Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ünsiyyət qurarkən nələrə diqqət etməliyik?
Ünsiyyət qurarkən nələrə diqqət etməliyik?
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 6
Baxılıb: 1363
Səs ver:
Ünsiyyət dedikdə ilk növbədə, söz və dil başa düşülür. Sosial psixologiya sahəsində aparılan tədqiqatlar isə uğurlu ünsiyyətdə sözsüz verilən informasiyaların sözlə verilən informasiyalardan daha təsirli olduğunu göstərir. Qarşılıqlı münasibətlərdə sözlər 10 faiz, səs tonu 30 faiz, bədən dili isə 60 faiz rol oynayır. Ancaq bədən dili ilə verdiyimiz informasiyalar bir halda bizə uğur gətirsə də, başqa bir halda "işimizə mane olur".
Buna görə də, düzgün ünsiyyət qurmaq üçün bir şərt də bədən dilindən maksimum istifadə etməkdir.

Dil yalan söyləsə də...
Gözlərimiz dünyaya açılan pəncərədir. Bununla yanaşı, onlar ünsiyyətdə də mühüm rol oynayır. Münasibətlərinizi daha da yaxşılaşdırmaq üçün münasibət qurduğunuz adamın mütləq gözlərinə baxmalısınız. Beləliklə, yaxşı ünsiyyət qurmaqla yanaşı, qarşı tərəfin etimadını da qazanmış olarsınız. Dil yalan söyləsə də, bədən, gözlər və ya üz yalan söyləmir. Çox vaxt dildən şirin sözlər çıxsa da, bədən dili həqiqəti üzə çıxarır. Hissləri və düşüncələri sözlərin arxasında gizlətmək mümkün olsa da, bədən dili buna imkan vermir.

Harada və necə durmaq...
Ünsiyyətdə insanın necə durmasının da əhəmiyyəti böyükdür. Məsələn, ünsiyyətinizin uğurlu olmasını istəyirsinizsə, bədəninizi həmişə dik tutmalısınız. Bu, adamın özündən arxayın olduğunu göstərir. Yox əgər oturmusunuzsa, oturacaqda tam oturmalısınız. Oturacağın kənarında oturmaq qətiyyəsiz və passiv olduğunuzu göstərir. Biri ilə söhbət edərkən ona doğru əyilməniz ona qiymət verdiyinizə işarədir. Digər tərəfdən, insanın necə durması onun əhval-ruhiyyəsinə də təsir göstərir.

"Mövqeyinizi" düzgün seçin.
İnsanlarla ünsiyyətdə məsafə də böyük əhəmiyyət kəsb edir. 45 sm isə ünsiyyət üçün ən yaxşı məsafə sayılır. Həmçinin ünsiyyət qurmaq istədiyiniz adamın tam qarşısında dayanmağa və ya oturmağa da diqqət etməlisiniz. Çünki belə olduqda qarşı tərəflə gizli rəqabət başlayır. Buna görə də, şahmat kimi oyunlarda rəqiblər həmişə qarşı-qarşıya otururlar. Bu halda siz istəməsəniz də, şüuraltınızda rəqabət yaranır. Tanımadığınız adamla ünsiyyətdə, ilk növbədə, bədən dili dövrəyə qoşulur. Bəzən bir iş sahibinin işçisinin kürəyinə əlini qoyması onun etimadını qazanmasında böyük rol oynayır.

Ünsiyyətdə xarici görünüşün rolu
Birinci dəfə gördüyünüz adam haqqında ilk 30 saniyə ərzində müəyyən təsəvvür yaranır. İnsanların 70 faizi ilk dəfə gördüyü adamın əvvəlcə ayaqlarına baxırlar. Buna görə də, ünsiyyətdə xarici görünüş böyük əhəmiyyət kəsb edir. Geyim və xarici görünüş insanın həm xarakterini, həm də əqidəsini əks etdirdiyi üçün bir yerə ilk dəfə getdikdə geyiminizə diqqət etməlisiniz. Bir şeyi də unutmaq olmaz ki, kənarda qazanacağınız hörmət və etibar birbaşa sizin özünüzə hörmətinizdən və etibarınızdan asılıdır. İnsanların bədən dili coğrafi, sosioloji və bir çox başqa səbəblərdən asılı olaraq müxtəlif olur. Məsələn, hindular bellərinə zəfəran rəngli tikişsiz parça sarıyırlar. Bununla onlar həm fiziki, həm də mənəvi baxımdan digər insanlardan fərqli olduqlarını göstərmək istəyirlər.


Şərhlər: 6
Baxılıb: 1363
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
istesem coxx yaxsi unsiyyet qura bilirem amma esebi olanda hecc kimle unsiyyete girmek istemirem
30 may 2015 21:47
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
oturacaqin kenarinda oturmaq qetiyyetsizlik passivlik deyil bununla razi deyilem indi esasen sux oturmaqdan otru ele oturacaqin kenarinda oturmalisan ozuvu butolukle oturacaq soykememelisen
30 may 2015 15:14
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Əlbəttə ünsiyyət qurarkən bu kimi nüanslar çox önəmlidir yəni qarşındakı insan haqqında onun davranış və mimikalarına görə ünsiyyət zamanı qiymət vermək olar , misal üçün kimləsə söhbət edərkən qarşındakı başqa yerlərə baxıb fikri yayınırsa bu bir başa mədəni sürətdə təhqir sayılır eləcə də digər sadalayamadığım bir çox xırdalıqlar var ki, qarşındakı insan haqqında səndə artıq mənfi fikir formalaşmağa başlayır . Ona görə ünsiyyət zamanı insan birinci özünə hörmət qoyub, yerini, nəyin necə olduğunu bilməli və qarşısındakından da o cür hərəkəti gözləməlidir.
30 may 2015 13:16
# 4
yarpaq33
Sade insanlarla tez dil tapiram amma ozunu yeke tutanlarla hec daniwmaq istemirem
30 may 2015 10:10
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Menim unsiyyet qurmaq qabiliyyetim cox yuksekdir. Ilanla bele dil tapiram yola gedirem
30 may 2015 09:33
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Happy
Her insanda unsuyyet qurmaqi bacarmir.
30 may 2015 08:04
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz