Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günahkar dünyada heç kəsin günahı yoxdur
Günahkar dünyada heç kəsin günahı yoxdur
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 6
Baxılıb: 809
Səs ver:
Yer kürə formasındadır. Daim fırlanır. Davranış və hərəkətlərində narsistlik əlamətləri müşahidə olunur. Nə təhər özünə vurulubsa bir yerdə qərar tuta bilmir, başı gicəllənir. Bu gedişlə çətin ki, dayana. Zatən dayansa axırımız olacaq. Dayanmayacaq. Bizə görə yox, özünə görə. Narsizmdən əziyyət çəkir. Nə qədər ki başı öz xəstəliyinə qarışıb, dayanmayacaq. Deməli, bu cəhətdən özümüzü şanlı hesab edə bilərik, yaxud bilərdik. Dünənə qədər. Çünki, günümüzdə bu xəstəlik artıq biz insanlara da sirayət edib. Birbaşa da olmasa dolayı yolla. Xüsusən insanın özü haqqında informasiya vermək imkanının bol olduğu müasir dövrdə.

Cəmiyyət sürətlə dəyişir. O cəmiyyətdə yaşayan insanlarda. O insanların daxili ruh halı da sürətlə dəyişir. Sadəcə bu dəyişmə o dəyişmədən deyil. Bu dəyişmə uşaq vaxtı bir yerdə fırlanıb sonra dayanıb, başımızın gicəlləndiyindən "zövq” aldığımız gicəllənməyə oxşayır. Ürək bulanma verir. Analogiyanı başqa formada da aparmaq olar; yaxşı yeyib-içəndən sonra baş fırlanması kimi. Sadəcə etik olmadı deyə detallı yazmadıq. Ancaq doğrudan adamın ürəyi bulanır. Informasiya çoxluğundan, insanların laqeydliyindən, özgələşməyindən, yadlaşmağından. Bəli, informasiya bizi işğal etdi. Istəmədən onun köləsinə keçirildik. Sosial şəbəkədə, internetin özündə belə daim yeni nələrsə eşitmək istəyirik, gözləyirik. Öncələrdə bunu məqsədli şəkildə, nəyisə öyrənmək üçün edirdiksə, bugün internet özü bunu sənə istədiyi formada, hazır şəkildə təqdim edir. Sənə isə o informasiyanı sadəcə beyninə yükləmək qalır. Istəməsək belə reallıq budur. Ruh halın pozulur, yaxud yaxşı olur. Bizə yalnız ona "münasibət” bildirmək qalır. Əslində baş verənlər bizə primitiv, dayaz bir hadisə kimi görünə bilər. Ancaq inanın həqiqət elə özü bu dayazlıqdadır. Görürük, ancaq özümüzü görməmizliyə qoyuruq. Heçnə olmamış kimi davranırıq. Özümüzdən başqa sanki hərkəs günahkardır. Bizdən başqa hərkəs pisdir. Ramiz Rövşənin bir şerində deyildiyi kimi;

Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.......
Hamı günahkardır dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdur.

Bir deyim var; "Axırımız necə olacaq?” Hər şey sürətlə keçir. Tutub saxlamaq olmur. Deyirik, gülürük, ağlayırıq, əsəbiləşirik. Kənardan baxan olsa, kütləvi psixozdan əziyyət çəkdiymizi də düşünə bilərlər. Şəhərdə müşahidə kameralarının özünü müşahidə edənlər bu durumu yaxşı anlayacaqlar.

Ətrafımızda bütün baş verənlər bizdən bir daha ruh halımızı sağlam saxlamağı tələb edir. Insanın tapındığı dəyər olmalıdır. Elə bir dəyər ki, ona inanıb yaşaya bilsin. Həyat hər addımda düşüncəmizə əks arqumentlər qoyur. Bəlkə bunu biz özümüz edirik, sadəcə məsuliyyəti həyatın, başqalarının üzərinə atırıq. Inanmaq istəyirik; sevdiklərimizə, dəyər verdiklərimizə, hər şeyə. Tutub saxlamaq istəyirik. Sürüşür, axıb gedir. Hara qədər? Bilinmir. Bütün hallarda doğru bildiklərimizə, insana, insanlığa ziyan verməyən şeylərə inanmağımız lazım. Önəmli olan inanmaqdır. Təəsüf ki, bugün insanı daha çox şübhələri, qorxuları idarə edir. Insan nəyəsə tapına bilmir. Istər mənəviyyat, istərsə də yaşamla bağlı ziddiyətli fikirlər hər zaman olub. Problem bütün zamanlarda olub. Istər mənəvi, istərsə də maddi baxmından.

Ailə, problem hər zaman olub. Sadəcə insanlar problem həll etməyə, onu aradan qaldırmağa, bu mümkün olmadıqda ən azında susmağa çalışırdılar. Bugün isə "Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı”nın şahidi oluruq. Dünən gizli etdiyimizi, bugün aşkar edirik, dünən içimizdə sevdiklərimizi, bugün aşkar sevirik. Insan psixologiyası mürəkkəbdir, ziddiyətlidir. Yazıldığı qədər də yazılmayan, araşdırılmayan kifayət qədər istiqamətləri var. Insan hər şey düşünə, xəyal edə bilər. Yetər ki, zərərli olmasın, kimsənin həyatına zərər verməsin.

Fərqlənmək istəyi az qala axırımıza çıxıb. "Like” lardan asılı qalmışıq. Daha çox təəcübləndirmək istəyirik, təəcüblənmək istəyirik. Nəticədə hər sahədə ifrat yanaşma ortaya çıxır. Qatil də qəddardır, sevən də, sevilən də. Orta xətt sanki itib. Sevəndə də dəli kimi sevirik, ayrılanda da...

İnsan xoşbəxt olmaq istəyir. Nəzərə almaq lazımdır ki, "xoşbəxtlik” insanın tələbatlarının ən optimal dərəcədə ödənilməsi ilə bağlı bir etik kateqoriyadır. Insan idealı axtarır. Bu elə bir haldır ki,bütün imkanların gerçəkləşmiş olur. Insan özünü axtarmalıdır. Özünü axtaran insan xoşbəxtliyi də tapmış olar, bəxti xoş olur.


Şərhlər: 6
Baxılıb: 809
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qeseng seir idi,yaxsi yaziydi

qeseng seir idi,yaxsi yaziydi

qeseng seir idi,yaxsi yaziydi

qeseng seir idi,yaxsi yaziydi
29 iyun 2015 17:31
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
GünƏşimƏ_AiD_
Cox dogru kelmlerdi..seen gunahkarsan sozunu he kesin boynuna qoymaq olmaz indi.menevi cehetden deyirem ustden gunah edilmish kimi gorunmesek bele.
Xoshbext olmaq uchun gunah etmek vacib deyil.xoshbext olmaq uchun aduce marojna al ye hetda o morajna belle insanI xoshbext ede biler.
Kiminaioesinde problem yoxduki ver ya.gunlerce AC susuz coreksiz qalmaqa men problem kimi baxmiram.onsuzda Allah eleven yerden acirki API shok olur insan..
Insane he vast axirimiz nece olacaq deye dushunmur..axirlarni bilseler onda by heyati eleven yasahayarlarki...bax onda demek olarki gunahsiz insane
Tshk
29 iyun 2015 15:15
# 5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Fialka
Hamı günahkardır dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdur.

Çox gözəl deyilib bu sətirlərdə hər şey çünki baxırsan hamını müşahidə edib nəyin səhv olduğunu söyləyənlər çoxdur lakin fikirləşib özlərinə, mənliklərinə baxmırlar bəlkə hardasa bir səhv addım atmış olarıq deyə düzdür asandır ittiham etmək ancaq əsas olan anlayıb həqiqəti söyləmək və öz səhvlərinidə görə bilməkdir. İndi çoxlarında fərqlənmə istəyi var lakin bu nə qədər istəkdirsə fikir ona yönəlibsə bu fərqlilik deyil ona can atmaqdır. Fərqli o zaman olar ki, insan özü olsun içindən necə gəlirsə o cürdə davransın daha kiməsə xoş gəlsin deyə hansısa addımları atmamalıdır. Sonda deyildiyi kimi insan özünü axtarıb tapsa o zaman bəxtidə xoş olar . Həyatın hər üzü var yaxşısıda pisidə ancaq hər ikisiylə də mübariz olmağı bacarmaqdır əsas..Allah hər kəsi günü gündən inkişaf edən xətalardan qorusun ən əsası ağlımızı əlimizdən almasın..
29 iyun 2015 15:10
# 4
Tomris Müslümova
İlk cümlədə qeyd olunduki dünya kürə formasındadır.artiq dünya elə dəyişibki mənim buna şübhəm var.Artıq insanlar elə dəyişibki mən buna inanmıram.hər gün:ata qızına sataşdı,qayın qardaş arvadına sataşdı,oğul ana qatili oldu,oğul ata qatili oldu,filankəs cinsini dəyişib oglan oldu,filankəs geydi-kimi xəbərlər eşitməkdan artıq adi bir hala gəlib çıxıb.Vaxt gələcək baı-qardaşa,qardaş-bacıya tamah salacaq! dünya bu qədər mundarlaşmışkən mənim dünyanın kürə formasında olasına sübhəm var!
İnsanlarda ALLAH qorxusu deyilən bir şey qalmıyıb,vaxt gələcək hər kəs əməlinə görə cavab verməli olacaq ama bunu heçkimsə dərk eləmir,heçkim bunnan qorxmur,heçkimsə ayılmır!
sonuncusətir çox gözəl qey edilib hamı xoşbəxt olmaq istəyir və bunun üçündə ağılları caşıb asan yola qaçıllar və ayaqlarının altında nələri əzdiklərini gormürlər.Çox qəribə və cox çətin bir zəmanədə yaşayırıq.Allax axırımızı xeyir etsin1
29 iyun 2015 11:34
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aziz a
Axirimiz ne ola bilerki, be le gedir, qurunun oduna yasda yanacaq....Axmaqliq eden qiza donen"kisiler","kisiye" donen qizlar...ehh nebilime, bunlar bizim axirimizi pis getirecekler...
29 iyun 2015 09:09
# 2
Qelbim doludu !!!!
BARBI
Butun nuanslar cox dogru qeyd edilib. Sonuncu abzasi cox gozel yazilib her kes xosbext olmaq isteyir ve bununcun mueyyen seyleri qurban verir. Xosbext olmaqcun ideal insana ehtiyac yoxdur. Esas odurki sevdiyinle olub xosbext olasan
29 iyun 2015 08:29
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz