Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sən və sənin kimi insanların əksəriyyəti
Sən və sənin kimi insanların əksəriyyəti
Göndərən: SEVGI DENIZIM
Şərhlər: 8
Baxılıb: 1017
Səs ver:
Sən və sənin kimi insanların əksəriyyəti ruh düşgünlüyündən əziyyət çəkirlər. Ruh düşgünlüyü şəxsi həyatındakı uğursuzluqlara, sağlamlıqla bağlı problemlərə və ya işlərin düz getməməsinə görə yaranır.

Bəzən elə olur ki, ruh düşgünlüyünə təslim olursan, özünə qapanırsan, həyat eşqin ölür, neqativ fikirlər səni yorur. Həyat sənə maraqsız gəlir, işə getmək, kimisə görmək, ünsiyyətdə olmaq belə istəmirsən. Öz yaxınlarının və tanışlarının arasına çıxanda sıxıntılarını içində gizlədib üzündə süni gülüş yaradırsan. Çünki istəmirsən ki, ətrafındakılara mənfi enerji verəsən. Amma bunları da eləmək səni yorur.

Elə də anlar olur ki, bir xoş söz eşitməyə ehtiyac duyursan. Çünki bilirsən ki, xoş söz sənin daxilində bir az da olsa rahatlıq yaradacaq. Rahatlıq tapmayanda isə hər şeydən imtina edib səni heç kimin tapa bilməyəcəyi yerə getmək istəyirsən. Getsən də faydası olmur. Sən hara qaçsan da fikirlərindən, qəlbindəki ağrılardan, ümidsizlikdən, çarəsizlikdən qurtula bilmirsən. Hər nə etsən də bədbinlik, kədər səni sıxır. Xoşbəxt olmaq istəsən də bunu bacarmırsan...

Təəssüf ki, insan həyata bir dəfə gəlir. Zamanı nə geriyə qaytarmaq olur, nə də dayandırmaq. Sən yalnız xəyalında zamanı saxlaya, qaytara bilmədiyin günləri yenidən yaşaya bilərsən. Amma bu da reallıq deyil. Ruh düşgünlüyü öz torunda səni daha da çox dolaşdırır. Buna baxmayaraq təslim olma! Düşün ki, gecə olmasaydı, səhər də açılmazdı. Kədər olmasaydı, bəlkə gülməyi də bacarmazdın. Problemsiz həyat yoxdur. Sadəcə bəziləri sənin kimi özünü xoşbəxt göstərməyə çalışır.

Bütün çətinliklərə baxmayaraq, xoşbəxt kimi görünən bədbəxt deyil, xoşbəxt kimi görünən xoşbəxt olmalısan. Hər bir şeyə görə şükür etməyi bacarmalısan. Çünki Allah şükür edən insanları sevir və insanların etdikləri dualara Allah üç şəkildə cavab verir: "Bəli deyər və istədiyini verər, xeyir deyər və daha yaxşısını verər, səbr elə deyər və ən yaxşısını verər”.


Şərhlər: 8
Baxılıb: 1017
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Totu
Tewekkurler maraqlidi
19 may 2016 15:11
# 8
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
yarpaq33
Mende tez tez ruh duwgunluyu yawayan insanlardanam amma caliwiramki ozumu tez toparlayim cox pis haldi hec kime arzulamiram Allah hamiya komek olsun
6 iyun 2015 17:51
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
ALESSANDRA
mende ruh düşkünlüyü 1 defe olub...çox şən insanam..heç nədə vecimə deyil..bu arada axrıncı cümləni çox bəyəndim)
6 iyun 2015 16:06
# 6
Don't trust anyone ∆
Catwoman666
men de tez tez ruh duskunluyu olan bir insanam amma Allah sonra insanin qarsisina en yaxsisini cixarir

men de tez tez ruh duskunluyu olan bir insanam amma Allah sonra insanin qarsisina en yaxsisini cixarir
6 iyun 2015 16:00
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
maraqli bir cox insanlarin heyatlarina oxsar yazilardi
6 iyun 2015 13:08
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
ruh dusgunluyu insanin ozunnen asilidir.o qeder yasadigim hadiselere baxmayaraq yene dimdik ayaqdayam niye de olmayim niye dusmenlerimi sevindirim.her facieden sonra yen evvelkinende guclu ayaga qalxiram
6 iyun 2015 10:18
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
ele insan var ki her sey qaydasinda ola-ola heyatdan narazi her seye bedbin baxan kimi gorunurler eslinde bele olma hecde duz deyil.xeberde de qeyd olundugu kimi her veziyyetde sukr etmeyi bacarmaq ozu boyuk seydir.en pis halinda bele sukr etmelisen ki ele belke bu senin ele en yaxsi gunudu? tesekkurler
6 iyun 2015 10:08
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Ruh düşkünlüyü bəzən öz toruna salır insanı ancaq tək təsəlli kimi problemsiz həyat yoxdur demək qalır. Daha sonra düşünürsən ki, naşükürlük yerinə şükr etmək və Allaha sığınmaq lazımdır. Çünki bizim üçün xeyirli olanı bizdən daha yaxşı yalnız bizi yaradan Allah bilir. Allah hər kəsə kömək olsun amin.
6 iyun 2015 09:15
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz