Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sakitləşirik yoxsa özümüzü məhv edirik?
Sakitləşirik yoxsa özümüzü məhv edirik?
Göndərən: aliceWOnDer
Şərhlər: 10
Baxılıb: 997
Səs ver:
Gərgin iş rejimi, məişət və maliyyə sıxıntıları, müxtəlif problemlər gündəlik həyatımızdakı stressi pik nöqtəyə çatdırır. Əvvəllər sakitləşmək üçün açıq havada gəzərdik, indi isə dərmanlardan asılı vəziyyətə düşmüşük. Bir az özümüzü əsəbi hiss edən kimi təbii otlardan hazırlandığı deyilən dərmanlar alırıq. Bu dərmanlar arasında efirdə reklam olunan sakitləşdiricilər daha çox üstünlük təşkil edir.
Ümumiyyətlə, son zamanlar kanallarda geniş reklam olunan, insanların daha çox müraciət etdiyi sakitləşdirici dərmanların tərkibi, zərərləri və faydaları ilə bağlı çoxlu fikirlər səslənir. İlk başda faydalı görülən bu dərmanlardan həddən çox və məlumatsız şəkildə istifadə halları artmaqdadır. Bəs belə dərmanları həkim təyinatı olmadan qəbul etmək doğrudurmu?

Psixologiya və Konsultasiya Mərkəzinin psixoterapevti Orxan Fərəcli bu cür dərmanların zərərli olduğunu hesab edir: "Müasir dövrdə psixiatr və psixoloqlara müraciətlərin təxminən 60 %-nin nevrozlu xəstələrin payına düşdüyünü nəzərə alsaq, deməli, bu xəstəliklərin müalicə məsələləri də bizim üçün olduqca aktual olmalıdır. Amerika kimi dünyanın inkişaf etmiş bir dövlətində belə xəstələrin sayı təxminən 20 milyona yaxındır. Əgər kimdəsə ürək döyünməsi, nəfəs darlığı, sinədə sıxılma, əhvalsızlıq, ağlama, kövrəlmə hissi varsa, deməli, nevrozun müəyyən əlamətləri var artıq. Sual oluna bilər ki, bizdə əgər bu əlamətlər varsa, mütləq həkimə gedib dərman qəbul etməliyikmi? Əlbəttə ki, yox. Əgər bu hallar sizdə 2 həftədən çox davam edərsə, əlamətlər artıq gündəlik həyatınıza, iş fəaliyyətinizə təsir etməyə başlayarsa, o zaman müalicə almaq lazımdır”.

Psixoterapevt qeyd edir ki, müalicə və müayinə ixtisaslı mütəxəssis tərəfindən təyin olunmalıdır. Müalicə prosesində qəbul olunmuş beynəlxalq müalicə protokolları əsas götürülməli və seçilən dərmanlar da məhz həmin protokolda tövsiyə olunan preparatlar olmalıdır: "Reklam olunan dərmanlar seratonin sisteminə təsir etmədiyi üçün effektiv müalicə üsulu deyil və heç bir beynəlxalq müalicə protokolunda tövsiyə olunmur. Bu tip dərmanların kütləvi reklam olunmasına baxmayaraq, həkim tövsiyəsi olmadan istifadəsi yolverilməzdir. Bu tip dərmanları içən insanlar həyəcan, əsəbilik, kefsizlik kimi şikayətlərlə qarşılaşırlar. Onlar gecə rahat yuxuya getmək üçün bu dərmanı qəbul etsələr də, səhər daha əsəbi, aqressiv şəkildə oyanırlar. Belə vəziyyətlərdə istifadə edilən bitki tərkibli dərmanlarının isə heç bir təsiri olmur”.

Nevropatoloq Rima İbadova öz praktikasında bu cür dərmanlardan heç vaxt istifadə etmədiyini deyir: "Müalicə üçün istifadə edilən dərmanlar iki tipə ayrılır. Kimyəvi və ot mənşəli dərmanlar. Kimyəvi dərmanlar elmi tədqiqatlara əsaslanmış, istifadəsi sübuta yetirilmiş dərmanlardır. Ot tərkibli və reklam olunan dərmanlar isə heç bir elmi əsası olmayan dərmanlardır. Bunların istifadəsi xəstələrdə "flasebo” təsiri yaradır. Yəni, xəstə bu dərman sayəsində yaxşı olacağına inandığı üçün dərmanın yaxşı təsir edir”.

Rima İbadova qaraciyər, mədə-bağırsaq problemlərinə səbəb ola biləcək bu dərmanların həkim məsləhəti olmadan istifadəsini düzgün hesab etmir: "Ümumiyyətlə, əsəb sakitləşdirici dərmanlar həkimin göstərişi ilə kursla qəbul olunmalıdır. Dərmanlar bir kursluq müalicə üçün təyin edilirsə, gərək insanlar tərəfindən yalnız həmin müddətdə qəbul olunsun. Hər bir xəstəliklə bağlı bu dərmanların qəbulu üçün təyin edilən müddət müxtəlifdir. Bu müddət 15 gün də ola bilər, 1 ay da”.

Sonda qeyd edək ki, apteklərdə zərərsiz dərman kimi alıcılara təklif edilən bitki mənşəli sakitləşdirici dərmanlar uzun müddət, fasiləsiz qəbul olunarsa, insan orqanizminə mənfi təsir göstərir. Həddən çox və dozasında qəbul edilməyən bu tip dərmanlar zamanla insanda spazm, həddindən artıq zəifləmə, davakarlıq, səliqəsizlik, keylik, pis yaddaş, düzgün qərar verə bilməmək, intihar meylləri kimi qorxunc fəsadlara yol aça bilər.
Tərkibində narkotik olduğu düşünülən bu dərmanların apteklərdə yalnız resept əsasında satılması və onların satışına ciddi nəzarətin olması vacib sayılır. Odur ki, reklamlara aldanmayın və həkim tövsiyəsi olmadan hər hansı dərmanı qəbul etməyin. Təbii otlardan hazırlandığı deyilsə belə... Yoxsa əsəblərinizi sakitləşdirmək əvəzinə, əksinə, sağlamlığınızı məhv etmiş olarsız.


Şərhlər: 10
Baxılıb: 997
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Cimbom Nilay
Hər kəsə işlərində uğurlar!
3 iyun 2015 18:49
# 10
MovieStarPlanet-te kayıtta olan var mı? Ben- Trendde Benim
Nur k-off
Esebleşdiyim vaxt üreyim partlayir ağlamsam olerem çox pis oluram
1 iyun 2015 00:23
# 9
SVETA
Mrs.Pianist
Esebi olanda terleyirem,aglamagim gelir ve tez tez nefes aliram. Eseblesende caliwiram mene yaxin insanlardan uzaq durum yoxsa hirsimi onlara tokecem..He birde eseblesende agzimdan cixan soze durr deye bilmirem.
31 may 2015 21:26
# 8
Acısı çox olan qizların guluşu gozel olur.!
efsane..
yox derman qetiyyen xoslamiram agrikesici bele olsa son hedde catanda qebul edirem bele dermanlari hec qebul etmemisem sakitlesmek ucun aglayib hava qebul etmeyim bes edir
31 may 2015 19:25
# 7
Catwoman666
meni eseblerim hec yerinde deyil hele indi bir az duzelmisem evvel lap delinin biri idim)
31 may 2015 17:37
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
men esebi olanda butun bedenimnen ter axir ellerim buza donur ve ureyim sanki belimde doyunur,temiz ozumden cixiram en sevdiyim insanin bele xetrine cox pis deye bilerem hemin an...ozumu ele alan biri deyilem bacarmiram
31 may 2015 16:32
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
her kescin lazimli melumat oidu ozuycunde olmasa yaxinlarina lazim ola biler,mende derman qebulun xoslamiram cox pis halim olduqda derman qebul ederem her dermanin xeyri olduqu qederde ziyani vardir

her kescin lazimli melumat oidu ozuycunde olmasa yaxinlarina lazim ola biler,mende derman qebulun xoslamiram cox pis halim olduqda derman qebul ederem her dermanin xeyri olduqu qederde ziyani vardir

her kescin lazimli melumat oidu ozuycunde olmasa yaxinlarina lazim ola biler,mende derman qebulun xoslamiram cox pis halim olduqda derman qebul ederem her dermanin xeyri olduqu qederde ziyani vardir
31 may 2015 16:29
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Şükür əsəblərim yerindədir , ancaq əsəbi olanda isə bu çox uzun çəkmir özümü sakitləşdirməyi bacarıram. Və düşünürəm ki, əsəbləri yerində olmayan nevrozlu xəstələr müxtəlif bitki tərkibli dərman preparatlarından istifadə etməsə yaxşı olar , çünki xəstədə dərmanlara qarşı asılılıq yaradır.
31 may 2015 16:16
# 3
Meleknur
İw gorende sakitlewirem ev iwleti sinirleri yaxwi sakitlewdirir tovsiye edirem heyqeten)
31 may 2015 16:11
# 2
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
BARBI
Men bele vasitelerden istifade etmirem sakitlesmekcun mahni dinleyirem tek qaliram gezintiye cixiram. Bu da meni sakitlesdirir
31 may 2015 16:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz