Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağlamağın qadını, kişisi yoxdur
Ağlamağın qadını, kişisi yoxdur
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 20
Baxılıb: 856
Səs ver:
Psixoloq Gamze Eser ruhi təmizlənmənin ən saf halı haqda yazır.

Ağlamaq gözəldir və son dərəcə də müalicəvidir deyən psixoloq insanlara ruhi təmizlənmənin ən saf halı olan ağlamaqdan çəkinməyin deyir.

Elm adamları insanların üç növ fərqli gözyaşına sahib olduğunu söyləyirlər. Bunlardan ilk ikisi bədənimizin kimyəvi reaksiyalarından yaranır. Üçüncü növ gözyaşı isə tamamilə emosional vəziyyətimizlə əlaqədar yaranır.

Ağlamaq - insanın yaşadığı hər hansı problem zamanı onu daxilən yüngülləşdirir, rahatlaşdırır, daha sağlam düşünməyə kömək edir.

Sevinc, kədər, itki, çarəsizlik, əsəb, həyəcan, günahkarlıq kimi tez-tez yaşanan bir çox hislər, gözyaşlarımızın axmasına səbəb olarkən eyni zamanda bizə bir insan olduğumuzu xatırladır.

Çox vaxt canımızı ağrıtdığını düşündüyümüz ağlama hissi əslində öz özümüzlə keçirdiyimiz ən xüsusi dəqiqələrdir. Etiraf edə bilmədiklərimizi etirafa, gecikdirdiyimiz üzrü diləmə, sevgimizi göstərmə və içində ümumiyyətlə çarəsizlik saxlayan, dilə gətirə bilmədiyimiz və adlandıra bilmədiyimiz duyğuları azad etməyimizin ən gözəl formasıdır.

Ağlamağın qadını, kişisi yoxdur. Hər insan ağlama ehtiyacı duyur və ağladıqca rahatlaşır.

İctimai qınaq səbəbiylə bizim üçün çox xüsusi və lazımlı olan bu reaksiyanı məhdudlaşdıraraq, qadağan edərək, saxlayaraq yaşayırıq təəssüf ki,. Və bu şəkildə öyrədirik uşaqlarımıza. "Sus, ağlama!'' sözlərini o qədər çox istifadə edirik ki, uşaq nəyə, necə və niyə ağlaması lazım olduğunu tam olaraq anlaya bilmir. Hər zaman "səhvmi edirəm'' ziddiyyətinə düşür.

Halbuki duyğularımızın fərqinə varmamıza kömək edən bu hərəkət bizi zehindən uzaqlaşdırıb fiziki olaraq rahatlaşdıran ən yaxşı rahatlama metodudur.

İçimizdə yığılan və şüuraltımıza yerləşib uyğun olmayan bir yer və zamanda, istəmədiyimiz və gözləmədiyimiz bir şəkildə ortaya çıxması mümkün olan mənfi duyğulardan xilas olub azad olmağımız üçün ağlamağın nə qədər əhəmiyyətli olduğunu bilsək, kim nə deyər kimi qayğıları boş verib rahat rahat axıdarıq gözyaşlarımızı.

Gülmək nə qədər gözəlsə ağlamaq da o qədər möcüzəvidir. Gözləriniz dolduğunda buraxın axsınlar və yusunlar ruhunuzu. Sağalmağın ən təbii halından məhrum etməyin özünüzü, lütfən.


Şərhlər: 20
Baxılıb: 856
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
aqlamaq bazen lazimdir insani rahatlashdirir esebleri sakitlesdirir

aqlamaq bazen lazimdir insani rahatlashdirir esebleri sakitlesdirir
11 iyun 2015 16:17
# 20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Leylican
duzdur aglamagin qadini kisisi yoxdur
men daha cox eseblesende agliyiram
10 iyun 2015 14:36
# 19
SEBR....
Nergız33
Men sevinendede , üzülendede , bezen yuxudada, tv izleyerlende ağlayıram.
Teki hamınız sevincden ağlayasız qızlar
9 iyun 2015 02:59
# 18
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
SENSİZ
SON ZAMANLAR IXTIYARSIZ GOZUMDEN YAS AXIR .ALLAH HEC KIMI GOZU YASLI QOYMASIN .AQLAMAQIN KISISI QADINI OLMAZ ,AMA KISININ AQLAMAQINA HEC DOZE BILMIREM mafoldumben
9 iyun 2015 01:38
# 17
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Nergizz
aglamayan insan ola bilmez,,o insan aglayrsa demekki duwuncesi,ruhu,agli var, kiwide agliyr qadinda,men evveller,gec agliyrdim icime salirdim ureyim sixilirdi,,herweye kovrelirem,,,
8 iyun 2015 19:12
# 16
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Catwoman666
men de kovreyem teessuf ki ele men de durduq yere gozumden yas gelir offf... ozumden asli deyil axi bu kovrekliyi tergitmek ehh!! yapisib xarakterime, ruhuma ve menden el cekmir !
8 iyun 2015 17:49
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
ALESSANDRA
mn kövrəyəm.durduq yerə gözümdən yaş axır bide görsen...ama sevmirem ağlamağı) tşk
8 iyun 2015 17:38
# 14
Don't trust anyone ∆
ulduz
AGLAMAGINA QALSA ARTIQ PESEKARI OLMUSAM ...YOLDASIMDA ILK DEFE 13 ILDI YERDE YATAN ATASI COX PIS OLMUSDU OLECEKDI HAMI ELE BILIRDI OLMEDI SUKUR ONDA AGLAYIB PIS OLDUGUN GORDUM
8 iyun 2015 17:19
# 13
WiRiN BaLaM
məndə kovrek biriyem.. xetrime deyen olsada biruze vermeden ağlayiram
8 iyun 2015 17:02
# 12
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
...AdaDunyam``
nece deyerler men de cox''gozusulu''insanam,bezen elimden hec ne gelmir,kimdense hirsimi cixardib,ona ziyan vermekdense,aglayib ozume ziyan vermeyi tercih edirem
8 iyun 2015 15:36
# 11
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Mrs.Pianist
Men aglayanda rahatlayiram..bir soz var "gunduzleri hamini guldurub geceleri aglayan klon kimiyem..." mende eleyem..
8 iyun 2015 14:51
# 10
Acısı çox olan qizların guluşu gozel olur.!
Fialka
Ağlamaq insanın bəzən mənəvi əzablarının, bəzəndə ürəkdən sevincinin təzahürüdür. Və olduqca dəyərlidir hansı ki, hər şeydən ötəri axıtmaq mənə görə doğru deyil, belə olsa belə onu heç kəs görməməlidir. Ayrıca ağlamağın cinsi yoxdur yəni qadında kişidə ağlaya bilər . Sadəcə qadının göz yaşı insanı çarəsiz, pərişan edər lakin bir kişinin ağlamağı qədər təsirli heçnə yoxdur.
8 iyun 2015 14:36
# 9
yarpaq33
Anami itirdikdej sonra demek olar ki her gece aglayiram ancaq agladiqca da aglamaq isteyirem Allah hec kesi sevdikleriyle imtahan etmesin amin
8 iyun 2015 12:40
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
tek umidim sen
Men hetta eseblesende de agliyiram...Men ce de aglamagin qadini kisisi yoxdur...
8 iyun 2015 12:29
# 7
Kadın derin ama adam yüzme bilmiyor...
Tomris Müslümova
men aglamaga basladimsa dayanmiram..insani bir hissdir ne ferqi var ya kisi ya qadin.ama 2 deqiqeden bir aglamaqda acizliyin elametdir kovrekliyin yox
8 iyun 2015 11:40
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Gunde nece defe agladigim vaxtlar olur,kiwilerde aglaya biler onlarda insandi hisleri var.aglamaq ne zeiflik nede caresizlik deyil
8 iyun 2015 11:32
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Miss_Oxatan
Men aglamagi hemiwe geceye saxliyiram,menim illerle agladigim geceler olub,ancaq bir insan bilmeyib ki,mende nese problem var ve men gece agliyiram.indi oz ozume deyirem ki,bunu men nece bacarmiwam,sanki,geceni yatmaq ucun yox,aglamaq ucun yaradib kimi yanawmiwam geceye.gunduz hecne olmamiw kimi nece gulmuwem?belke de ona gore indi bu qeder aqressiv ve emosional olmuwam,indi ele hesab edirem ki,ele de alinmaz mende bu rolu oynamaq.duzdu yene de inciden problem olanda geceye saxliyiram ama indi problemin ozunu tek ceke bilmirem,caliwiram paylawim ama ureyimi,goz yawlarimi bowaltmagi geceye saxliyiram.Allah hec kime ele aci yawatmasin,pis weydir.Amin)
8 iyun 2015 09:12
# 4
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
aziz a
Aglamaq eseb gerginliyinin neticesi olaraq insani rahatladan bir hissdir bezen..Amma bir o da varki Allah uzaq elesin bas veren pis bir hadisenin neticesi olaraq aglayiriq...Amma teki her zaman gozumuzden axan goz yasi sevincden axan goz yasi olsun basqa hecne.Amin......
8 iyun 2015 08:56
# 3
Qelbim doludu !!!!
Dosta_inam
Gülmeye ne qeder ehtiyacimiz varsa ağlamağada o qeder ehtiyac var,men çox kövrek biriyem güldüyüm an ağlaya bilirem,hem kişilerin de ağlamağa ehtiyaci var,her şeyi içine atir kişiler bezen buda bezi problemlere getirib çixarir.
8 iyun 2015 08:10
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Hec aglayan insan deyilem ozume acizlik sayiram. Aglamaq menen ruhen bosalmaqdir. Bezen insan ehtiyac duyur.
8 iyun 2015 08:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz