015 17:33
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Catwoman666
her kesin xosbext olma sebebi ferqlidir meselen bir insanin pulu yoxdu ve o xosbext deyil o ele fikirlesir ki onunn yeteri qeder pulu olsa o xosbext olacaq. birinin pulu var amma ailesinde huzuru yoxdur. o da fikirlesir ki ailesindeki huzur berpa olunandan sonra xosbext olacaq. yeni her kes ucun xosbext anlayisi ve xosbext olmaq sebebi ferqlidir.... menim ucun ise xosbextlik.......
6 iyun 2015 16:15
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
bezen insanin oz elinde olur xosbextlik ama onu istifade etmeyi bacmrir.ama insanin daxilinden gelmelidi o xosbextlik,her anda sukr edib nikbin davranib pisliyi bedbinliyi ozumuzden uzaq tutaraq xosbextilye yaxin ola bilerik..tesekkurler))
6 iyun 2015 15:08
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
bu gunumuz min sukur en esas xosbextlik ailenin valideyinlerinin yaninda olmasidi mene gore
6 iyun 2015 14:55
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Tebii dir ki,here xoşbextliyi bir şeyde görür,menim üçün yaxinlarim ezizlerim sevdiklerim sağliqli olsun yanimda olsun xoşbextlikdir mene göre,ama nerde hamisi menden uzaqda dünyanin o biri ucunda qalib,yenede canlari sağ olsun besimdir.
6 iyun 2015 14:44
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Xoşbəxtlik arzu edirik çoxlarına ancaq xoşbəxtlik nisbi anlayışdır və insanın öz daxilindədir . O nə hakimiyyətdə nə şöhrətdə deyil , xoşbəxtlik bəzən kiçik şeylərdə gizlidir məsələn bir körpənin gülüşündə , yağışdan sonra çıxan göyqurşağında yada başqa bu kimi xırdalıqlardadır. Qısaca insanın özündən daxili aləmindən asılıdır. Bir insanın bu həyatda hər şeyi ola bilər ancaq mənəvi nələrisə əksik hiss edərsə o zaman xoşbəxt olmaq olmaz... Allah ağlımızı əlimizdən almasın və həmişə şükr etməyi bilək ..
6 iyun 2015 14:43
# 3
BARBI
her kesin xosbextlik anlayisi ferqlidir.mene gore xosbextlik sevdiklerinin yaninda olmasidir
6 iyun 2015 14:40
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ALESSANDRA
yazılanlarla razıyam) hər bir insan xoşbəxtliyi ayrı ayrı şeylərdə görür..mən xoştbəxliyi sağlamlıqda və arzularımın yerinə yetməsində görürəm! tşk
6 iyun 2015 14:33
# 1
Don't trust anyone ∆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz